BİOPTAL (tablet)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
1 tabletin tərkibinə daxildir:

  • Beta Glükan - 100 mg
  • Arı südü  - 300 mg
  • Vitamin C - 120 mg
  • Sink - 15 mg
  • Selen - 70 mcg

Farmakoterapevtik qrup: immunomodulyator

Farmakoloji təsirləri:
BIOPTAL preparatının tərkibinə daxil olan beta-1,3/1,6-D-qlükan Saccharomyces ceravisiae göbələyinin hüceyrə divarından əldə olununan təbii polisaxarid birləşmədir. Beta-1,3/1,6-D-qlükan molekulu bir-biri ilə beta-1,3  bağları ilə birləşmiş D-qlükoza monomerlərindən ibarət olan əsas və yan zəncirlərdən təşkil olunmuşdur. Yan zəncirlər əsas zəncirlə beta-1,6 bağlar ilə bağlanmışdır.

Beta-1,3/1,6-D-qlükanın təsir mexanizmi onun makrofaqların səthindəki spesifik reseptorlara qarşı yüksək selektivliyi ilə əlaqəlidir. Bu reseptorlar beta-qlükanın yan zəncirləri ilə birləşir və nəticədə makrofaqların aktivləşməsi baş verir, bu da öz növbəsində orqanizmin immun müdafiəsinə istiqamətlənmiş bir sıra proseslərin triqqer mexanizmlərini reallaşdırır.

Bir tərəfdən makrofaqların faqositar funksiyası aktivləşir, digər tərəfdən – immun sistemin digər hüceyrələrinə, məsələn, T-limfositlərə, epidermal hüceyrələrin inkişaf faktoruna, angiogenez faktoruna siqnal olan sitokinlərin (interleykinlərin, interferonun) güclü sintezi baş verir.

Beta-qlükanların bir hissəsi qan dövranı vasitəsilə qaraciyərə daxil olaraq,Kupfer hüceyrələri tərəfindən zəbt olunur və polisaxaridlərlə qarşılıqlı əlaqə nəticəsində sitokinlər hasil olunur ki, bu da immun sistemi aktivləşdirir.

Beləliklə, beta-qlükanlar həm yerli immuniteti aktivləşdirərək antigenlərin orqanizmə daxil olmasının qarşısını alır,həm də sistemli immuniteti möhkəmləndirərək,orqanizmə artıq daxil olmuş yad genetik materialın zərərləşdirilməsini və immun homeostazın bərpasını təmin edir.Onu da vurğulamaq lazımdır ki, beta-1,3/1,6-D-qlükanın immunomodulyativ təsirinin vacıb fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o immun sistemin aktivliyini adekvat surətdə artıraraq,ifrat stimullaşdırmaya və autoimmun xəstəliklərin yaranmasına səbəb olmur.

Həm spesifik, həm də qeyri-spesifik immunitetə qabarıq immudomodulyator təsiri ilə yanaşı, BIOPTAL antioksidant xüsusiyyətinə də malikdir. Beta-qlukanın  işemik və reperfuzion zədələri azaltması kimi effekləri eksperimental şəraitdə təsdiqini tapmışdır.

Bundan əlavə beta-1,3/1,6-D-qlükan şiş (şişlərin əmələ gəlməsi və disseminasiyasının profilaktikası) və iltihab əleyhinə təsirlərə də malikdir.

BIOPTAL preparatının tərkibinə daxil olan Arı südü güclü bilioji stimulyatordur,tərkibində orqanizmə lazım olan  əvəz olunmayan bütün amin turşular və əvəz olunan 10 amin turşu ,vitaminlər(A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu), mikroelementlər(Fe, Co,Ka, Ca, Na, Mg, Zn, Cu, Ni,Au) və mineral maddələr, fermentlər (amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza), 110-a yaxın bioloji aktiv birləşmələr vardır.Arı südü infeksion xəstəliklərə qarşı müqaviməti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini normallaşdırır,qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahanı artırır.

C vitamini (Askorbin turşusu) isə, güclü antioksidantdır. O oksidləşmə-reduksiya proseslərinin tənzimlənməsində vacib rol oynayır, kollagenin və prokollagenin sintezində, fol turşusu və dəmir mübadiləsində, habelə steroid hormonların və katexolaminlərin sintezində iştirak edir. Askorbin turşusu həm də qanın laxtalanmasını tənzim edir, kapilyarların keçiriciliyini normallaşdırır, qanyaratmada vacib faktordur, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir.

C vitamini orqanizmi stresin mənfi fəsadlarından qoruyan faktordur. Reparativ prosesləri gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır, müxtəlif allergenlərin effektlərini azaldır.

Sink - bir sıra fermentlərin tərkibinə daxildir, immun sistemi möhkəmləndirir, boy inkişafını, hormonal fonun (hipofizin, mədəaltı və cinsiyyət vəzilərinin funksiyasına təsir göstərir) tənzimlənməsini təmin edir.

Selen - oksidləşdirici ferment olan qlutationun (glutathione peroxidase) bir hissəsidir, güclü antioksidantdır. Selen eritrositləri və hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən müdafiə edir. Selen zülal biosintezində əsas rola malik olan, irsi əlamətlərin və xüsusiyyətlərin genetik kodununun  ötürülməsini təmin edən nuklein turşularının zədələnməsinin qarşısını alır. Selen orqanizmin ətraf mühitin əlverişsiz şəraitinə qarşı müqavimətini artırır, bir sıra xəstəliklərə yoluxmasının qarşısını alır. Selen  ürək əzələsi və qan damarlarının fəaliyyəti üçün vacibdir.

 

Istifadəsinə göstərişlər:

  • Virus, bakteriya, göbələk və parazitar mənşəli infeksion xəstəliklər;
  • İmmun sistemin zəifləməsi nəticəsində yaranan xəstəlikər;
  • MBT xəstəlikləri (xroniki qastrit, kolit, mədə və 12-barmaq bağırsaq xorası, disbakterioz).
  • Fiziki və psixi stress zamanı.
  • Onkoloji xəstəliklər (cərrahi, kimyəvi terapiya, şüa terapiyası) zamanı.
  • Xroniki yorğunluq sindromu

 

Dozalanması: 1- 2 tablet gündə 1 dəfə kifayət qədər su ilə daxilə qəbul edilir (2 - 3 ay müddətində).

Əks göstərişlər: Preparatın tərkibinə daxil komponentlərə qarşı artmış həssaslıq.

Buraxılış forması: № 30 tablet və içlik vərəqə karton qutuya yerləşdirilir.

 

Manufactured By:
VERMON
Nutraceuticals Ltd.
İnternational Company