DIPEP (kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Hər kapsulun tərkibində olan aktiv komponentlər:

  • Pepsin* - 25 mq
  • Papain - 50 mq
  • Göbələk mənşəlli amilaza (1:800)** - 50 mq
  • Lipaza (göbələk mənşəlli ) ***(həlli olunan örtükdə) - 112,5 mq
  • Sitaza (15 sellüloz vahidində ekvivalent ) - 15 mq

*25 mq pepsin (H.F.) (1:3000) 75qr yumurta albumini parçalıyır;

** 50 mq Aspergillus oryzae –dan alınmış göbələk mənşəlli amilaza (H.F.) (1:800) 40 qr bişmiş nişastanı parçalıyır.

***Lipaza aktivliyi 40000 göbələk mənşəli lipaza vahidinə uyğundur.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə

Farmakoloji xassələri:

  • DİPEP kapsulları dispepsiyanınterapiyasında və iştahgətirici kimi istifadə olunur.
  • Pepsin - zülalları parçalayan və onların mənimsənilməsini təmin edən enzimdir.
  • Amilaza – Aspergillus orzyae-dan alınmış ferment olub, nişastanı qlükozayadək parçalayır.
  • Papain – zülalları parçalayan fermentdir.
  • Sitaza - bitki mənşəlli qidanı D- qlükozayadək parçalayır.
  • Lipaza - qida ilə daxil olan yağları bağırsaqda sorula bilən vəziyyətə qədər parçalayan fermentdir.

Bu fermentler kompleksi zülalların, yağların və karbohidratlların mənimsənilməsini təmin edir.  

 

İstifadəsinə göstərişlər:

  • funksional dispepsiya;
  • zülalların, yağların və karbohidratların mənəsənilməsinin pozulmasında;
  • cərrahiyyə əməliyyatından sonraki dövrdə;
  • hamilə qadınlarda enterit və meteorizm zamanı;
  • mədəaltı vəz və ya qaraciyər fuksiyalarının çatışmazlığı ilə yaranan pozğunluqların müalicəsi zamanı kompleks terapiyanın tərkibində.

Əks göstərişlər: Preparatın komponentlerinə qarşı hiperhəsasslıq.

Digər maddələr ilə qarşılıqlı təsiri: Kalsium karbonat, maqnezium hidroksid və ya dəmir preparatları ilə birgə təyin olunduqda , həmin preparatlar ilə qarşılıqlı təsiridə ola bilər.

 

Xüsusi göstərişlər:

Hamiləlik və laktasiya: DİPEP kapsulları hamiləlik zamanı və laktasiya dövründə istifadə oluna bilər.

 

İstifadə qaydası və dozası: 2 kapsuldan gündə 2 dəfə yeməkdən sonra

Əlavə təsirləri: Nadir hallarda ürəkbulanma və ishal müşahidə oluna bilər.

Buraxılış forması: Hər blisterdə 10 kapsul olmaqla buraxılır. 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +250C –dən yuxarı olmayan  temperaturda quru , günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub . Yararlılıq müddəti bitdikdən sonra istifade etmək olmaz.

 

Yayıcı: Serum İnstitute  of İndia Ltd.212/2, Hadapsar, Pune- 411 028 , Hindistan

İstehsalatcı: M/s.  P&B Laboratorıes Ltd. C2/11, G.İ.D.C ., KansariGujarat – 388 630 , Hindistan  

Azərbaycanda rəsmi distribyutor:

TETRADA  MMC – dir.

AZ1102 , 20 Yanvar küçəsi , 14

Bakı , Azərbaycan

Tel.:(+994 12) 431-59-24, 431-05-41

Faks: (+994 12) 430-80-51

E-mail: info@tetrada-az.com

www.tetrada-az.com