PAN-TRAMADOL (İnyeksiya üçün məhlul)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİB:

Hər 1 ml ampulda 100 mq tramadol vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Opioid reseptorlarının qismən aqonistləri qrupuna aid olan narkotik analgetikdir. Güclü ağrıkəsici təsirə malikdir. Tez və uzunmüddətli  təsir edir.

 

GÖSTƏRİŞLƏR:

Güclü kəskin və xroniki ağrılar zamanı istifadə olunur:

  • əməliyyatdan sonrakı dövrdə
  • travmalar zamanı
  • onkoloji xəstəliklər zamanı
  • cərrahi əməliyyatdan əvvəl   (ağrının profilaktikası məqsədilə)
  • ağrılı diaqnostik və terapevtik manipulyasiyalar

 

ƏKS GÖSTƏRİŞLƏR:

Tramadola qarşı hiperhəssaslıq, alkohol, yuxugətirici, analgetik, opioid, psixotrop preparatlarla kəskin intoksikasiya, MAO inhibitorları qəbul edən və ya son iki həftə ərzində qəbul etmiş şəxslər , müalicə ilə normal idarə olunmayan epilepsiya, 14 yaşadək uşaqlar. Hamilələrə xüsusi ehtiyatla təyin edilir.

 

ƏLAVƏ  TƏSİRLƏR: Nadir hallarda ürəkbulanma, başgicəllənmə, tərləmə müşahidə oluna bilər.

 

İSTİFADƏ QAYDASI:

Preparat venadaxili, əzələdaxili və ya dərialtı tətbiq olunur.Orta doza 50—100 mq/sut. Lazım gəldikdə 30—60 dəq sonra təkrar etmək olar. Güclü intensiv ağrılar zamanı  2 ml təyin  olunur. Preparatın təsiri ağrının intensivliyindən asılı olaraq 4-8 saat davam edə bilər. Əməliyyatdan sonrakı ağrıları aradan qaldırmaq üçün ilk saatlar ərzində xəstənin vəziyyətindən asılı olaraq yüksək dozalar tələb oluna bilər. Preparat venadaxili asta, dəqiqədə 1 ml sürətlə yeridilir. Preparat uyğun olan infuziya məhlulu, əsasən natrium xlorid 0.9% və ya 5% qlükoza ilə birgə də venadaxiliyeridilə bilər. Ağrıkəsici effekt venadaxili yeridilmə zamanı 5-10 dəqiqədən sonra başlayır və 3-5 saat davam edir. Maksimal sutkalıq doza 400 mq-dır. 1-14 yaşlı uşaqlarda  birdəfəlik doza 1—2 mq/kq təşkil edir. Maksimal sutkalıq doza 4—8 mq/kq -dır. Istifadədən oncə preparat fizioloji məhlulla və ya inyeksiya üçün su ilə qarışdırılmalıdır.

 

BURAXILIŞ FORMASI: İnyeksiya üçün məhlul 2 ml / 100 mq ampulda №10 karton qutuya yerləşdirilib.

İSTEHSALÇI:  Panpharma (FRANSA)

MARKETİNQ DƏSTƏYİ :  NORMA PAN