FLORASON (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq Passiflora otunun quru ekstraktı, 100 mq Pişikotunun quru ekstraktı vardır.

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristalik sellüloza, PVP K30, sorbitol, natrium kros-karmelloza, maqnezium stearat, şəkər, jelatin, kalsium karbonat, talk,PVP, PEG 4000, rəngləyici.

Farmakoloji xüsusiyyətləri: Passiflora ekstraktı reflektor oyanıqlığı zəifədir, hərəkəti fəallığı azaldır, yüngül qıcolmaəleyhinə təsir göstərir. Pişikotu ekstraktı tərkibindəki efir yağları hesabına yüngül sedativ təsir göstərir, yuxuya getməni asanlaşdırır. Həmçinin, zəif spazmolitik, ödqovucu təsir göstərir, MBT-nin sekretor fəallığını artırır, ürəyin ritmini yavaşıdır, tac damarlarını genişləndirir.

 

İstifadəsinə göstərişlər: Yüksək oyanıqlıqla əlaqədar yuxunun pozulması, nevrastenik şikayətlər və vegetativ pozğunluqlarla müşayiət olunan müxtılif xəstəliklər: ateroskleroz, hipertoniya xəstəliyi, serebral damar krizlərindən sonra, qripdən sonrakı ensefalit, araxnoidit, postinfeksion asteniya və b. Klimakterik və preklimakterik dövr, alkoqolizm. Uşaqlarda nevrostenik vəziyyətlər, yüksək oyanıqlıq.

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər: Florosan yuxugətirici, sedativ və spazmolitik dərmanların təsirini gücləndirir. Xüsusi diqqət, cəldlik tələb edən peşə sahiblərinə (sürücülər, təyyarəçilər və b.) ehtiyatla tətbiq edilməlidir.

 

İstifadə qaydası və dozası: Daxilə qəbul edilir. Doza xəstəliyin gedişindən və xəstənin yaşından asılı olaraq fərdi seçilir (adətən gündə 2-3 dəfə 1 tablet).

 

Əlavə təsirləri: Yüksək dozada qəbul etdikdə süstlük, halsızlıq, yuxululuq, əmək qabiliyyətini azalması kimi əlamətlər müşahidə edildə bilər.

 

Buraxılış forması: 20 örtüklü tablet içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 250C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: “Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.