QLİSERİN 86% (məhlul) - Glycerolum 86% (40q)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

1q MƏHLULUN TƏRKİBİ:

Təsiredici maddələr: 99,5% qliserin 860mq

Köməkçi maddələr: təmizlənmiş su 140mq

 

TƏSVİRİ: xarici qəbul üçün rəngsiz, şəffaf maye.

FARMAKOTERAPEVTİK QRUPU: dermatotrop yumşaldıcı və qoruyucu maddələr

 

İSTİFADƏSINƏ GÖSTƏRİŞLƏR VƏ İSTİFADƏ QAYDASI:

Əl dərisinin qıcıqlanmasını sakitləşdirmək üçün iltihab əleyhinə vasitə kimi xarici şəkildə gündə bir neçə dəfə istifadə olunur.

 

ƏKS GÖSTƏRIŞLƏR: Qliserinə qarşı hiperhəssaslıq.

ƏLAVƏ ƏKS TƏSIRLƏR: Müşahidə olunmayıb.

 

HAMILƏLIK VƏ LAKTASIYA DÖVRÜNDƏ ISTIFADƏ: hamiləlik və laktasiya dövründə xarici istifadə təqdirdə əks göstəriş yoxdur.

BURAXILIŞ FORMASI: polietilen flakonda 40 q məhlul

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

MARKETİNQ  DƏSTƏYİ :   NORMA PAN