SİNK PASTASI (pasta) - Pasta zinci oxidi 25%, 20q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

  • Təsiredici maddələr: sink oksid 25%
  • Köməkçi maddələr: buğda kraxmalı, vazelin
  • Təsviri: xaricə qəbul üçün qoxusuz ağ rəngdə pasta.

Farmakoterapevtik qrupu: dermatotrop yumşaldıcı və qoruyucu maddələr, sink preparatları

ATC kodu: D02AB

Farmakoloji xüsusiyyətləri: zəif antibakterial təsirə malik quruducu maddə 

İstifadəsinə göstərişlər və istifadə qaydası: Kiçik epidermal sıyrıntılarında, dərinin iltihabında, akne hallarında quruducu kimi xaricə istifadə olunur.  Zədələnmiş dəriyə gündə 2-3 dəfə çəkilir.

Əks göstərişlər: Açıq və sulu yaralarda istifadə olunmamalıdır. Pastanın hər hansı komponentinə hiperhəssaslıq və allergiya olduqda istifadə olunmamalıdır.

Əlavə əks təsirlər: məlum deyil. Hər hansı əlavə əks təsirə rast gəldikdə həkimə bildirməyiniz məsləhətdir.

Hamiləlik və laktasiya dövründə istifadə: məsləhət görülmür

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: müşahidə olunmayıb.

Buraxılış forması: karton qablaşmaya yerləşdirilmiş plastmas qutuda 20 q pasta

Təhlükəsizlik tədbirləri: Gözləri pasta ilə təmasdan qoruyun. Zədələnmiş dərinin üzərində istifadə olunmamalıdır. İstifadə zamanı simptomlar keçməsə və ya kəskinləşsə, həkimə müraciət edin.

Yararlılıq müddəti: 1 il. Qablaşmada göstərilmiş yararlılıq müddətindən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: Orijinal, kip bağlı gabda, 25˚C artıq olmayan temperaturda saxlanılmalıdır. Uşaqların əli çatmayan yerdə saxlayın.

Apteklərdən buraxılış foması: reseptsiz

İstehsalçı:
MANUFACTURER OF EUCERIN
PHARMACEUTICAL LABORATORY
“COEL” G.P. E.Z.M. KONSTANTY
45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland
MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN