PAN-VİTAMİN C (inyeksiya üçün məhlul)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər 5 ml ampulda 500 mq vitamin C vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

C vitamin – askorbin turşusu vitaminlərinin ən geniş yayılmış forması olub,  maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir.

Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşu mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların  sağalmasındamühüm rol oynayır.

Vitamin C karbohidrat mübadiləsində, qanın laxtalanmasında, kortikosteroid hormonların sintezində, kollagen və prokollagenin sintezində yaxından iştirak edir.

Kapillyarların keçiriciliyini tənzimləyir.

İmmuniteti gücləndirir, organizmin xəstəliklərə qarşı dözümlülüyünü artırır. Antioksidant təsirə malikdir.

 

GÖSTƏRİŞLƏR:

  • C hipovitaminozunun profilaktikası
  • Parenteral qidalanma
  • İnfeksion xəstəliklər
  • İntoksikasiyalar
  • İmmutetin zəifləməsi
  • Hamilələrin nefropatiyası
  • Gec  sağalan yaralar
  • Distrofiyalar
  • Hemorragik diatezlər
  • Adisson xəstəliyi

 

ƏKS GÖSTƏRİŞLƏR: Askorbin turşusuna qarşı yüksək həssaslıq.

ƏLAVƏ  TƏSİRLƏR: Allergik reaksiyalar, C  hipevitaminozu.

 

İSTİFADƏ QAYDASI:

Böyüklərə 500 mq/sut v/d ya ə/d; 

Uşaqlara 200 - 250 mq/sut v/d ya ə/d

Yenidoğulmuşlara 100 mq/sut v/d ya ə/d

 

BURAXILIŞ FORMASI: Ampulda inyeksiya üçün məhlul 500 mq / 5 ml  N 10 karton qutuda

İSTEHSALÇI:  Panpharma (FRANSA)

MARKETİNQ DƏSTƏYİ :  NORMA PAN