MENTOL DAMCILARI (daxilə qəbul üçün məhlul) - (Tinctura Menthae piperitae) 35q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

 

TƏRKİBİ:

nanə yağı 5%, istiotlu nanənin 90% spirtli tinkturası 95%

 

TƏSVIRI: nanə dadı və qoxusuna malik şəffaf yaşıl maye

FARMAKOLOJI XÜSUSIYYƏTLƏRI:

İstiotlu nanənin əsas təsiredici maddəsi mentoldur. Selikli qişalara və ya dəriyə çəkildikdə, mentol sinir ucluqlarını qıcıqlandırır, və, bununla, soyuq və sancma hissini yaradır. Soyuq reseptorları qıcıqlandırıldıqda səthi damarlar daralır və, reflektor olaraq, daxili orqanların damarları genişlənir. Bununla mentolun stenokardiya zamanı ağrının azalması təsiri izah olunur. Əlavə olaraq, mentol yerli ağrıkəsici təsirə malikdir. Mədənin və bağırsağın selikli qişasının reseptorlarını qıcıqlandıraraq, mentol peristaltikanı gücləndirir. Bununla bərabər o, antiseptik təsir göstərir. Efir yağının qıcıqlandırıcı və antiseptik təsiri çürümə və turşuma proseslərini məhdudlaşdırır və həzm vəzilərinin sekresiyasını artırır.

 

İSTİFADƏSİNƏ GÖSTƏRISLƏR VƏ ISTIFADƏ QAYDASI: yuxarı mədə-bağırsaq traktının və öd yollarının spastik pozuntuları, qara ciyərin disfunksiyası, qıcıqlanmış bağırsaq sindromu, həzmin pozulması. Daxilə bir stəkan suda həll olunmuş və ya şəkərin üzərində 20-50 damcı (1/2-1 çay qaşığı) gündə 5 dəfəyə qədər qəbul oluna bilər. Ağrı hallarında 3 gündən artıq olmamaq şərti ilə qəbul olunur.

 

ƏKS GÖSTƏRIŞLƏR: Öd yollarının obstruksiyası, xolesistit, kəskin qara ciyər pozuntuları, mentola qarşı hiperhəssaslıq. Preparatın tərkibində etanol olduğuna görə həkim tərəfindən göstəriş olmadıqda 7 yaşına qədər uşaqlarda istifadə olunmamalıdır.  

ƏLAVƏ ƏKS TƏSIRLƏR: həssas insanlarda mədə pozuntuları yarana bilər.

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏ: həkimin məsləhəti ilə istifadə oluna bilər.

 

BURAXILIŞ FORMASI: karton qablaşmaya yerləşdirilmiş şüşə flakonda 35q məhlul

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN