LİBRASEF (inyeksiya üçün toz) Либрасеф

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: 

Təsiredici maddə: Sefotaksim 1q (sefotaksim natrium halında),

Köməkçi maddələr: Lidokain-hidroxlorid, inyeksiya üçün su.

Farmakolojı xüsusiyyətləri: Parenteral yeridilmə üçün 3-cü nəsil sefalosporin antibiotiki. Hüceyrənin divarının sintezini pozmaqla mikroorqanizmlərə bakteriosid təsir göstərir. Geniş təsir spektrinə malikdir. Başqa antibiotiklərə davamlılığı olan qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir.

İstifadəsinə göstərişlər: Həssas mikroorqanizmlərin törətdiyi bakterial inyeksiyalar: MSS-nin (meningit), tənəffüs yollarının, sidik yollarının, sümüklərin, oynaqların, dərinin, yumşaq toxumaların, kiçik çanaq orqanlarının infeksiyaları (qonoreya,sifilis), infeksiyalaşmış yaralar və yanıqlar, sepsis, abdominal infeksiyalar, endokardit, Laym xəstəliyi (borrelioz), salmonelyoz, immunodefisit fonunda infeksiyalar, cərrahi əməliyatlardan sonra infeksiyaların profilaktikası (uroloji, mamalıq, ginekoloji, MBT).

Əks göstərişlər: Hiperhəssaslıq (penisillinlərə, sefalosporinlərə, karbapenemlərə qarşı), hamiləlik, laktasiya, uşaq yaşları-2,5 yaşa qədər (ə/d yeridilməüçün).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Antiaqreqantlarla və qeyri-steroid iltihab əleyhinə preparatlarla birgə işlətdikdə qanaxma riski çoxalır. Aminoqlikozidlərlə, polimiksin "B" ilə, ilgək diuretikləri ilə birgə işlətdikdə böyrəklərin zədələnməsi riski çoxalır. Kanal sekresiyasını blokada edən preparatlar sefotaksimin plazmada konsentrasiyasını çoxaldır, orqanizmdən çıxmasını ləngidir. Farmakoloji baxımdan başqa antibiotiklərin məhlullarıyla bir şprisdə uyuşmazdır.

İstifadə qaydası və dozası: Preparatı əzələdaxilinə yeridirlər.

  • Böyüklərə və bədən kütləsi 50 kq-dan artıq olan uşaqlara ağırlaşmamış infeksiyalarda, sidik yollarının infeksiyalarında əzələdaxilinə 8-12 saatdan bir 1 q yeridilir.
  • Orta ağırlıqda infeksiyalarda əzələdaxilinə 12 saatdan bir 1-2 q. Ağır infeksiyalarda (meninğit) əzələdaxilinə 4-8 saatdan bir 2 q. Maksimal gündəlik doza 12 q. Müalicə müddəti fərdi.
  • Ağırlaşmamış qonoreyada əzələdaxilinə 0,5-1 q.
  • Cərrahi əməliyyatlar zamanı əmələgələbilən infeksiyaların profilaktikası üçün - əməliyyatdan qabaq bir dəfə -1q. Ehtiyac olduqda təkrar 6-12 saatdan sonra.
  • Yenidoğulmuş (vaxtından əvvəl doğulmuş) uşaqlara (1 həftəlik) -v/d 50mq/kq bədən kütləsi nisbətində 12 saatdan bir; 1-4 həftəlik -v/d 50mq/kq bədən kütləsi nisbətində 8 saatdan bir;
  • 50 kq bədən kütləsi olan uşaqlara v/d vəya ə/d 50-180 mq/kq 4-6 dəfəyə.
  • Ağır infeksiyalarda (meningit): uşaqlar üçün-100-200mq/kq, v/d vəya ə/d 4-6 dəfəyə. Maksimal gündəlik doza -12q.KK<=10ml/dəq olduqda gündəlik dozanı 2 dəfə azaldırlar.

Hazırlama və yeridilmə qaydası: əzələdaxilinə yeridilmə üçün 0,5 q tozu 2 ml (1 q-10 ml) inyeksiya üçün suda həll edirlər. Həlledici kimi əzələdaxilinə yeridildikdə həmin həcmdə 1% lidokain istifadə etmək olar.

Əlavə təsirləri: MBT -na ürəkbulanma, qusma,ishal, qəbizlik, meteorizm, qarında ağrı, disbakterioz, qaraciyərin funksiyalarının pozulması (hiperkreatinemiya, hiperbilirubinemiya), nadir hallarda, stomatit, qlossit, psevdomembranoz kolit. Qanyaradıcı orqanlara: leykopeniya, neytropeniya, qranulositopeniya, trombositopeniya, hemolitik anemiya, hipokaoqulyasiya. Sidik ifrazetmə orqanlarına: azotemiya, oliquriya, anuriya, qanda sidik cövhərinin çoxalması.

Allergik reaksiyalar: məxmərək, üşütmə, qızdırma, səpgi, qaşınma, nadir halda - bronxospazm, eozinofiliya, Stivens-Jonson sindromu, toksik epidermal nekroz, angionevrotik ödem, anafilaktik şok.

Yerli reaksiyalar: flebit, v/d inyeksiya zamanı ağrı, ə/d inyeksiya zamanı ağrı və infiltrat.

Buraxılış forması: 1q inyeksiya üçün su toz, flakonlarda; 5 ml həlledici (1% lidokain-hidroxlorid məhlulu), ampulalarda; 1flakon və1 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılir.