ESSENSİKAPS (kapsullar) Эссенцикапс

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: Hər kapsulda; 300 mq essensial fosfolipid

Kliniki farmakoloji qrup: Hepatoprotektor

Farmakoloji təsiri: Tərkibində “essensial” fosfolipidlər(EPL) lesitin və doymamış yağ turşuları linol(70% yaxın), lin olen və olein saxlayır.”Essensial” fosfolipidlər kimyəvi quruluşuna görə orqanizmin təbii fosfolipidlərinə uyğun gəldiyi halda,funksional baxımdan tərkibinə daxil olan doymamış yağ turşuları xüsusəndə lunol turşusunun hesabına daha üstün sayılırlar.
Essensial fosfolipidlərin əsas komponenti fosfatidilxolin hesab olunur,bu da qaraciyərin funksional vəziyyətinin bərpası və saxlanılması ücün lazımdır. Fosfotidilxolin hepatositlərin membaranı üçün universal tikinti materialı hesab olunur.
"Essensial” fosfolipidlər qaraciyər funksiyasını və qaraciyər hüceyrələrinin fermentativ aktivliyini normallaşdırır, qaraciyər hüceyrələrinin regenerasiyasına səbəb olur,neytral yağların və xolesterinin metabolizmini rahatlaşdıracaq formaya çevirir, ödün fiziki-kimyəvi xassələrini stabilləşdirir. Essensikaps tərkibinə daxil olan “essensial” fosfolipidlərin hesabına aşağıdakı təsir effektlərinə malikdir:

  • hiperxolesterinemiya və hipertriqliseridemiyanın qarşısını alır, β-lipoproteinlərin və preβ-lipoproteinlərin səviyyəsini normallaşdırır.Xolesterinin toxumalarda patoloji toplanmasının qarşısı alınır, eyni zamanda damar divarından geri nəql olunması baş verir;
  • fosfolipidlərin degenerativ formalarının, xüsusəndə lizofosfatidilxolinin səviyyəsini azaldır;
  • fosfolipidlərin biosintezini və hepatositlərin müxtəlif mənşəli zədələnmələri zamanı ümümi lipid mübadiləsini normallaşdırır;
  • regenerasiya və oksidləşmə prosesini inhibə etməklə hepatositlərin membranasını bərpa edir: membran lipidləri yerinə doymamış yağ turşuları biomembranaya düzülərək toksik təsirləri öz üzərinə götürürlər;
  • qaraciyər hüceyrələrinin regenerasiyasına səbəb olur,ödün fiziki-kimyəvi xassələrini stabiləşdirir.

Göstəriş: Essensikaps aşağıdakı xəstəliklərin kompleks müalicəsində təyin olunur:
kəskin və xroniki hepatit; qaraciyər serrozu; qaraciyərin toksiki zədələnmələri; qaraciyərin müxtəlif etiologiyalı piy degenerasiyası(o cümlədən şəkərli diabet);qaraciyər hüceyrələrinin nekrozu; müxtəlif mənşəli lipid mübadiləsinin pozğunluqları; alkohol və ya narkotik intoksikasiyalar; psoriaz; hamiləlik toksikozları; radiasion sindrom; hepatobiliar zonada aparılan əməliyyatlarda əməliyyatdan öncə və sonra;

Yan təsirlər: Bəzən yüksək dozaların qəbulu zamanı diareya və qarın nahiyəsində diskomfort hissi meydana cıxa bilər.Adətən xəstələr tərəfindən yaxşı qəbul olunur.

Əks göstəriş: Preparatın komponentlərinə qarşı fərdi həsasslıq olduqda

Hamiləlik və süd verən dövrdə: Hamiləlik və laktasiya dövründə göstərişə əsasən məsləhət
görülən dozada qəbul etmək olar.

Qəbul qaydası və müalicə kursu: 2 kapsul gündə 2-3 dəfə yemək zamanı.Müalicə kursu 3 aydan az olmamaq şərti ilə aparılır,ehtiyac olarsa müalicə kursunu artırmaq olar. Lipid mübadiləsinin pozulması zamanı dozanı 2-3 dəfə artırmaq olar(həkimin təyinatı əsasında)

Buraxılış forması: Essensikaps kapsulalarda N 50