PAN-PENİ G SODİUM - PENİSİLLİN (İnyeksiya üçün toz) - PAN-PENI G SODIUM

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİB:

Hər flakonda benzilpenisillin natrium 1000000 BV vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Penisillinlər— kliniki praktikada  geniş istifadə edilən β-laktam həlqəsi olan antimikrob preparatlardır. Penisillinlər kif göbələklərinə aid olan   Penicillium  hrysogenum,  Penicillium  notanum  və digərlərindən alınır. Farmakoloji cəhətdən penisillinlərdən ən aktivi - benzilpenisillindir. Benzilpenisillin penisillinlər qrupunun  İlk nümayəndəsi olub, 1940-cı ildən istifadə edilir.Geniş təsir spektrinə malikdir. Qram “+”  və qram “-”  mikroorqanizmlərə bakterisid təsir göstərir. Ə/d yeridildikdə qanda Cmax - 30-60 dəqiqəyə çatır. Qanda zülallarla birləşməsi 60 % yaxındır. Orqan və toxumalara keçir (likvor, göz və prostat toxuması istisna olmaqla). Dəyişilməmiş halda böyrəklər vasitəsilə xaric olur.

 

GÖSTƏRİŞLƏR:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları
  • LOR- orqanlarının infeksiyaları
  • Qarın boşluğu üzvlərinin infeksiyaları
  • Sümük və oynaqların infeksiyaları
  • Dəri və yumşaq toxumaların infeksiyaları
  • Sidik çıxarıcı yolların infeksiyaları (pielonefrit)
  • Perikardit, bakterial endokardit, mediastinit
  • Meningit, beyin absesi, sepsis

 

ƏKS GÖSTƏRİŞLƏR:

Penisillinlərə qarşı yüksək həssaslıq.

 

İSTİFADƏ QAYDASI

  • Doza və istifadə müddəti xəstəliyin klinikasından asılıdır.
  • Adətən hər kiloqram çəkiyə  sutkada 30.000 BV üç dəfəlik istifadəyə bölünmək şərtilə təyin olunur.
  • Yaş (çəki) Doza Yarımçıq və yenidoğulmuşlarda (çəki 3,5 kq) 
  • Orta doza (ə/d, v/d): 30.000 - 100.000 BV/kq/sutkada.
  • Yüksək doza (V/D): 200.000 - 500.000 BV/kq/sutkada.
  • 1 yaşadək uşaqlarda (çəki 10 kq-dək) 
  • Orta doza (ə/d, v/d): 30.000 - 100.000 BV/kq/sutkada.
  • Yüksək doza (V/D): 500.000 – 1.000.000 BV/kq/sutkada.
  • 1 -12 yaşlı uşaqlarda (çəki 10 - 38 kq) 
  • Orta doza (ə/d, v/d): 30.000 BV/kq/sutkada.
  • Yüksək doza (V/D): 100.000 - 500.000 BV/kq/sutkada.
  • Böyüklərdə (çəki 40 kq-dan  artıq) Orta doza (ə/d, v/d): 1.000.000 – 5.000.000 BV/kq/sutkada. Yüksək doza (V/D): 10.000.000 – 40.000.000 BV/kq/sutkada.

 

İneksiya üçün məhlulun hazırlanması: Ə/d istifadə üçün.Lazım olan dozada toz 5ml artıq olmamaq şərtilə inyeksiya üçün suda həll edilir və əzələdaxili istifadə olunur. V/d istifadə üçün.10.000.000 və ya 20.000.000 BV preparat 100 və ya 200 ml həledicidə həll edilir. İnfuziya 15 - 30 dəqiqəyə aparılır. Məhlula digər preparatların əlavə olunması məsləhət görülmür.

 

BURAXILIŞ FORMASI: İnyeksiya üçün toz 1000000BV №1 flakonda

İSTEHSALÇI:  Panpharma (Fransa)

MARKETİNQ DƏSTƏYİ:  NORMA PAN