MINERALDEP (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Bir tabletin tərkibinə daxildir:

  • Magnezium - 300 mg
  • Kalium - 51,60 mg
  • Sink - 15 mg
  • Vitamin B1 (tiamin) - 1,4mg
  • Vitamin B2 (riboflavin) - 1,2mg
  • Vitamin B6 (piridoksin) - 2 mg
  • Vitamin B12 (siankobalamin) – 1 mcg:
  • Vitamin B9 (fol turşusu) – 200 mcg

Farmakoloji xususiyyətləri:
Preparatın təsiri tərkibinə daxil olan vitamin və mineralların effektləri ilə əlaqəlidir.

Maqnezium - sinir hüceyrələrinin oyanıqlığını azaldır, sinir əzələ ötürməsini ləngidir, fermentativ reaksiyalarda iştirak edir. Maqnezium orqanizmdə əsas damar və sinir qoruyucu element hesab olunur.Baş beyində neyropeptidlərin sintezi maqneziumun mütləq iştirakı ilə baş verir. Maqnezium neyronal yaddaşı tənzimləyir. Orqanizmdə maqnezium əsas olaraq hüceyrədaxili boşluqda toplanır (99%).

Orqanizmdə maqneziumun çatışmamazlığı aşağıdakı simptomlarla müşayiət olunur: xroniki yorğunluq hissi, vegetativ disfunksiya, diqqətin yayılması, depressiya, qorxu, həyəcan, başgicəllənmə, yuxu pozğunluğu, paresteziya, tetaniya, əzələ zəifliyi, tremor, ataksiya, reflektor oyanıqlığın artması, ürək ritminin pozulmaları, patoloji hamiləlik (toksikoz, hestoz), skelet əzələlərinin qıcolması, uşaqlığın yığılma qabiliyyətinin artması.

Kalium – natrium mikroelementi ilə birlikdə orqanizmdə su tarazlığını tənzimləyir və ürək ritmini normallaşdırır. Natrium-kalium tarazlığının pozulması sinir və əzələ funksiyasının pozulmasına səbəb olur. Kalium orqanizmin su-duz mübadiləsini, turşu-qələvi şəraitini tənzimləyir. Kalium mübadаilə prosesslərinin pozulması, mitral klapanın prolapsı zamanı miokardın fəaliyyətini yaxşılaşdırır. Kalium yorğunluğun qarşısını alır və xroniki yorğunluq sindromu riskini azaldır. Kalium defisiti zamanı ürək və skelet əzələlərinin fəaliyyəti pozulur. Davamlı kalium defisiti kəskin nevralgiyalara səbəb ola bilər.

Sink -  300-dən çox ferment və hormonların tərkibinə daxildir, əksər həyati vacib prosesslərdə iştirak edir. B qrup vitaminlərlə birlikdə beyinciyin funksiyasını tənzimləyir, əhval-ruhiyyəni, yaddaşı və diqqəti yaxşılaşdırır. Vitamin D-nin təsirini gücləndirir və kalsiumun sorulmasını sürətləndirir, bu səbəbdən də Sink defisiti osteoporoza – sümüklərin zəifləməsinə,kövrəkləşməsinə səbəb olur.

B qrup vitaminlər – bu qrupun bütün vitaminlərinin əsas məqsədi orqanizmdə enerji hasilatıdır. Belə ki, B qrup vitaminlər karbohidratların qlukozaya çevrilməsi və zülalların, yağların parçalanması prosesslərində iştirak edirlər. Vitamin B1 sinir liflərinin enerji mübadiləsinin əsas hissəsidir, sinir sisteminin normal fəaliyyəti üçün vacib olan karbohidrat mübadiləsinin kofermentidir, həmçinin sinapslarda sinir oyanıqlığının ötürülmə proseslərində vacib rol oynayır. Vitamin B1 əqli qabiliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırdığına görə, beynin işini (fəaliyyətini) optimallaşdırır. Tiamin qanın sirkulyasiyasını yaxşılaşdırır və qanyaranma prosesində iştirak edir, orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edərək, antioksidant təsir də göstərir.

Vitamin B6 - orqanizmdə metabolik aktiv forması olan piridoksalfosfata çevrilir, psixoloji gərginliyi aradan qaldırır, eritrosit və hemoqlobin istehsalında iştirak edir. Vitamin B6 koferment olaraq aminturşuların, zülalların mübadiləsində iştirak edir, neyromediatorların sintezini təmin edir. Serotonin hormonunun sinezində roluna görə bu vitamini «vitamin-antidepressant» da adlandırırlar. Vitamin B6 çatışmazlığı  qıcolmalar, depressiya, əsəbilik, narahatlıq, yuxusuzluq  kimi  simptomlara səbəb olur. Vitamin B2 Vitamin B6-nin aktiv formaya keçməsini  təmin edir. Orqanizmdə  B qrup vitaminlərin çatışmazlığı xroniki yorğunluq sindromuna səbəb olur. Stress zamanı maddələr mübadiləsi sürətləndiyinə görə, B qrup vitaminlərə tələbat da artır. Bu zaman orqanizmin normal fəaliyyəti üçün Vitamin B1-ə tələbat 10 dəfə, Vitamin B2 və Vitamin B6 – ya isə, tələbat 5 dəfə artır.

Göstərişləri:

  • Orqanizmdə Mq çatışmamazlığı;
  • B qrup hipo- və avitaminozlar;
  • Sinir sistemi xəstəliklərinin kompleks müalicəsi (nevritlər, radikulitlər, nevralgiyalar, periferik iflic)
  • Ürək-damar sistemi xəstəliklərinin müalicəsi və profilaktikası (aritmiya,hipertoniya,ürək çatışmazlığı)
  • Osteoporoz;
  • Yuxu pozulmaları;
  • Əsəbilik;
  • Xroniki yorğunluq sindromu;
  • Əzələlərdə ağrı və spazm;
  • PMS, klimakterik sindrom;
  • Psixo-emosional stress, depressiya, asteniya, əqli və fiziki gərginlik;
  • Aterosklerozun profilaktikası.

 

Dozalanma qayadası: 1 həb yarım stəkan suda həll edilib, gündə 1 dəfə qəbul edilir.

Əlavə təsirləri: Hər hansı bir komponentə qarşı hiperhəssaslıq.

Buraxılış forması: 10 həb karton qutuya içlik vərəqi ilə birgə yerləşdirilib.

İSTEHSALÇI: Italy,Erbozeta S.p.A, Strada delle Seriole,41/43, Loc. Galavotto (z.i.Gualdicciolo)

Marketing authorization belongs to  FARMAVITA. LTD