N-BİFOL - (kapsullar)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Bir kapsulun tərkibinə daxildir:
Aktiv maddələr:

  • Vitamin B1 – 10 mg
  • Vitamin  B6 –  3.0 mg
  • Vitamin  B9 (fol turşusu ) – 1500 mg
  • Dəmir  – 27 mg
  • Sink – 12 mg
  • Yod – 150 mg
  • Selen – 60 mg

Farmakoterapevtik qrup: kombinəedilmiş polivitamin kompleks.

Farmakoloji təsiri: Preparatın təsiri tərkibində olan aktiv maddələrlə əlaqədardır.

Vitamin B1 (tiamin) - karbohidrat, enerji, yağ, zülal və su-duz mübadiləsində iştirak edir,sinir sisteminin fəaliyyətinə tənzimləyici təsir göstərir. Bu vitaminin orqanizmdə çatışmazlığı zamanı süd və pyruvic turşusu əzələ toxumasında toplanır, bu zaman asetilxolin sintezi pozulur, nəticədə sinir, ürək-damar və həzm sisteminin funksiyası pozulur.
Tiamin əqli qabiliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırdığına görə, beynin işini (fəaliyyətini) optimallaşdırır. Tiamin qanın sirkulyasiyasını yaxşılaşdırır və qanyaranma prosesində iştirak edir, orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edərək, antioksidant təsir də göstərir.

Vitamin B6 (piridoksin) – maddələr mübadiləsində vacib rol oynayır, zülal, fermentlər, hemoqlobin, histamin, qlutamin turşusu, QAYT sintezində iştirak edir, qanda xolesterin və lipidlərin səviyyəsini azaldır, doymamış yağ turşularının istifadəsini yaxşılaşdırır, ürək əzələsinin yığılma qabiliyyətini yaxşılaşdırır, fol turşusunun aktiv formaya keçməsini təmin edir. Bundan əlavə, Vitamin B6 koferment olaraq aminturşuların, zülalların mübadiləsində iştirak edir, neyromediatorların sintezini təmin edir. Serotonin hormonunun sinezində roluna görə  bu vitamini  «vitamin-antidepressant » da adlandırırlar. Vitamin B6 həmçinin, eritrositlərin formalaşmasında iştirak edir, sinir hüceyrələri tərəfindən qlukozanın mənimsənilməsini təmin edir, lipotrop effektə malikdir ki, bu da qaraciyərin normal funksiyası üçün vacibdir.

Vitamin B9 (fol turşusu ) – orqanizmdə ferment sisteminin koenzimi olan, bir sıra karbon radikallarının daşınmasında iştirak edən tetrahidrofol turşusuna çevrilir. Bu koenzim purin və pirimidin əsaslarının, nuklein turşularının, aminturşuların biosintezində iştirak edir, həmçinin orqanizm tərəfindən qlutamin turşusunun və tirozinin istifadəsini yaxşılaşdırır.

Fol turşusu qanyaradıcı orqanların funksiyasının tənzimlənməsində fəal iştirak edir,makrositar anemiya zamanı antianemik təsir göstərir. Həmçinin bağırsaq və qaraciyərin funksiyasına müsbət təsir göstərir,qaraciyərdə xolin toplanmasını artırır, piy infiltrasiyasının qarşısını alır. Fol turşusu ağ qan hüceyrələrinin normal formalaşmasını və fəaliyyətini təmin edir, immun sistemi tənzimləyir.

Fol turşusu hamiləliyin erkən dövrlərində  böyük əhəmiyyətə malikdir.O,embrionun sinir hüceyrələrinin formalaşmasını təmin edir. Hamiləlik dövründə fol turşusunun gündəlik qəbulu sinir borusu qüsurlarının (spina bifida, hidrosefaliya, anensefaliya, hipotrofiya və s.) əmələ gəlməsinin qarşısını 75% alır. Bundan əlavə Fol turşusu erkən doğuş, dölyanı pərdənin erkən qopması təhlükəsininin qarşısını alır. Fol turşusunun doğuşdan sonrakı depressiyaların aradan qaldırılmasında rolu əvəzsizdir.

Dəmir - insan orqanizminin əvəzolunmaz elementidir: hemoqlobinin, əzələ zülalının strukturuna, dərinin, selikli qişaların, sinir, immun və başqa sistemlərin normal funksiyasını təmin edən müxtəlif fermentlərin tərkibinə daxildir. Qanyaranma prosesində iştirak edir. Hemoqlobinin tərkibində oksigenin toxumalara çatdırılmasını təmin edir. Dəmir defisiti zamanı ilk növbədə hüceyrə tənəffüsü pozulur, bu isə orqan və toxumaların distrofiyasına, anemiyaya səbəb olur. Dəmrin nəzərə çarpacaq defisiti isə, hipoxrom anemiyaya səbəb olur.

Dəmir qalxanabənzər vəzin hormonlarının sintezində iştirak edən  - tireoperoksidaza fermentinin fəaliyyəti üçün çox vacibdir.

Dəmir patogen miroorqanizmlərin faqositoz və lizisi prosesslərində iştirak edən fermentlərin tərkibinə daxildir, buna görə də, orqanizmdə kifayət qədər dəmirin olması faqositozu və lizosim sintezini, killer-hüceyrələrinin və interferonun aktivliyini təmin edir, qan zərdabının bakteriosid qabiliyyətini artırır. İmmun müqavimətin tənzimlənməsində rol oynayır.

Sink - bir sıra fermentlərin tərkibinə daxildir, immun sistemi möhkəmləndirir, boy inkişafını, hormonal fonun (hipofizin, mədəaltı və cinsiyyət vəzilərinin funksiyasına təsir göstərir) tənzimlənməsini təmin edir.

Yod – qalxanabənzər vəzi hormonlarının  (tiroksin,triyodtironin) tərkibinə daxildir. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəliklərə səbəb olur. Hamiləlik dövründə yod dölün normal inkişafı üçün vacib elemetlərdəndir. Bu dövrdə yod defisiti körpənin zehni inkişaf pozğunluqlarına səbəb olur.

Selen – oksidləşdirici ferment olan qlutationun (glutathione peroxidase) bir hissəsidir, güclü antioksidantdır. Selen eritrositləri və hüceyrə membranını sərbəst radikalların zədələyici təsirindən müdafiə edir. Selen zülal biosintezində əsas rola malik olan, irsi əlamətlərin və xüsusiyyətlərin genetik kodununun ötürülməsini təmin edən nuklein turşularının zədələnməsinin qarşısını alır. Selen orqanizmin ətraf mühitin əlverişsiz şəraitinə qarşı müqavimətini artırır, bir sıra xəstəliklərə yoluxmasının qarşısını alır. Selen ürək əzələsi və qan damarlarının fəaliyyəti üçün vacibdir. Hamiləlik dövründə selenin defisiti dölün sümük toxumasının yaranmasının və inkişafının, xromosom apparatının genetik funksiyasının  pozulmasına səbəb ola bilər.Selen uşaq ölümü riskini azaldır, doğuş qabiliyyətini artırır.

Göstərişlər:

  • Endemik zob xəstəliyinin  profilaktika və müalicəsi;
  • Bətndaxili inkişaf anomaliyalarının proflaktikası;
  • Hamiləlikönü, hamiləlik zamanı və laktasion avitaminoz, demineralizasiyanın profilaktika və müalicəsi;
  • Hamiləlik toksikozlarının profilaktikası və kompleks müalicəsi;
  • Fetoplasentar çatışmazlıq, dölün hipoksiyasının kompleks müalicəsi;
  • Anemiyanın profilaktika və kompleks müalicəsi;
  • Kəskin və xroniki infeksion və iltihabi xəstəliklər,bir sıra qurd invaziyaları;
  • Psixo-emosional stress, depressiya, asteniya, əqli və fiziki gərginlik;
  • Xroniki yorğunluq,yaddaş pozğunluğu;
  • Yeniyetmələrdə inkişaf və cinsi yetişkənlik  dövründə.

                                                                                                              
İstifadə qaydası: 7 - 18 yaş arası uşaqlarda 1 kapsul gündə 1 dəfə; 18 yaşdan  yuxarı şəxslərdə  1 kapsul gündə 1-2 dəfə, yeməkdən sonra təyin olunur.    

Əksgöstərişlər: Preparatın hər hansı komponentinə individual həssaslıq.

Saxlanma qaydası: Quru, işıq şüası düşməyən, uşaqlardan əlçatmaz yerdə, otaq temperaturu (25oC) şəraitində saxlanmalıdır.

Buraxılış forması: 1 qutuda - 60 kapsul.

Marketing authorization belongs to  FARMAVITA. LTD