MUKOSAT (İnyeksiya ücün məhlul)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

2ml-də 200 mq xondroitin sulfat var.

Farmakoloji təsir mexanizmi: Yüksək molekullu mukopolosaxarid olub sümük toxumasının rezorbsiyasını ləngidir və Ca itkisini azaldır. Qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır, qığırdaq və birləşdirici toxumanın degenerasiya prosesini tormozlayır.
Qığırdaq toxumasının zədələnməsinə səbəb olan fermentlərin aktivliyini azaldır, qlikozamin-qlikanların sintezini stimulə edir, oynaqların qığırdaq səthinin və oynaq cantasının regenerasiyasını təmin edir, oynaq daxili mayenin sintezini artırır. Ağrını azaldır və zədələnmiş oynaqda hərəkətliyi artırır.

Göstərişlər: Oynaq və onurğanın degenerativ-distrofik xəstəlikləri: birincili artroz, boyuk oynaqların zədələnməsi ilə gedən osteoartroz, fəqərəarası osteoxondroz.

Əks göstərişlər: Hiperhəssaslıq. Tromboflebit, qanaxma və qanaxmaya meyilli olan şəxslərdə ehtiyatlı təyin olunmalıdır. Hamiləlik, süd verən dövrdə və uşaqlarda effektivlik və təhlükəsizliyi təyin olunmayıb.

Yan təsirlər: Allergik reaksiya,inyeksiya yerində hemorragiya.

Qəbul qaydası və dozalanma:

Əzələ daxili: Ilk iki iynə 100 mq, III iynədən başlayaraq 200 mq günaşırı əzələ daxili təyin olunur. Müalicə kursu 25-35 inyeksiyadır. Təkrarı müalicə kursu 6 ay dan sonra.
Oynaq daxili: 200 mq günaşırı oynaq daxili təyin olunur. 5 inyeksiya sonra isə 200 mq günaşırı əzələ daxili təyin olunur. Müalicə kursu 10-15 inyeksiyadır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Qeyri düz antikoaqulyantlar, antiaqre qantlar, fibrinolitiklərin təsirini artıra bilər, buna görədə qanın laxtalanma göstəricilərini nəzarətdə saxlamaq lazımdır.

Buraxılış forması: Mukosat inyeksiya 200 mq/ 2 ml 10 ampula.