PAN-OKSİTOSİN (inyeksiya üçün məhlul) - PAN-OXYTOCIN

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər 1 ml ampulda 5BV oksitosin vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR

Oksitosin - hipofizin arxa payında ifraz olunan hormondur.  Oksitosin uterotonik təsir göstərir. Uşaqlığın saya əzələləsini stimulə edirək yığılma fəallığını artırır və miometriumun tonusunu yüksəldir. 

 

GÖSTƏRİŞLƏR:

  • Doğuşun stimulyasiyası
  • Kesəriyyə əməliyyatı zamanı
  • Uşaqlıq atoniyası və atonik qanaxmaların profilaktika və müalicəsi
  • Doğuşdan sonra uşaqlığın natamam involyusiyası
  • Erkən hamiləlik dövründə köməkçi müalicə kimi
  • Natamam, zəruri və ya baş tutmayan abort halları.

 

 

İSTİFADƏ QAYDASI:

  • Doğuşun stimulyasiyası və ya gücləndirilməsi: preparat venadaxili damcılı infuziya şəklində və ya, müxtəlif sürətli infuziya nasosu ilə daxil olunmalıdır. Damcılı infuziya zamanı 10 BV preparat 1 litr fizioloji məhlula əlavə olunmalıdır.
  • Keysəriyyə əməliyyatı: uşaq doğulandan dərhal sonra asta venadaxili inyeksiya şəklində 5 BV istifadə olunur.
  • Doğuşdan sonrakı uşaqlıq qanaxmların profilaktikası: Adətən istifadə olunan doza - ciftin doğulmasından sonra v/d 5 BV.
  • Doğuşdan sonrakı uşaqlıq qanaxmaların müalicəsi: 5-10 BV ə/d inyeksiya və ya 5 BV asta v/d infuziyada təyin olunur, ağır hallarda yuxarıda qeyd olunmuş doza uşaqlığın atoniyasını nəzarət etmək üçün lazımi sürətlə 500 ml izotonik həlledicidə həll olunmuş 5-20 BV oksitosin daxil edən məhlulun venadaxili infuziyası ilə davam olunur.
  • Natamam, zəruri, və ya baş tutmayan abort zamanı: 5BV ə/d və ya asta v/d təyin olunur, lazım olduqda 20-40 mV /dəq sürətdə venadaxili infuziya ilə davam olunur.   

 

ƏLAVƏ TƏSİRLƏR:

Bəzi hallarda anada: anafilaktik reaksiya, uşaqlığın hipertonusu, uşaqlığın tetanik yığılmaları və cırılması, qısamüddətli arterial hipotenziya, reflektor taxikardiya, ürəkbulanma, qusma, ürək ritminin pozğunluqları.

Döldə: sıxılma, asfiksiya və tələf olma.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Preparata qarşı hiperhəssaslıq. Uşaqlığın hipertonik yığılmaları, doğuşun mexaniki çətinləşməsi, dölün hipoksiyası. 

Döl və ya ana tərəfindən yaranan səbəblərə görə təbii və / və ya vaginal yolla doğuş məsləhət olunmadıqda: yəni, nəzərəçarpan baş-çanaq disproporsiyası, dölün təbii doğuşu çətinləşdirən yerləşməsi, ciftin gəlişi və damarın gəlişi, ciftin qopması, göbəkbağının gəlişi və ya prolapsı, çoxlu döllü hamiləlikdə rast olunan uşaqlığın həddən artıq dartılması və cırılmasına meyillik, polihidramnion, altı dəfədən çox doğan qadın və kesar əməliyyatı daxil olaraq, böyük əməliyyətlar nəticəsində uşaqlıqda çapığın olması.

 

BURAXILIŞ FORMASI: Ampulda inyeksiya üçün məhlul 5 BV / 1 ml (8.33 mkq/ml)  N 10 karton qutuda

İSTEHSALÇI Panpharma (FRANSA)

MARKETİNQ  DƏSTƏYİ:  NORMA PAN