DRODEKS (inyeksiya üçün məhlul) Дродекс

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: 1 ampulanın( 2ml) tərkibində 40 mg drotaverin hidroxlorid var.

Farmakoterapevtik qrup: Spazmolitik vasitə

Farmakoloji xassələri: Drodeks fosfodiesteraza IV fermentini inhibə edərək saya əzələlərə spazmolitik təsir göstərir. FDE IV fermentinin inhibə olunması tsiklik AMT konsentrasiyasının yüksəlməsinə səbəb olur, bu da saya əzələnin boşalmasına gətirib çıxardır.
Drodeks sinir və əzələ mənşəli saya əzələ spazmlarında effektiv hesab olunur. Vegetativ innervasiyanın tipindən asılı olmayaraq Drodeks MBT, öd yollarında, uroloji və damar divarında olan saya əzələlərə təsir göstərir.
Drodeksin farmakokinetikası:

Absorbsiya: Preparat tam sorulur. 12 dəq. ərzində preparatın tam sorulması baş verir. Əzələ daxili yeridildikdən sonra Drodeksin effekti 2-4 dəq. sonra, maksimal effekti isə 30 dəq. sonra başlayır. Drodeks vena daxili yeridildikdən 5-10 dəq. sonra effekti başlayır. Drotaverin plazma zülalları ilə 95-98% birləşir. Drodeks müxtəlif toxumalara yaxşı keçir; mss, miokard, ağciyərlər, böyrəklər, qaraciyər, öd kisəsi və sidik kisəsinin divarlarına, bağırsağa, damar divarına.
Eliminasiya, organizmdən xaric olma. Yarım atılma dövrü 16 saatdır. 60% drotaverin MBT vasitəsilə, 25% isə sidiklə xaric olur.
Metabolizm: Drotaverin tam metabolizmə uğrayır.

Göstərişlər: Biliar traktın saya əzələ spazmı ilə bağlı xəstəlikləri; xolelitiaz, xolanqiolitiaz, xolesistit, xolangit, papillit. Sidik traktı saya əzələlərinin spazmı ilə bağlı xəstəliklər; nefrolitiaz, uretrolitiaz, pielit, sistit, sidik kisə tenezmləri. Ginekoloji xəstəliklər zamanı; dismenoreya, hamiləlik zamanı yüksəlmiş uşaqlıq tonusu.
Fizioloji doğuş zamanı uşaqlıq boynunun açılma fazasını qısaltmaq məqsədilə,doğuşun davam müddətini azaltmaq üçün, güclü doğuş sancılarında.
MBT saya əzələlərinin spazmı zamanı; mədə və 12 b.b-ın xorası, qastrit, kardiya və cıxacağın spazmı, enterit, kolit.

Əks göstərişlər: Təsir edici maddəyə qarşı yüksəlmiş həssaslıq. Ağır qaraciyər və böyrək çatmamazlığı. Ağır ürək çatmamazlığı (aşağı ürək atımı sindromu)

Hamiləlik və laktasiya dövrü: Hamiləlik zamanı drotaverinin təyini terotagen və embriotoksik təsir göstərmir. Laktasiya dövründə təyinatı müşahidə olunmadığı üçün təyin etmək məsləhət görülmür.

Qəbul qaydası və dozalanma: Böyüklərə: Orta sutkalıq doza 40-240 mq Drodeks (sutkaya 1-3 dəfəyə bölməli) əzələ daxili təyin olunur. Kəskin daş sancılarında (böyrək və ya öd daşı) 40-80 mq vena daxili təyin olunur.
Fizioloji doğuş zamanı uşaqlıq boynunun açılma fazasını qısaltmaq məqsədilə 40 mq əzələ daxili vurulur, qənaətbəxş effekt alınmadıqda 2 saatdan sonra təkrarlamaq olar.

Yan təsirlər: MBT pozğunluqları; nadir hallarda ürəkbulanma,qəbizlik. Sinir sistemi tərəfdən; nadir hallarda baş ağrısı,baş gicəllənmə, yuxusuzluq. Ürək-qan damar sistemi tərəfdən nadir hallarda ürək döyünmələrinin artması. Nadir hallarda hipotoniya, allergik reaksiya ola bilər.

Buraxılış forması: Drodeks 2ml 40 mq No 5 ampul