SEREGIN (inyeksiya üçün məhlul) Церегин

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: İribuynuzlu heyvan və donuzların baş beyin hidrolizatı, ümumi aminturşu və peptidlərin kütləsi:  -57–87 mq/ml, aminturşuların ümumi kütləsi: -27-42 mq/ml о cümlədən hər bir aminturşunun kütləsi: L-Lizin -0,4-5,5mq/ml; L-Histidin -0,3-4,5mq/ml; L-Arqinin -0,8-5,4mq/ml; Qlisin -0,7-2,1mq/ml; L-Asparqin turşusu -1,0-3,5mq/ml; L-Treonin-0,7-4,2mq/ml; L-Serin -0,4-3,5mq/ml; L-Valin -1,3-4,1mq/ml; L-Qlutamin turşusu-3,0-6,5mq/ml; L-Alanin -0,8-5,2mq/ml; L-Prolin -0,4-4,2mq/ml; L-Metionin-0,4-2,0mq/ml; L-Leysin -2,0-6,0mq/ml; L-Fenilalanin -0,4-2,0mq/ml; L-İzoleysin -0,3 -3,6mq/ml; L-Tirozin -0,2-0,7mq/ml; Fenol-3,0mq/ml.

Farmakoloji xüsusiyyətləri: Seregin – tərkibində hematoensefalik baryerdən keçən və bilavasitə sinir hüceyrələrinə daxil olan aşağı molekullu bioloji aktiv neyropeptidlər olan konsentratdan ibarətdir. Seregin beyinin aerob energetik metabolizminin effektivliyini yüksəldir, inkişaf edən və qocalan beyində hüceyradaxili zülal sintezini yaxşılaşdırır. Neyronları zədələyici təsirdən qoruyur. Seregin neyron - spesifik, neyrotrofik aktivliyə malikdir. Preparat dərketmə funksiyalarının pozulduğu hallarda müsbət təsir göstərir, diqqətin toplanmasını, yaddaşı və qısamüddətli yaddaşla bağlı məlumatların canlandırılmasını yaxşılaşdırır, vərdişlərin qazanılması və saxlanılması qabiliyyətini yüksəldir, əqli fəaliyyət prosesini aktivləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, müsbət emosiyaların formalaşmasına kömək edir, beleliklə davranışa modullaşdırıcı təsir göstərir.

Istifadəsinə göstərişlər: Serebrovaskulyar çatışmazlıq (dissirkulyator ensefalopatiya), işemik insult (kəskin faza və reabilitasiya mərhələsində), hemorragik insultdan sonrakı vəziyyət, beyinin travmatik zədələnmələri (beyin silkələnməsi, kəlləbeyin travması, beyində cərrahi müdaxilədən sonraki vəziyyət), müxtəlif mənşəli demensiya sindromu (presenil - Alsheymer xəstəliyi, Alsheymer tipli senil, damar - multiinfarkt forma, qarışıq formalar), antidepressantlara qarşı rezistent olan endogen depressi ya (kompleks müalicənin tərkibində).
Uşaq nevrologiyasında kəllə beyin travmalarında,beyin qan dövranı pozğunluğunda, neyroinfeksiyalar(virus və bakterial),astenik vəziyyətlər, müxtəlif mənşəli ensefalopatiyalar,uşaq serebral iflicin müxtəlif formalarında, psixomotor və danışığın inkişaf pozğunluqları, uşaqlarda əqli inkişafın ləngiməsi, uşaqlarda diqqəti toplama qabiliyyətinin aşağı düşməsi, yaddaşın zəifləməsi və pozulması, digər koqnitiv funksiyaların pozulması, müxtəlif mənşəli baş ağrıları və s.

İstifadə qaydası və dozası: Parenteral istifadə edilir. Müalicənin müddəti və dozalanma xəstəliyin ağırlığından və xarakterindən, həmçinin xəstənin yaşından asılıdır.  

Məsləhət görülən optimal müalicə kursu 10-20 gün gündəlik inyeksiya şəklindədir:

  • Kəskin hallar (işemik insult, kəlləbeyin travması, neyrocərrahi əməliyyatların ağırlaşmaları) 10-50ml qədər
  • Baş beynin travmatik zədələnmələrinin və beyin insultun rezudual dövründə 5-50ml qədər
  • Depressiya və psixoorqanik sindromu zamanı 5-30ml qədər
  • Altsqeymer xəstəliyi, damar və altsqeymer-damar qenezli demensiya zamanı 5-30ml qədər
  • Neyropediatrik praktikasında sutkada 1-2ml.

Müalicənin effektivliyini artırmaq üçün müalicə nəticəsində xəstənin vəziyyətində yaxşılaşma müşahidə edilə nədək təkrar kurslar keçirilə bilər. Birinci kursun keçirilməsindən sonra dozalar həftədə 2 və ya 3 dəfə təyin edilə bilər. Seregin inyeksiya şəklində istifadə edilir: əzələdaxili (5ml qədər) və venadaxili (10ml qədər). 10ml-dən 50ml -ə qədər dozaları infuziya üçün standart məhlullar ilə durulaşdırılmasından sonra yalnız ləng venadaxili infuziya şəklində yeritmək tövsiyə edilir.

Əks göstərişlər:  Fenol və onun törəmələrinə qarşı yüksək həssaslıq, kəskin böyrək çatışmazlığı, epileptik status.

Ehtiyatla: hamiləlik ( I trimestr).

Buraxılış forması: Qablaşmada 1ml-lik ampullar No 10, 5ml-lı ampullar No5.