SALİSİL SPİRTİ (məhlul) - Spiritus salicylatus, 100q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

1 Q MƏHLULUN TƏRKIBI: 

salisil turşusu 20 mq, 760 q/l etil spirti 680 mq, təmizlənmiş su 300 mq

 

FARMAKOTERAPEVTIK QRUPU: dermatotrop yumşaldıcı və qoruyucu maddələr, salisil turşusu preparatları

FARMAKOLOJI XÜSUSIYYƏTLƏRI:

5% qədər konsentrasiyalarda salisil turşusu antiseptik, iltihab olan sahələrə sakitləşdirici, epitelizasiyanı gücləndirən (keratoplastik), qaşınmanın qarşısını alan təsirə malikdir. 5-10% konsentrasiyada isə, salisil turşusu epidermisin yuxarı buynuz təbəqəsini əridir (keratolitik təsir), qabığın və axçaların təmizlənməsinə imkan yaradır.

 

İSTIFADƏSINƏ GÖSTƏRIŞLƏR VƏ ISTIFADƏ QAYDASI:

Zəif antiseptik təsirə malik məhlul. Xaricə qəbul olunur. Sıyrıntılarda, yaranın təmizlənməsi və dezinfeksiyası üçün, akne və seboreyada dərinin yerli dezinfeksiyası üçün  istifadə olunur. Dərini gündə 1-2 dəfə preparatla isladılmış pambıq tamponu ilə silin.  

 

ƏKS GÖSTƏRIŞLƏR: Salisil turşusuna qarşı hiperhəssaslıq hallarında istifadə olunmamalıdır.  

ƏLAVƏ ƏKS TƏSIRLƏR: hiperhəssas insanlarda yerli allergik reaksiyalar əmələ gələ bilər.

 

TƏHLÜKƏSIZLIK TƏDBIRLƏRI: Selikli qişalarla və gözlərlə təmasdan qoruyun. Təsadüfi daxilə qəbul və ya  geniş dəri nahiyyələrdə istifadə avtomobilin idarəsinə təsir edə bilər.

 

BURAXILIŞ FORMASI: plastmas qutuda 100q məhlul

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN