PIRALGIN (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Farmakoterapevtik qrup: Ağrıkəsici - antipiretik. Pirazolonlar. Metamizol natrium psixoleptiklər ilə kombinasiyada.

Tərkibi: 1 tabletin tərkibinə 300mq analgin (metamizol natrium), 100mq naproksen, 50 mq kofein, 10mq fenabarbital, 8mq kodein daxildir.

Farmakodinamika: Preparat ağrıkəsici, hərarətsalıcı, iltihabəleyhinə, spazmolitik və sedativ təsirə malikdir. Metamizol natrium və naproksen-qeyri steroid iltihab əleyhinə preparatdır, hərarət salıcı, ağrıkəsici effektə malikdir. Bundan başqa naproksen güclü iltihab əleyhinə təsirə malikdir.
Metamizol natrium və naproksenin təsir mexanizmi siklooksigenaza fermentinin inhibə olunması nəticəsində araxidon turşusundan prostaqlandin sintez inin zəifləməsi ilə əlaqədardır. Kodein və kofein Piralginin tərkibinə daxil olan analgetiklərin ağrıkəsici effektini artırır. Kofein baş beynin psixomotor mərkəzlərini stimulə edərək analeptik təsir göstərir, yuxululuq və yorğunluq hissini aradan götürur, fiziki və psixiki fəaliyyəti artırır,hipotenziya zamanı arterial təzyiqi artırır. Kodein mərkəzi öskürək əleyhinə təsir göstərir (öskürək mərkəzinin oyanmasının qarşısını almaq hesabına), eləcədə ağrıkəsici effektə malikdir, ağrının emosional qavranmasını dəyişdirir. Fenobarbital sedativ, yuxugətirici, miorelaksasiya və spazmolitik təsir göstərir.

İstifadəsinə göstərişlər: Piralgin müxtəlif mənşəli ağrı sindromunu aradan götürmək məqsədilə təyin olunur: baş ağrısı, radikulit, menustral ağrı, diş ağrısı, nevralgiya, mialgiya, artralgiya, miqren, birincili dismenoreya və digər vəziyyətlər.Müxtəlif etiologiyalı qızdırmalı hallarda hərarəti salan vasitə kimi, soyuqdəymə, ağrı sindromu və iltihab əlamətləri ilə müşayət olunan xəstəliklər.

İstifadə qaydası və dozası: 1 tablet gündə 1-3 dəfə. Maksimal sutkalıq doza 4 tablet. Preparat həkim nəzarəti olmadan 5 gündən artıq qəbul edilməməlidir.

Əlavə təsirləri: Dəri allergik reaksiyalar ola bilər(səpgi,qaşınma,övrə), baş gicəllənmə, yuxululuq, ürək döyünmə, ürəkbulanma və qusma, qəbizlik. Nadir hallarda qan sistemində pozğunluqlar müşahidə oluna bilər.Preparatın uzun müddət yüksək dozada qəbulu qaraciyər və böyrək funksiyasının pozğunluğuna gətirib çıxarda bilər.

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq;
  • qaraciyər və böyrəklərin qabarıq funksional çatışmazlığı;
  • qlukoza-6-fosfatdehidrogenazanın defisiti;
  • mədə və 12 barmaq bağırsaq xorasının kəskinləşmə mərhələsi;
  • bronxospazm;
  • qan xəstəlikləri;
  • tənəffüsün cətinləşməsi ilə müşayət olunan vəziyyətlər;
  • yüksəlmiş kəllə daxili təzyiq, kəllə-beyin travması;
  • kəskin miokard infarktı; ürək ritminin pozulması;
  • yüksək arterial təzyiq; alkohol sərxoşluğu;
  • qlaukoma;
  • hamiləlik və laktasiya dövrü (müalicə müddətində südün verilməsi saxlanılmalıdır);
  • 12 yaşa qədər uşaqlar.

Ehtiyat tədbirləri: Qaraciyər və böyrək funksiyasının pozğunluqları,mədə və 12 barmaq bağırsaq xorasının remisiya dövründə,uzun zaman sərxoşluq anamnezi olan və yaşlı şəxslərdə ehtiyatla təyin olunmalıdır. 5 gündən artıq preparat qəbul olunarsa periferik qanın müayinəsi və qaraciyərin funksional vəziyyəti yoxlanılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Qeyri narkotik analgetiklərin toksiki təsirini gücləndirir. Sedativ vasitələr və trankvilizatorlar preparatın ağrıkəsici təsirini gücləndirir.
Trisiklik antidepresantlar, peroral kontraseptivlər, allopurinol preparatın tərkibinə daxil olan metamizol natriumun toksiki təsirini artırır,barbituratlar və fenilbutazon isə zəiflədir.

Buraxılış forması: Tabletlər N 10, konturlu qablaşdırmalarda.