ACIBAC - (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Hər bir tabletin tərkibində: Avipattikar  churna - 250 mg; Amalaki  churna -  250 mg

Farmakoloji xüsusiyyətləri:
Avipattikar churna - tərkibinə 14 müalicəvi  bitkinin – (Zingiber officinale, Piper nigrum, Piper longum, Terminalia chebula, Terminalia bellerica, Emblica officinalis, Cyperus rotundus, Vida Lavana, Embelia ribes, Amomum subulatum, Cinnamomum tamala, Syzygium aromaticum mixək, Operculina terpethum, Sugar candy) qarışığı daxil olan Ayurvedanın polyherbal formuludur. Avipattikar churna anti-sekretor və anti-ulserogen effektlərə malikdir, həzm prosesini, maddələr mübadiləsini stimulyasiya edir. Terminalia chebula, Piper nigrum və Piper longum mədənin selikli qişasına sitoprotektiv effekt göstərir.

Zingiber officinale mədə sekresiyasını azaldır, selikli qişanın dözümlülüyünü və müdafiə faktorlarını isə artırır.

Syzgium aromaticum – mədənin bazal selikli qişasının qan dövranını yaxşılaşdırır və selik hasilini artırır.

Amalkyadi churna – tərkibi polifenol antioksidant və Vitamin C ilə zəngindir. İmmun müqaviməti artırır,infeksiya residivlərinin və iltihab prosesslərinin qarşısını alır. Piylənmənin, insulinə rezistentliyin, dislipidemiyanın, hipertenziyanın və metabolik sindromun qarşısını alır. Mədə turşuluğunu azaldır və MBT iltihabınının qarşısını alır – güclü qastroprotektiv təsir göstərir.

Acibac preparatı həzm problemlərini - diareya, mədə turşuluğunun artması, ürək bulanma, qusma, öd yolunda spazm, qəbzlik, ezofaqal reflüks və s. aradan qaldırır. Acibac-bütün yaş qruplarinda istifadə olunur. Acibac tam təhlükəsiz preparat olduğuna görə hamiləlik dövründə də istifadə oluna bilər.

GÖSTƏRİŞLƏR:

  • Həzm problemləri:xroniki qəbzlik,köp,ürəkbulanma,meteorizm,diareya;
  • Ezofaqal reflüks;
  • Mədə turşusunun artması ilə bağlı dispepsiya,mədə ağrısı;
  • Mədə və 12-barmaq bağırsaq xorası (H.pylori);
  • Kəskin və xroniki qastrit;
  • Qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi ilə bağlı mədə pozğunluqları (xoranın əmələ gəlməsi və ya mövcud olan xoranın ağırlaşması daxil olmaqla).

İstifadə qaydası və dozalanması: 2 tabletdən gündə 2-3 dəfə yeməkdən sonra.

Buraxılış forması: Qablaşdırma: 90 Tablet

İstehsalçı: ZEE Laborotories, Marketing authorization belongs to  FARMAVITA. LTD