DİOS-VEN (krem)

xaricə istifadə üçün venotonik krem 50g

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

1g kremin tərkibinə daxildir:

Təsiredici maddələr: mikronlaşmış diosmin ,hesperidin - 2 %; heparin Na -50 mg;deksapantenol - 50 mg.

Köməkçi maddələr: qliserin, propilenqlikol, stearin turşusu, trietanolamin, karbomer, natrium-hidroksid, tokoferol, təmizlənmiş su.

Təsviri: İysiz, ağ, yumşaq krem.

Farmakoterapevtik qrupu: angioprtotektor və antitrombotik dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri:
DİOS-VEN xaricə istifadə üçün venotonik kremdir.Angioprotektor,antitrombotik,antieksudativ və iltihab əleyhinə təsirlərə malikdir.

DİOS-VEN krem əsas komponentləri olan mikronlaşmış diosmin və hesperidin sayəsində, venaların tonusunu artırır,venoz durğunluğun həcmini azaldır, ödemi aradan qaldırır.Kapilyarların rezistentliyini artırır,onların kövrəkliyini, artmış keçiriciliyini azaldır,mikrosirkulyasiyanı və damarların qidalanmasını yaxşılaşdırır. Venaətrafı toxumalara iltihab əleyhinə təsir göstərir.

 

İstifadəsinə göstərişlər:

  • venoz çatışmazlıq;
  • venaların varikoz genişlənməsi və varikoz öncəsi sindromlar;
  • səthi tromboflebitin müalicə və profilaktikası;
  • aşağı ətrafların fil xəstəliyi;
  • yerli infiltrasiya və ödemlər;
  • limfangit;
  • travma və burxulmalar (əzələ,vətər,oynaqlar da daxil olmaqla);
  • hemorroidal xəstəliyin kompleks müalicəsi və doğuşdan sonrakı hemorroy düyünlərinin iltihabı;
  • dərialtı hematomalar.

 

İstifadə qaydası və dozası:
DİOS-VEN kremi istifadə etməzdən əvvəl topuğunuzu bir qədər yüksəyə qaldırın.

Xroniki venoz çatışmazlıq zamanı – gün ərzində 2-3 dəfə, nazik təbəqə şəklində, zədələnmiş nahiyəyə, venalar istiqamətində yüngül masaj hərəkətləri ilə sürtülür. Müalicə kursu 60 gündür.

Ödem və qançırlar zamanı DİOS-VEN krem nazik təbəqə şəklində, yüngül masaj hərəkətləri ilə zədələnmiş nahiyəyə sürtülür;

Limfodrenaj masaj məqsədilə, DİOS-VEN krem lazım olan miqdarda zədələnmiş nahiyəyə sürtülür, yüngül masaj hərəkətləri ilə 5-7 dəqiqə ərzində masaj edilir;

Antivarikoz sarğı məqsədilə, DİOS-VEN krem lazım olan miqdarda zədələnmiş nahiyəyə sürtülür, yüngül əl hərəkətləri ilə 2-3  dəqiqə masaj edilir, daha sonra isə elastik bintlə sarığı edilir.

Hemorroidal xəstəliyin kompleks müalicəsi zamanı, DİOS-VEN krem gün ərzində 2 dəfə anal nahiyyəyə, 90 gün müddətində sürtülür.

Preparatın iyi yoxdur və  paltarda yağlı ləkə qoymur.

Daha ağır hallarda DİOS-VEN kapsulları ilə birlikdə istifadə olunması məsləhət görülür.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Heyvanlar üzərində aparılmış tədqiqatlarda preparatın aktiv maddələrinin teratogen effektləri müəyyən edilməmişdir.
Klinik tədqiqatlarda preparatın hamiləliyin gedişatına və dölün inkişafına zərərli təsirləri (teratogen effektlər ) aşkar olunmayıb.
Müalicə müddətində ana südü ilə qidalandırma tövsiyə olunmur (preparatın südə keçməsi barədə məlumat olmadığından).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

DİOS-VEN kremin digər dərman vasitələrilə qarşılıqlı təsiri aşkar edilməmişdir.Preparatla müalicə zamanı digər dərman preparatlardan istifadə etsəniz, bu barədə həkiminizə məlumat verin.

Əks göstərişlər: komponentlərə qarşı artmış həssaslıq olarsa.

Əlavə təsirləri: DİOS-VEN kremdən istifadə zamanı çox nadir hallarda dərinin qızarması,qaşınma,dəri səpgiləri meydana çıxa bilər. Əgər preparatla müalicə müddətində Sizdə hər hansı arzuolunmaz reaksiya baş verərsə bu barədə həkimlə məsləhətləşin.

Xüsusi göstərişlər: Preparatın qanaxmalar ,açıq yaralar,selikli qişalara və irinli prosesslər zamanı istifadəsi məsləhət görülmür.

 

Buraxılış forması: 50 q krem, plastmass, burulan qapaqla bağlanan membran alüminium tublarda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.