ANKSİZİN (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: 1 həbin tərkibində 25 mq hidroksizin hidroxlorid var.

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium stearat, PVP K30, hidroksipropilmetilsellüloza, təmizlənmiş talk, titan dioksid, propilenqlikol, rəngləyici.

Farmakoloji xüsusiyyətləri:

Hidroksizin piperazin törəmələri qrupundan olan trankvilizatordur. ANKSİZİN qusma və qaşınma əleyhinə, anksiolitik, sedativ, mərkəzi miorelaksasiyaedici, bronxgenəldici, spazmolitik təsir göstərir. Mərkəzi m-xolinoreseptorları və histamin reseptorlarını blokada edir və bəzi subkortikal zonaların fəaliyyətini ləngidir. Psixiki asılılıq və dərmana qarşı vərdiş yaranmır.

Farmakokinetika: Daxilə qəbul olunduqda tez sorulur. Maksimal konsentrasiya 2 saatdan sonra yaranır. Klinik effekt daxilə qəbuldan 15-30 dəqiqə sonra müşahidə olunur. Yarımxaric olma müddəti 12-24 saat təşkil edir.

Göstərişlər:

  • ruhi, nevroloji və somatik xəstəliklər zamanı müşahidə olunan həyəcan, oyanıqlıq, daxili gərginlik hissi və əsəbilik;
  • xroniki stress;
  • alkoqolizm zamanı abstinensiya sindromu;
  • kəskin və xroniki allergik xəstəliklər və dermatozlar zamanı qaşınma sindromu.

Əks göstərişlər: Hidroksizinə və setirizinə qarşı yüksək həssaslıq, porifiriya, hamiləlik, laktasiya dövrü.

Xüsusi göstərişlər: Prostat vəzinin adenoması, miasteniya, bağlıbucaqlı qlaukoma, ağır böyrək və qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə olunmalıdır. Müalicə zamanı alkoqol qəbul etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Qəbulu zamanı təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan, nəqliyyat vasitələrini idarə etməkdən çəkinmək lazımdır.

Digər dərmanlarla qarşılıqlı təsiri:

Analgetiklərin, barbituratların, trankvilizatorların və yuxugətiricilərin MSS – nə göstərdiyi süstləşdirici təsiri gücləndirir. MAO inhibitorlarının, tritsiklik antidepressantların, atropin antixolinergik təsirini gücləndirir. Aminofilin, benzilpensillin və xloramfenikolla birgə istifadə olunmamalıdır.

İstifadə qaydası və dozası:

Böyüklər üçün birdəfəlik doza 50 mq/gün (12,5 mq səhər, 12,5 mq günorta, 25 mq axşam), psixiatriya praktikasında isə 100-300 mq/gün təşkil edir.

Allergik xəstəliklər və dermatozlar zamanı qaşınmanın qarşısını almaq üçün: Böyüklərə 25 mq 1 dəfə axşam, ehtiyac olarsa sutkada 3-4 dəfə təyin edilə bilər.

6 aylıqdan 6 yaşadək uşaqlar üçün: sutkalıq doza 1 mq/kq (orta doza 5-15 mq) bir neçə qəbula bölünməklə təyin olunur. Ehtiyac olduqda sutkalıq doza 50 mq-dək artırıla bilər.

6 yaşdan yuxarı uşaqlar: üçünisə sutkalıq doza 15-25 mq ilə maksimal 50-100 mq arasında təyin olunur. Sutkalıq dozanı bir neçə qəbula bölmək lazımdır. 6 aylıqdan kiçik uşaqlarda istifadə edilməsi məsləhət görülmür.

Qaraciyər və böyrək funksiyası pozulmuş və həmçinin, yaşlı xəstələrdə dozanı azaltmaq lazımdır.

Doza həddinin aşılması:

Doza artıq olduqda yüksək sedativ effekt müşahidə olunur. Spesifik antidotu yoxdur. Süni qusma törətmə, mədənin yuyulması kimi köməkçi tədbirlərdən və simptomatik müalicə tədbirlərindən istifadə edilir. Hemodializ məqsədə uyğun deyil.

Əlavə təsirlər:

Yuxululuq, zəiflik (ilk günlərdə), tremor, qıcolma (doza artıq olduqda), ağızda quruluq, baş ağrısı, sidik ağrısı, baş ağrısı, sidik ifrazının ləngiməsi, ürəkbulanma müşahidə oluna bilər. Əlavə təsirlər adətən zəif və keçicidir. GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN.

Buraxılış forması: 25 mq-lıq örtüklü tabletlər. 20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, qutuda olmaqla quru, işıq düşməyən və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Həkim resepti əsasında buraxılır.

İstehsalçı: “Azərfarm” LTD, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç. 14.