FLUKANOL-AF (kapsullar)
Beynəlxalq patentləşdirilməmiş adı: FLUKONAZOL
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: Hər kapsulun tərkibində 150 mq flukonazol vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, üçəsaslı kalsium fosfat, povidon K30, maqnezium stearat.

 

Farmakoloji xüsusiyyətləri: Flukanol-AF – triazol qrupundan göbələk əleyhinə vasitədir, göbələk hüceyrələrində sterollarin sintezinin güclü və selektiv blokatorudur, onların hüceyrə divarlarının keçiriciliyini azaldır. Candida spp., Microsporum spp., Cryptoccus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və Histoplasma capsulatum tərəfindən törədilən göbələk xəstəliklərində effektidir. Göbələk fermentlərinə qarşı yüksək spesifik təsir göstərir.

Farmakokinetikası: Daxilə qəbul edildikdən sonra yaxşı sorulur və qatılığı plazmada 90%-ə çatır. Eyni vaxtda qida qəbulu preparatın absorbsiyasına mane olmur. 0,5-1,5 saatdan sonra plazmada ən yüksək həddə çatır və yarımxaricolma dövrü 30 saata bərabər olur. Preparatın plazma zülalları ilə birləşməsi 11-12%-ə bərabərdir. Flukanol-AF orqanizmin bütün bioloji mayelərinə yaxşı keçir. Əsasən böyrəklərlə xaric olunur.. Qəbul olunan dozanın 80%-i sidiklə dəyişilməmiş formada xaric olur. Qanın plazmasından yarımxaricolma dövrünün uzunmüddətli olması vaginal kandidozda preparatın birdəfəlik qəbuluna və digər göstərişlərlə gündə 1 dəfə və ya həftədə 1 dəfə istifadəsinə imkan yaradır.

 

İstifadəsinə göstərişlər:

  • genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv verən), vaginal kandidozun residivvermə tezliyinin azaldılmasında profilaktik məqsədlə (ildə 3 və daha çox epizodlar), kandidoz balaniti;
  • antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə;
  • dəri mikozları, bədənin mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu;  
  • immuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə;
  • Yayılmış kandidoz, kandidemiya, disseminəolunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yolları kandidozu);
  • Selikli qişaların, eyni zamanda ağız boşluğu, udlaq, qida borusunun kandidozu, qeyri-invaziv bronx-ağciyər kandidozu, kandiduriya, dəri kandidozu, diş protezlərinin hesabına yaranan ağız boşluğunun atrofik kandidozu;    
  • kriptokokkoz, kriptokokk meningiti və başqa kriptokokklar;
  • sistem kandidozlar;
  • dərin endemik mikozlar.

 

Əks göstərişlər: Flukonazola qarşı yüksək həssaslıq. 1 yaşa qədər uşaqlarda daha yüksəkdir.

 

İstifadə qaydası və dozası:

Fərdidir. Flukanol-AF gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur. Vaginal kandidozda Flukanol-AF 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun residivlərinin qarşısını almaq üçün Flukanol-AF ayda 1 dəfə 150 mq qəbul olunur. Müalicə müddəti fərdidir: 4-12 ay.

Kandidozun profilaktikası üçün Flukanol-AF 50-400 mq olmaqla gündə bir dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur. Pəncə, qasıq nahiyəsi, dəri mikozlarında Flukanol-AF 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə Flukanol-AF 150 mq olmaqla həftədə bir dəfə təyin olunur. Onixomikozda preparat 150 mq olmaqla həftədə 1 dəfə, dırnaq sağalana qədər qəbul edilir. Yayılmış kandidoz və digər invaziv kandidozlarda Flukanol-AF ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə klinik effektdən asılı olaraq davam etdilir. Sistem kandidozlarda həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir. Kriptokokk kandidozlarda həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir. Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarda birinci gün 400 mq, sonrakı günlər isə 200-400 mq gündə 1 dəfə təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır.

 

Əlavə təsirləri: Ürək bulanma, qarın nahiyyəsində ağrılar, meteorizm, az hallarda allergik reaksiyalar mümkündür.

 

Xüsusi göstərişlər:

Hamiləlik zamanı istifadəsi məqsədəuyğun deyil. Yalnız hamilə qadının həyatı üçün təhlükə törədən ağır göbələk infeksiyaları istisna olunmaqla (əgər gözlənilən effekt döl üçün olan riskdən üstündürsə). Ana südündə preparatın qatılığı qan plazmasındakı qatılığa bərabər olur. Ona görə laktasiya zamanı Flukanol-AF-in təyini məsləhət görülmür. Qaraciyər funksiyaları pozulmuş xəstələrdə ehtiyatla işlətmək lazımdır. Kumarin antikoaqulyantları ilə işlədildikdə protrombin müddəti nəzarətdə saxlanılmalıdır. Rifampisinlə birgə işlədildikdə preparatın dozası artrılmalıdır. Preparat oral kontraseptivlərin effektinə təsir etmir.

 

Buraxılış forması: Qutuda 2 ədəd 150 mq-lıq kapsul, içlik vərəqə ilə birlikdə.

Saxlanma şəraiti: 30°C temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti: Həkim resepti əsasında.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: “Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.