PAN-SEFAZOLİN (İnyeksiya üçün toz) - PAN-CEFAZOLINE

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər flakonda 1 q  sefazolin  vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

I nəsil sefalosporin qrupuna aid olan geniş təsir spektrli, bakterisid təsirə malik antibiotikdir. Hüceyrə membranının sintezini ingibə edir.  Həm qrammüsbət (stafilokokk, streptokokk, pnevmokokk, difteriya çöpləri), həm də qrammənfi mikroorqanizmlərə (Escherichia coli, Salmonella spp., Shiqella spp., Proteus mirabilis, Klebsiella spp., Haemopnylus influenzae, Enterobacter aerogenes, Neisseria gonorrhoeae) qarşı yüksək aktivliyə malikdir. Ə/d yeridildikdə maksimal konsentrasiyaya 1 saata çatır və 8-12 ərzində bu konsentrasiyanı saxlayır. Əsasən böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə xaric olur (90%). Plasentar baryerdən, sinovial təbəqədən keçir, oynaq boşluqlarına keçir. V/D yeridildikdə maksimal konsentrasiyaya tez çatır, T1/2 – 2 saata çatır.

 

GÖSTƏRİŞLƏR:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (kəskin və xroniki bronxit, bronxopnevmoniya, pnevmoniya, ağciyər absesi, piotoraks, faringit, tonzillit, laringit, bronxoektaziya),
  • Sidik çıxarıcı yolların infeksiyaları (pielonefrit, sistit, uretrit sifilis, qonoreya)
  • Öd yollarının infeksiyaları (xolesistit, xolangit)
  • Kiçik çanaq orqanlarının infeksiyası
  • Sümük və oynaqların infeksiyası (osteomielit, artrit)
  • Dəri və yumşaq toxumaların infeksiyaları (follikulit, furunkul, abses, xora, fleqmona, yara və yanıqlar)
  • Ginekoloji infeksiyalar (endometrit, parametrit, mastit, servisit, doğuşdan sonrakı infeksiyalar)
  • Endokardit
  • Cərrahi əməliyyatdan sonrakı infeksiyaların profilaktikası, sepsis, peritonit.

 

ƏKS GÖSTƏRİŞLƏR:  Sefalosporinlərə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI:

V/D və ya Ə/D (şırnaqla,damcı üsulu ilə). Orta günlük doza - 1 q gündə 2 dəfə. Maksimal sutkalıq doza– 6 q, nadir halda - 12q gündə 3-4 dəfə). Müalicə kursu 7—10 gündür.

 

BURAXILIŞ FORMASI: İnyeksiya üçün toz 1 q  №1 flakonda.

İSTEHSALÇI Panpharma (FRANSA)

MARKETİNQ  DƏSTƏYİ:  PHARMSERVICE