RİVANOL 0,1% COEL (losyon) - Ethacridini lactas 1mq/q, 100q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

1Q MƏHLULUN TƏRKIBI:

1mq etakridin laktat, təmizlənmiş su

Təsviri: xarici qəbul üçün qoxusuz sarı rəngdə şəffaf maye

 

FARMAKOTERAPEVTIK QRUPU: antiseptik və dezinfeksiya preparatları, akridin törəmələri

FARMAKOLOJI XÜSUSIYYƏTLƏRI:  Mikroblara (xüsusən kokklara) qarşı təsirə malikdir.

 

İSTIFADƏSINƏ GÖSTƏRIŞLƏR VƏ ISTIFADƏ QAYDASI:

Dəri, selikli qişa, və səthi sıyrıntıların dezinfeksiyası üçün istifadə olunur. Rivanol zədələnmiş sahədə gündə bir neçə dəfə yuyulma, kompres, təpitmə və ya qarqara şəklində istifadə olunur.

 

ƏKS GÖSTƏRIŞLƏR: Etakridin və ya akridin törəmələrinə qarşı allergiya.

ƏLAVƏ ƏKS TƏSIRLƏR:

Həssas insanlarda yerli allergik  reaksiyalar (qızarma, qaşınma) əmələ gələ bilər. Çox nadir hallarda: kontakt dermatit.

 

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏ: istifadədən əvvəl həkimdən məsləhət alın

DIGƏR DƏRMAN VASITƏLƏRI ILƏ QARŞILIQLI TƏSIRI:

Oksidləşdirici maddələrlə istifadə olunmamalıdır (kalium permanqanat, hidrogen peroksid), tanin, anion tipli maddələr (polietilenqlikol) və natrium borat məhlulu, salisil turşusu, natrium xlorid. Preparat tetrasiklin hidroxlorid ilə aktiv olaraq reaksiyaya girir. Rivanol ilə eyni zamanda yerli istifadə olunan maddələrdən istifadə etməyin.

 

BURAXILIŞ FORMASI: karton qablaşmaya yerləşdirilmiş şüşə flakonda 100q losyon

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN