UKRAFERON (toz) - Intranasal (Intranazal)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

TƏRKİB:

Hər ampulda 100 000 BV rekombinant interferon alfa-2b vardır.

 

FARMAKOLOJİ  XÜSUSİYYƏTLƏR:

Ukraferon leykositar interferona uyğun olaraq immunomodulyator və yüksək virus əleyhinə aktivliyə  malikdir. Ukraferonun aktiv inqredienti insan leykositləri tərəfindən interferonogen virusa qarşı sintez olunan alfa -2b interferon ilə eyni olan rekombinant interferondur. Tənəffüs yolu vasitəsilə qəbulu toksiki təsirə malik deyil və təhlükəsizdir.

 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Ukraferon böyüklədə, uşaqlarda, hamilələrdə, yenidoğulmuşlarda qrip və digər respirator virus infeksiyalarının müalicə və profilaktikası zamanı istifadə olunur.   

 

ƏLAVƏ TƏSİRLƏRİ: Müşahidə olunmamışdır.

ƏKS GÖSTƏRİŞLƏRİ: Müşahidə olunmamışdır.

 

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Ampulun içindəki toza 2-5 ml otaq temperaturunda olan qaynadılmış su  əlavə olunur və həll olunanadək ehmalca qarışdırılır. Profilaktika məqsədilə hər burun boşluğuna 0,25 ml (5 damcı) gündə 2 dəfə  (istifadə intervalı 6 saatdan az olmamaq şərtilə) damızdırılır.Profilaktik məqsədlə preparatın istifadəsi virusa yoluxma təhlükəsi zamanı başlanır və bu təhlükə keçənə qədər davam etdirilir. Müalicə məqsədilə hər burun boşluğuna 0,25 ml (5 damcı) 1-2 saatdan bir (gündə 6 dəfədən artıq olmamaq şərtilə) 2-3 gün ərzində damızdırılır.

 

XÜSUSİ QEYDLƏR: Hazırlanmış Ukraferon məhlulu 20C-dən  80C-yə qədər temperaturda saxlanmaq şərtilə 1 gün ərzində istifadə olunmalıdır.

 

BURAXILIŞ FORMASI: Liofilizə olunmuş toz ampullarda № 10,  içlik vərəqə ilə birgə karton qutuda.

 

İSTEHSALÇI:  OSC “ Biofarma” (Ukrayna)

RƏSMİ  DİSTRİBYUTOR: AzeriMed

MARKETİNQ DƏSTƏYİ: NORMA PAN