KALSEMİN - Calcemin (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Dərman forması: Qişa ilə örtülü tabletlər
Təsviri: Ağ rəngdə oval tabletlər, bir tərəfində yarıq ilə içi küllü –ağımtıl rəngdə.

Tərkibi:
Aktiv inqrediyentlər:

  • Ionizə olunmuş kalsiy (kalsiy sitratdan və kalsiy karbonatdan alınmış) - 250 mq
  • Vitamin D3 - 50 ME
  • Sink - 2 mq
  • Mis - 0,5 mq 
  • Marqans - 0,5 mq
  • Bor - 50 mkq

Qeyri aktiv inqrediyentlər: maltodekstrit, mikrokristalik sellüloz, stearin turşusu, natriy krozkarmellüloz, aksiya, soi polisaxarid, natriy laurilsulfat, asparaqin turşusu, maqniy stearat, qlisin, kremniy dioksid, limon turşusu.

Qişa: hidroksipropilmetilsellüloza, maqniy silikatı, triasetin, mineral yağ, natriy laurilsulfat, titan dioksidi.

 

Farmakoloji xüsusiyyətlər:
Makro-/ mikro elementlər tərkibində  olan kombinə olunmuş preparat. Tərkibində olan ingredientlər nəticəsində təsirlidir. Kalsiy, Vitamin D3 və makroelementlərin defisitini doldurur. Osteoporozun profilaktik müalicəsini həyata keçirir, sümük toxumalarının bərkliyini artırır, qığırdaq toxumanı və parodontu möhkəmlədir.

 

Göstərişlər:
Müxtəlif qenezli osterpeniya və osteoporozin  uşaqlarda və böyüklərdə proflaktika və müalicəsi. Sınıqların proflaktikası və onların müalicəsi müddətinin azaldılması. Hamiləlik və əmizdirmə dövründə, uşaqlarda və yeniyetmələrdə intesiv böyümə zamanı olqaldırılması və rahat sovrulmasını təmin etmək üçün.
Uşaqlarda və böyüklərdə sümük qığırdaq toxumanın mineral dəstəyi.

 

İstifadə qaydaları və dozaları:

  • Uşaqlara 5- 12 yaş gündə 1 dəfə 1tablet yemək zamanı.
  • Böyüklər və 12 yaşdan böyük olan uşaqlara gündə 2 dəfə 1 tablet  yemək zamanı.
  • Hamiləliyin 20 –ci həftəsindən və  bütün  laktasiya  zamanı  gündə 2 dəfə 1 tablet .

 

Yan təsirlər: Nadir hallarda  ürək  bulanması , qusma , meteorizm , hiperkasemiya, allerqik reaksiyalar mümkündür.

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq sidik daşı xəstəliyi , hiperkalsemiya və hiperkalsluriya.

Dozadan  artıq qəbul etdikdə: Dozadan artıq qəbul etdikdə qəbz, ürək bulanması, qusma, hiparkalsemiya, hiperkalseurlya ola bilər.

 

Əsas göstərişlər: Doza instruksiyada göstərilən dozanı  aşmamalıdır . Kalsiy qəbulu pasentin yüksək konsentrasiysnı tələb edən  işlərdə və psixomotor reaksiyasının sürətinə təsir edən rol oynamır.

 

Digər dərman preparatları ilə qəbul edildikdə:

Diuretiklərlə birgə qəbul etdikdə qəbul etmə rejimini həkimlə məsləhətləşməli.
Vitamin D3 –ün aktivliyi onun fenitoin və ya barbiturallarla eyni zamanda qəbul etdikdə azala bilər. Kalsiy preperatları ürək qlikozidlərinin terapevtik və toksik effektlərini yarada bilərlər, həmcinin mədə -bağırsaq sistemindən tetrasiklinlərin sorulmasını yarada bilərlər, həmçinin bisfosfonalların və natriy floridin sovrulmasını azalda bilərlər, buna görə Kalsiy qəbulu ilə yuxarıda sadalanan vasitələrin qəbulu arasında interval 2 saatdan az olmamalıdır.

Saxlama qaydaları: + 15 – 30 0 C temperaturda uşaqların əli çatmayan yerdə saxlamalı.

Saxlama müddəti: 3 il Qutunun üzərindəki saxlama müddəti bitdikdən sonra istifadə edilməməli.

Buraxılış forması: 30, 60, 120 tablet plastik flakonda . Flakonlar içlik – vərəqə ilə birgə karton qutunun içinə yerləşdirilib .

Buraxılış qaydaları: Reseptsiz.

 

İstehsalcı firmanın adı, ölkəsi, ünvan.
Saqmel. İnc.
1580 South  Milwaukee Ave. Sulte 415.
Libertyville. İL 60048. USA.
Contrakt Phaacel  Corp.
135 Adams  Ave. Hauppauqe.
New York 11788. USA.