HİDROGEN PEROKSİD 3% (məhlul) - Hydrogenii peroxydum 3% FP, 100q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

1Q MƏHLULUN TƏRKIBI:

Təsiredici maddələr: 20 mq/l 1-hidroksi-etiliden-fosphor turşusu ilə stabilizə olunmuş 30% hydrogen peroksid – 105 mq,

Köməkçi maddələr: Stabilizator (disodium dihidrogen pirofosfat), təmizlənmiş su

 

FARMAKOTERAPEVTIK QRUPU: antiseptic və dezinfeksiyaedici maddələr

 

İSTIFADƏSINƏ GÖSTƏRIŞLƏR VƏ ISTIFADƏ QAYDASI:

Yaraların yuyulması üçün 3% məhlul istifadə olunur. Ağız boşluğunun və digər selikli qişaların yuyulması üçün 3% məhlul 1:10 su ilə həll olunur. Yaraların yuyulması və damaq xəstəliklərində ağız boşluğunun qarqarası üçün isitifadə olunur.

 

ƏKS GÖSTƏRIŞLƏR: Oksigenin gözlənilməz azad olunması ilə bağlı mümkün olan toxumaların zədələnmə ehtimalına görə damaqların kəskin iltihab proseslərində və xoralarında istifadə olunmamalıdır.  

 

ƏLAVƏ ƏKS TƏSIRLƏR: Tez-tez ağız boşluğunun qarqarası selikli qişasının qıcıqlanmasına və dilin sapaoxşar məməciklərinin hipertrofiyasına gətirib çıxara bilər.

 

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏ: əks göstərilmir.

DIGƏR DƏRMAN VASITƏLƏRI ILƏ QARŞILIQLI TƏSIRI: müşahidə olunmayıb.

 

BURAXILIŞ FORMASI: karton qablaşmada, polietilen flakonda 100q məhlul

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN