PAN-DİKLOFENAK (İnyeksiya üçün məhlul) - PAN-DICLOFENAC

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər ampulda 75 mq  diklofenak sodium vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Diklofenak  qeyri-steroid iltihabəleyhinə preparatlara aiddir. Ağrıkəsici, güclü iltihabəleyhinə, hərarətsalıcı, antirevmatik, antiaqreqant təsirə malikdir.  Ağrını, ödemi, hərarəti, iltihab əlamətlərini aradan qaldırır. Sikookasigenazanı ingibə edərək, araxidon turşusundan prostaglandinlərin, trmboksanın, prostasiklinlərin, leykotriyenlərin sintezini, iltihab törədən lizosomal fermentləri ingibə edir; trombositlərin aqreqasiyasını ingibə edir; uzunmüddətli istifadə zamanı desensebilizəedici təsir göstərir. Qaraciyərdə metabolizmə uğrayır, əsasən böyrəklər vasitəsilə xaric olur. Ə/d yeridildikdən sonra Cmax plazmada 10–20 dəq çatır.Biomənimsənilmə — 50%-dir, plazma zülalları ilə — 99.7% birləşir. Toxumalara yaxşı keçir, sinovial mayedə konsentrasiyası plazma konsentrasiyasından daha artıqdır. T1/2 plazmada  — 2 saata yaxındır, sinovial mayedə  — 3–6 saatdır. Tövsiyə olunan intervallarla qəbul edildikdə kumulyasiya etmir (hətta qaraciyər və böyrəklərdə problemlər olduğu halda belə). Preparatın sorulması və xaric olması xəstənin yaşından asılı deyil. Diklofenak  əməliyyat və travmalardan sonra oynaqlarda olan ağrını, ödemi aradan qaldırır, oynaqların funksional fəaliyyətini artırır. Bexterev xəstəliyi zamanı effekti prednizolona bərabərdir.

 

GÖSTƏRİŞLƏR:

  • Dayaq-hərəkət aparatının xəstəlikləri  (revmatoidli artrit, revmatizm, ankilozlaşdırıcı spondilit, podaqra, deformasiyaedici osteoartroz, osteoxondroz və s.)
  • Oynaqdan kənar toxumaların xəstəlikləri (tendovaginit, bursit, yumşaq toxumaların zədələnməsi)
  • Revmatizm
  • Miqren, nevralgiya, işias, lümbaqo, mialgiya
  • Posttravmatik ağrılar, əməliyyatdan sonrakı ağrılar və iltihab
  • Menstrual ağrılar, salpinqit, ooforit, uşaqlıq yolunun ağrıları
  • Böyrək və qaraciyər kolikası
  • LOR-orqanları xəstəliklərinin patogenetik müalicəsi

 

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperhəssaslıq (o cümlədən,  digər QSİP-ra qarşı), qanın laxtalanmasının pozulması, mədə və onikibarmaq bağırsaq xorası, bağıqsağın destruktiv–iltihabi xəstəliklərinin kəskinləşməsi,  «aspirin» astması, hamiləliyin son trimestri, 6 yaşdan kiçik uşaqlarda tədbiqi məsləhət görülmür. 

 

ƏLAVƏ TƏSİRLƏR:

Mədə-bağırsaq pozulmları, qastropatiyalar, mədə-bağırsaq traktında xoralar və qanaxmalar, qaraciyərn funksiyasının pozulması, hepatit, nefrit, baş ağrısı, yuxusuzluq, yorğunluq, allergik reaksiyalar, anemiya, arterial təzyiqin yüksəlməsi, qıcolma.

 

QARŞILIQLI TƏSİRLƏR:

Qanda litiumun,diqoksinin, antikoaqulyantların, antidiabetik preparatların konsentrasiyasını yüksəldir. Metotreksatın, siklosporinin,qlükokortikoidlərin toksikliyini artırır, diuretiklərin təsirini azaldır. 

 

İSTİFADƏ QAYDASI:

Orta günlük doza ə/d və v/d  - 75 mq gündə 1 dəfə(ağır hallarda 2 dəfə) , müalicə kursu 1-5 gündür. Sonra müalicə tablet (kapsul) və ya şamla davam edilə bilər. Maksimal sutkalık doza150mq-dır.

 

BURAXILIŞ FORMASI: İnyeksiya üçün məhlul ampulda 3ml/75mq  №10, karton qutuda.

İSTEHSALÇI:  Panpharma group, Rotexmedica (Almaniya)

MARKETİNQ  DƏSTƏYİ :  NORMA PAN