PAN-AMOKSİSİLLİN (İnyeksiya üçün toz) - PAN-AMOXICILLINE

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər flakonda amoksisillin natrium 500 mq və ya 1 q vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Yarimsintetik penisillinlər qrupundan olan geniş təsir spektrli bakterisid antibiotikdir. “Qram-“  və “qram+”  kokklara, bağırsaq çöplərinə, və bir sıra digər törədicilərə qarşı təsir göstərir. Parenteral istifadə edildikdə tez sorulur, toxumalara  yayılır və mayelərdə paylanır; ə/d yeridildikdə qanda C max 1 saata çatır və terapevtik səviyyəsini  6–8 saata qədər saxlayır. Qanda zülallarla birləşməsi 20 % yaxındır. Histohematik baryerləri tez keçir, dəyişilməmiş HEB keçir. Terapevtik konsentrasiyalarda peritoneal mayedə, sidikdə, dəri suluqlarında, plevra mayesində, ağ ciyər toxumasında, bağırsağın selikli qişasında, kiçik canaq orqanlarında , orta qulaq mayesində, öddə, döl  toxumasında  (plasentar baryeri keçdiyi üçün) toplanır. Öddə konsentrasiyası plazma konsentrasiyasından 2-4 dəfə artıqdır. T1/2  1–1,5 saatdır.  Böyrəklərin funksiyası pozulduqa T1/2  4–12,6 saatadək uzana bilər. Metabolizmə qismən  uğrayaraq qeyri aktiv metabolitlər əmələ gətirir.  50–70% dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə, 20% - qaraciyər vasitəsilə orqanizmdən xaric olur. 

 

GÖSTƏRİŞLƏR:

Amoksisillinə həssas törədicilərin əmələ gətirdiyi bakrerial infeksiyalar:

  • tənəffüs yolları infeksiyaları
  • LOR-orqanların infeksiyaları
  • sidik-cinsiyyət sistemi orqanların infeksiyaları
  • dəri və yumşaq toxumarın infeksiyaları 
  • abdominal infeksiyalar
  • qonoreya
  • H. pylori-nin eradikasiyası
  • endokarditin profilaktikası
  • cərrahi infeksiyaların profilaktikası
  • leptospiroz
  • listerioz
  • meningit
  • sepsis.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Penisillinlərə qarşı həssaslıq, allopurinol ilə müalicə, yolxücü mononukleoz.

Ehtiyatla : hamilələrdə və allergiyaya meylli insanlarda.

 

İSTİFADƏ QAYDASI:

1 q tozu 20 ml natrium xloriddə həll edərək

- venadaxili, 5ml inyeksiya üçün suda həll edərək

- ə/d istifadə etmək olar.  Hazır məhlul dərhal istifadə olunmalıdır (stabillik müddəti 6 saatdır).

Böyüklərdə: v/d gündə 1 – 2q;

ə/d –1 q gündə 2 dəfə təyin olunur.

Uşaqlar və körpələrdə: venadaxili - 100 - 200 mq/kq/gündə;

ə/d - 500 mq gündə 2 dəfə, lakin hər inyeksiyada doza 50 mq/kq aşmamalıdır.

 

BURAXILIŞ FORMASI:

İnyeksiya üçün toz 1 q №1 flakonda

İnyeksiya üçün toz 500 mq  №1 flakonda

İSTEHSALÇI:  Panpharma (FRANSA)

MARKETİNQ  DƏSTƏYİ:  NORMA PAN