BİOFAST (toz)

Təbii sinbiotik

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

  • Saccharomyces boulardii (liofilizə olunmuş hüceyrələr) - 250 mg
  • Inulin - 100 mg

Dərman forması: peroral qəbul üçün nəzərdə tutulmuş liofilizə olunmuş toz.

Farmakoterapevtik qrupu: Diareyaəleyhinə preparat. Müalicəvi Saccharomyces boulardii göbələkləri.

Farmakoloji təsiri:

Biofast mikrobəleyhinə və diareyaəleyhinə təsirlərə malik bioloji preparatdır. Tərkibindəki Saccharomyces boulardii müalicəvi maya göbələkləri Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus aureus,Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis (in vitro Salmonella typhi, Escherichia coli, Shigella dysenteriae, Yersinia enterocolitica) kimi patogen və şərti-patogen mikroorqanizmlərə qarşı antaqonist effekt nəticəsində mikrobəleyhinə təsir göstərir. Enthamoeba hystolitica, Lambliae, Shigella kimi mikroorqanizmlərin də inkişafının qarşısını alır.

IgA və digər immunoqlobulinlərin hasilini artıraraq,yerli immun müqaviməti artırır. Psevdomembranoz kolitə səbəb olan Clostridium difficile toksinlərinə, həmçinin enterotoksinlərə qarşı antitoksik təsir göstərir.Nazik bağırsaq disaxaridazalarının aktivliyini (laktaza, saxaraza, maltaza) artırır. Spermin və spermidin poliaminləri sayəsində nazik bağırsağın selikli qişasına trofik təsir göstərir.

Biofast preparatının tərkibinə həmçinin təbii prebiotik olan inulin daxildir. İnulin fruktoza qalıqlarından təşkil olunmuş polisaxariddir. İnulin mədə-bağırsaq traktının yuxarı şöbələrində fermentlərin təsirindən parçalanmır, sərbəst şəkildə yoğun bağırsağa çataraq, seçici olaraq “xeyirli” mikrofloranın inkişafını dəstəkləyir. Laktobasillər və bifidobakteriyalar inulinlə qidalanaraq, artırlar, patogen bakteriyaları sıxışdırıb çıxardırlar, bununla da bağırsaq peristaltikasını və həzm prosesslərini yaxşılaşdırırlar.

 

İstifadəsinə göstərişlər:

  • MBT – nın kəskin və xroniki infeksiyaları, H. pylori;
  • Uşaqlarda və yetkin şəxslərdə kəskin və xroniki bakterial diareya;
  • Virus mənşəli kəskin diareya;
  • Antibiotik qəbulunun səbəb olduğu kolit və diareyaların müalicə və profilaktikası;
  • Bağırsaq disbakteriozu (disbiozu), enterokolit;
  • Qıcıqlanan Bağırsaq Sindromu
  • Psevdomembranoz kolit və Clostridium difficile səbəb olduğu xəstəliklər;
  • Uzunmüddətli enteral qidalanmanın səbəb olduğu diareya.


Istifadə qaydası:
Yenidoğulmuşlarda: gün ərzində 1 paket, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.
6 yaşa qədər uşhaqlarda: 1 paket gün ərzində1-2 dəfə, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.
6 yaşdan yuxarı uşaqlar və böyüklərdə: 1-2 paket gün ərzində 2 dəfə, 10-15 ml qaynadılmış soyuq suda və ya süddə həll etdilərək, yeməkdən sonra daxilə qəbul edilir.

Hazırlanmış məhlulu bir neçə gün otaq temperaturunda saxlamaq olar.

Tövsiyə olunan müalicə müddəti:

  • kəskin diareya 3-5 gün;
  • disbakterioz, qıcıqlanan bağırsaq və xroniki diareya sindromunun müalicəsi zamanı 10-14gün;
  • antibiotik qəbulu ilə əlaqəli diareya və psevdomembranoz kolitin müalicə və profilaktikası zamanı antibiotik qəbulunun ilk günündən etibarən 2 paket gün ərzində 2 dəfə qəbul edilir.

Istifadə qaydasına dair xəbərdarlıq: çox soyuq və isti içkilərə,qidaya əlavə etməyin.

 

Yan təsirləri: Allergik reaksiyalar,mədə nahiyyəsində narahatlıq hissi ola bilər ki, bu əlamətlər preparatın qəbulunun dayandırılmasını tələb etmir.

Əks göstərişlər: Tövsiyə olunan doza istifadə edilən təqdirdə əks göstərişlər müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövrü: Tədqiqatlar aparılmamışdır.

Dərmanlarla qarşılıqlı təsiri: Göbələkəleyhinə vasitələrlə birgə qəbulu, preparatın kliniki effektivliyini azaldır.

Doza həddinin aşılması: Müəyyən edilməmişdir.

Buraxılış forması: № 10 paket və içlik vərəqə karton qutuya yerləşdirilir.

Manufactured By: VERMON Nutraceuticals Ltd. İnternational Company