LIVLAR - (kapsullar)

Bitki mənşəli hepatoprotektordur.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi 1 kapsula daxildir:

  • Silimarin - 140 mg
  • Artişok ekstraktı - 30 mg
  • Vitamin B1 (tiamin) - 10 mg
  • Vitamin B2 (riboflavin) - 10 mg
  • Vitamin B6 (piridoksin) - 3 mg
  • Vitamin B9 - 1.5 mg

Farmakoloji təsiri:
Silimarin - hepatotrop təsir göstərən izomer flavonol birləşmələrinin - silibininin, silikristinin və silidianin qarışığıdır. Tərkibində silimarinin izomerlərinin (silibinin, silikristin və silidianin) nisbəti müvafiq olaraq 3:1:1-dir. Silibinin silimarinin başlıca komponentidir. Əsas effektləri membranoprotektiv, antioksidant və metabolikdir. Preparat hüceyrə metabolizmini stimulyasiya edir. Hepatositlərdə zülal, fosfolipid sintezini aktivləşdirir, hüceyrə membranının dağılmasını, hüceyrələrin məhvini və toksinlərin hüceyrələrin səthindən absorbsiyasını tormozlayır – membranprotektiv təsir göstərir. Silimarin tərkibindəki silibinin sayəsində qaraciyərdə sərbəst radikallarla birləşərək, onların toksikliyini azaldır, lipidlərin peroksid oksidləşmə proseslərini tormozlayır, hüceyrə strukturunun dağılmasının qarşısını alir, fizioloji yolla toksinləri zərərsizləşdirir və hüceyrənin daxili antioksidant sistemini aktivləşdirərək,antioksidant təsir göstərir.

Silimarinin metabolik təsiri nəticəsində zədələnmiş hepatositlərin regenerasiya qabiliyyəti sürətlənir. Silimarin hüceyrə nüvəsində RNT polimeraza I-i aktivləşdirir və RNT-nin transkripsiyasını və sürətləndirir,qaraciyərin steatoz və fibrozlaşma prosesini zəiflədir.

Livlar subyektiv və obyektiv əlamətləri yaxşılaşdırır, qaraciyərin funksional vəziyyətinin göstəricilərini (transaminaz, qamma-qlobulin, bilirubin) normallaşdırır.

Artişok ekstraktı – tərkibindəki polifenol birləşmələr – lüteolin, ferulik, kofein, klorojenik turşuları sayəsində hepatortotektor, ödqovucu və spazmolitik təsirlərə malikdir. Bu birləşmələr qaraciyər hüceyrələrində xolesterinin əmələ gəlməsini tormozlayır, patogenlər tərəfindən sintez olunan toksiki maddələrin səviyyəsini azaldır, qaraciyər qlikogenolizini – qaraciyərdə ehtiyyat qlikogenin qlükozaya parçalanmasını zəiflədir. Ferulik turşusu arterial təzyiqi normallaşdırır, iltihabəleyhinə təsir göstərir.

Artişok ekstraktı həmçinin tərkibindəki mineral maddələr, Vitamin C,B qrup Vitaminlər və beta-karotin sayəsində  antioksidant təsirə də malikdir. Bu komponentlər qaraciyər və böyrəklərdə maddələr mübadiləsini aktivləşdirir.

Böyrəklərin yumaqcıq filtrasiyasını bərpa edərək, böyrək funksiyasına müsbət təsir göstərir və  yüngül sidikqovucu təsiri (orqanizmdən toksiki maddələri kənarlaşdırır, intoksikasiya əlamətlərini azaldır) nəticəsində orqanizmdə kaliumu qoruyub saxlayır.
Artişok ekstraktı tərkiindəki inulin sayəsində orqanizmin müqavimətini artırır, qanda insulinin səviyyəsini azaldır.
Vitamin B1- fermentlərlə birlikdə karbohidrat, enerji, yağ, zülal və su-duz mübadiləsində iştirak edir. Vitamin B12 ilə birlikdə  toksinləri neytrallaşdırır, qaraciyərin piylənməsinin qarşısını alır və xolesterinin səviyyəsini aşağı salır. Bu vitaminin çatışmazlığı qaraciyər-hüceyrə çatışmazlığına səbəb olur. Vitamin B1 ürək və damarların fəaliyyətini normallaşdırır, infarkt və insult riskini azaldır, mədə və bağırsaqın normal fəaliyyətini təmin edir, mədə şirəsinin turşuluğunu normallaşdırır.
Vitamin B2- kapillyarları  möhkəmləndirir, mədə və bağırsaqların sekretor vəzilərinin, dərinin, selikli qişaların, qaraciyərin funksiyasını normallaşdırır. Vitamin B2 defisiti zamanı öd ifrazı azalır və axını zəifləyir.

Vitamin B6- enerji, zülal, karbohidrat və yağ mübadiləsində iştirak edir, mədə selikli qişasında vəzlər tərəfindən  mədə şirəsi ifrazını, qaraciyərin antitoksik funksiyasını sürətləndirir, aminturşu mübadiləsini təmin edən bir çox fermentlərin tərkibinə daxildir. O, linol turşusunun bioloji cəhətdən daha dəyərli olan araxidon turşusuna çevrilməsini təmin edərək, qaraciyər funksiyasına müsbət təsir göstərir. Qanda xolesterinin səviyyəsini aşağı salaraq, antisklerotik təsir göstərir.

Vitamin B6 çatışmazlığı hipoxrom anemiyaya, leykopeniyaya, qaraciyərin piy infiltrasiyasına, hemoqlobin sintezinin pozulmasına, zülal və aminturşu mübadiləsinin pozulmasına səbəb olur.

Vitamin B9- qırmızı qan hüceyrələrinin – eritrositlərin sintezində iştirak, qaraciyərin funksional vəziyyətini, öd axınını yaxşılaşdırır,purin və pirimidin sintezini stimullaşdırır,aterosklerozun və qaraciyərin piylənməsinin qarşısını alır.

Göstərişləri:

  • Xroniki hepatit (virus, alkoholl),
  • Qaraciyər sirrozu,
  • Qaraciyərin piy distrofiyası
  • Lipid -xolisterin mübadiləsi pozğunluğunun  korreksiyası,
  • Piylənmə,
  • Xroniki daşsız xolesistit,
  • Öd yollarının hipokinetik diskineziyası,
  • Öd daşı xəstəliyi,
  • Xroniki intoksikasiya (hepatotoksik maddələrlə, alkaloidlərlə, nitrobirləşmələrlə, ağır metal duzları ilə və s),
  • Qaraciyər sirrozu və ürək çatışmazlığı zamanı oliqouriya,
  • Xroniki böyrək çatışmazlığı,
  • Xroniki nefrit.

Dozalanma qayadası:
Qaraciyərin ağır zədələnmələri zamanı - böyüklərə və 12 yaşdan yuxarı uşaqlara 1 kapsul gündə 3 dəfə təyin olunur. Daha yüngül hallarda və tənzimləyici müalicə zamanı - böyüklərdə 1 kapsul gündə 2 dəfə təyin olunur. Kapsul  tam şəkildə ağızda əzmədən, yeməkdən sonra, kifayət qədər su ilə qəbul edilməlidir. Müalıcə müddəti – 3 aydan az olmamaq şərti ilə fasiləsiz rejimdə təşkil edir, ümumiyyətlə isə müalicə müddəti məhdudlaşdırılmır.

Əksgöstərişlər: Preparatın komponentlərinə qarşı artmış həssaslıq.

Əlavə təsirləri: Nadir hallarda artmış həssaslıq əlamətləri kimi ekzantema, diurezin sürətlənməsi, diareya müşahidə oluna bilər.

Buraxılış forması: Kapsul №30

Marketing authorization belongs to  FARMAVITA. LTD