QRASIKOR (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddələr:

  • Tikanlı yemişan hamaşçiçəyi (Crataegi inflorescentia) - 15 0 mq,
  • Yemişan meyvələri (Crataegi fructus) - 30 mq,
  • Damotu ( Leonuri herba) – 100 mq,
  • Xəşəmbul otu (eliloti herba) – 40 mq.

 

Köməkçi maddələr : Kolloidal silisium 4- oksid , kartof nişastası.

1 tabletin tərkibində hiperozidə hesablamada 1,25 mq- dan az olmayaraq flavonoid vardır.

 

Farmakoloji xüsusiyyətləri:

Yemişanın tərkibində olan farmokoloji ktiv maddələr tac damarlarda və miokardda qan dövranını gücləndirir. Preparat ürək yığılmalarının gücünü və miqdarını mülayim artırır (müsbət ino-, xrono-, dromotrop effektlərə və mənfi batmotorop təsirə malikdir). Əlavə olaraq sidikqovucu və ödemlərə qarşı təsir göstərir.

 

İstifadəsinə göstərişlər:

Qan dövranının funksional pozğunuqları, yüngül və orta dərəcəli koronar çatışmazlıqlar, ürəkhərəkət nevrozları, ürəkdöyünmə şəklində ürək ritminin nevrotik mənşəli yüngül pozğunluğu, döş sümüyü arxasında ağrılar, yaşlı insanlarda ürək xəstəlikləri və hər şeydən əvvəl miokard yığilmalarının gücnün azalması və tez yorulma zamanı köməkçi təsir göstəir.

Əks göstərişlər: Preparatın istifadəsinə əks göstərişlər meydana çıxarılmışdır.

Xəbərdarlıq: 2 həftədən artıq istifadə etdikdə gələcəkdə preparatdan istifadənin məqsədəuyuğunluğu haqda həkimlə məsləhətləşmək lazımdır. Taxikardiya zamanı preparatdan istifadə həkim tərəfindən fərdi olaraq təyin olunur.

Digər dərmn vasitələri ilə qarşılıqlı təsiri: Yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamiləlik və laktasiya dövründə istifadəsinin mümkünlüyü haqda həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idaretmə qabiliyyətinə təsiri: Avtomobil və digər mexanizmaləri idaretmə qabiliyyətinə preparatın heç bir təsiri yoxdur.

İstifadə qaydası və dozası: Gündə 3 dəfə yeməkdən sonra 1-2 tablet kifayət qədər su ilə qəbul edələr.

Doza həddinin aşılması: Baş ağrıları yarana bilər.

Buraxılış forması: Blisterlərdə 20,30 və ya 50 tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25 0 C –dən yüksək olmayan temperaturada, uşaqların əli çatmayan yerdə, bağlı qablaşdırmada saxlanılmalıdır.

Yararlılıq müddəti: Qablaşdırma üzərində göstərilmiş yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resepsiz buraxılır.

İstehsalçı: Labofarm, ul.Lubichowska 176 b, 83-200 Starograd Gdanski, Polşa.