PAN-AMPİSİLLİN (İnyeksiya üçün toz) - PAN-AMPICILLINE

 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

ТƏRKİBİ:

Hər flakonda 1 q  ampisillin sodium vardır.

 

FАRMAKOLOJİ XÜSUSİYYƏTLƏR:

Yarımsintetik penisillinlər qrupuna aid olan antibiotikdir. Geniş təsir spektrinə malikdir. Bakterisid təsir göstərir. Qram “+” (alfa – və beta – hemolitik streptokokklar,  Streptococcus pneumoniae, Staphylococcus spp., Bacillus anthracis, Clostridium spp., enterokokklara , o cümlədən  Enterococcus faecalis),  qram “-”  mikroorqanizmlərə (Haemophilus influenzae, Neisseria meningitidis, Proteus mirabilis, Pasteurella multocida, Salmonella spp., Shigella spp., Escherichia coli),həmçinin Listeria spp. Biomənimsənilməsi - 40%-dir; Cmax plazmada – 2 saata çatır . Plazma zülalları ilə — 20% birləşir.  Orqan və toxumalara, sinovial mayeyə, sümüyə, sinovial, peritoneal, amniotik, plevralonurğa beyin mayelərinə, bronxial ifrazata, ödə, sinuslara,bağırsağın selikli qışasına, cinsi orqanların toxumalarına yaxşı keçir və terapevtik  konsentrasiya toplayır. Hematoensefalitik baryeri yalnız zədələndiyi halda keçir. Əsasən böyrəklər (70-80%)  və az miqdarda qaraciyər vasitəsilə orqanizmdən xaric olur.  Kumulyasiya olunmur.

 

GÖSTƏRİŞLƏR:

  • Yuxarı və aşağı tənəffüs yolları infeksiyaları
  • Qarın boşluğu üzvlərinin infeksiyaları
  • Sidik çıxarıcı yolların infeksiyaları
  • Ginekoloji infeksiyalar
  • İntraabdominal infeksiyalar
  • Dəri və yumşaq toxumaların infeksiyaları
  • Sümük və birləşdirici toxumaların infeksiyaları
  • Revmatizm
  • Bakterial septisemiya, həmçinin abort və kesar kəsiyi əməliyyatından sonra sepsisin inkişaf risqini azaltmaq məqsədilə
  • Cərrahi əməliyyat önü profilaktika

 

ƏKS GÖSTƏRİŞLƏR:

Penisillinlərə qarşı yüksək həssaslıq.Anamnezində allergik reaksiyalar olan şəxslərdə ehtiyyatla təyin olunmalıdır. Ağır qaraciyər xəstəlikliyi olan şəxslərə təyin edildikdə qaraciyərin funksiyası nəzarət altında olmalıdır.

 

İSTİFADƏ QAYDASI:

Ampisillin ə/d və ya v/d yeridilir. V/d : böyüklər üçün birdəfəlik doza  0,25–0,5 q (5-10 ml inyeksiya üçün suda,2q artıq istifadə etdikdə isə məhlula əla və 125-250 ml izotonik məhlul əlavə olunara həll edilir) hər  4–6 saatdan bir yeridilir, sutklıq doza -1–3 q. Ağır hallarda  sutklıq doza 10q-dək yüksələ bilər.Maksimal sutklıq doza— 14 q təşkil edir. Yenidoğulmuşlarda  sutklıq  doza- 100 mq/kq, uşaqlarda — 50 mq/kq. Ağır hallarda doza ikiqat artırılır. Sutkalıq doza 4- 6 yerə bölünür  və 4–6 saatdan bir yeridilir. Müalicə kursu 7–14 gündür.

 

BURAXILIŞ FORMASI: İnyeksiya üçün toz 1 q  №1 flakonda.

İSTEHSALÇI:  Panpharma (FRANSA)

MARKETİNQ  DƏSTƏYİ :  NORMA PAN