LİBRAFUNGİN (kapsullar) - Либрафунгин

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi: Hər kapsulda 50 və ya 150 mq flukonazol vardır.

Farmakoloji xüsusiyyətəri: Kimyəvi quruluşuna görə Librafunqin triazol birləşməsinə aiddir. Göbələklərin hüceyrə membranlarının formalaşması ücün vacib olan sterolların biosintezini tormozlayır. Cryptococcus neoformans, Microsporum spp., Candida spp., Tichophyton spp., həmçinin Coccidiodes immitis, Blastomyces dermatitidis və Histoplasmacapsulatum qarşı aktivdir. Biomənimsənilməsi 90% təşkil edir. Bağırsaqda absorbsiya olunduqdan sonra preparat ağızsuyu, selik, onurğa beyni mayesi, tər ayesi də daxil olmaqla orqanizmin bütün toxuma və mühitlərinə nüfuz edir. Librafuniginin onurğa beyni mayesind və konsentrasiyası onun plazma konsentrasiyasının təqribən 80%-ni təşkil edir.Preparatın dəyişilməmiş şəkildə xaric olması böyrəklər vasitəsilə həyata keçir. Kifayət qədər uzun müddətli yarımxaricolma dövrü (30 saat) gündə1 dəfə qəbul edilməsinə imkan verir.

İstifadəsinə göstərişlər:

  • Kriptokokkoz;
  • Kandidemiya, disseminə olunmuş kandidoz daxil olmaqla generalizə olunmuş kandidoz (o cümlədən immunosupressiv müalicə alan pasiyentlərdə);
  • Selikli qişaların kandidozu( o cümlədən ağız boşluğunun, udlağın,yemək borusunun və qeyri - invaziv bronx -ağ ciyər infeksiyaları);
  • QİÇS-li xəstələrdə ağız boşluğu kandidozunun residivinin profilkatikası;
  • Vaginal kandidozun residivlərinin müalicəsi və profilaktikası( kəskin vəya residivləşən);
  • Kandidoz balanitin müalicəsi vəprofilaktikası;
  • Bədxassəli yenitörəmələri olan, sitostatik vəya şüa müalicəsi nəticəsində bu cür infeksiyalara meylli olan pasiyentlərdə göbələk infeksiyalarının profilkatikası;
  • Dərinin mikozları( o cümlədən pəncənin, bədənin,qasıq nahiyəsinin) ;
  • Kəpəkli dəmrov;
  • Dərinin kandidoz zədələnmələri;

Əks göstərişlər:  Preparata və ya quruluşca ona yaxın olan azol birləşmələrə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Təyin olunması arzuolunmazdır. Ağır göbələk infeksiyaları zamanı həyat üçün potensial təhlükəolduğu halda istifadəolunur.

İstifadə qaydası və dozası: 

  • Kriptokokkozlarda müalicənin 1 -ci günü 400mq Librafunqin təyin olunur, sonrakı günlərdə hər gün 200-400mq təyin olunur.
  • Meningit zamanı preparatla müalicə effektdən aslı olaraq 6-8 həftə davam edə bilər.
  • Ağır kandidozlarda müalicənin 1-ci günü 400mq preparat təyin olunur. Sonrakı günlərdə klinik effekt alınana qədər hər gün 200 mq təyin olunur.
  • Selikli qişaların kandidozlarında birdəfəlik doza 50-100 mq-a bərabərdir. Müalicə müddəti 14 gün təşkil edə bilər.
  • Vaginal kandidozun müalicəsi üçün 150 mq Librafunqin birdəfəyə təyin olunur.
  • Mikozların müalicəsi zamanı 2-6 həftə ərzində hər gün 50mq və ya həftədə 1 dəfə150 mq təyin olunur.
  • Dərin mikozların müalicəsi nəticədən aslı olaraq 14-24 aya qədər davam edəbilər. 200-400 mq birdəfəlik doza hər gün qəbul edilir.
  • Uşaq təcrübəsində selikli işaların kandidozunun müalicəsi üçün Librafunqin hər gün birdəfəlik dozası 3mq/kq-a bərabərdir.
  • Streptokokk infeksiyalarının və ya generalizə olunmuş kandidozun müalicəsi üçün bədən kütləsinin hər kq-na 6-12 mq.
  • Yenidoğulmuşların orqanizmindən Librafunginin xaricolma sürətinin aşağı olmasını nəzərə alaraq hesablanmış doza 2 həftəlik uşaqlara 72 saat, 3 və 4 həftəlik uşaqlara isə 48 saatlıq intervalla təyin olunur.

Doza həddinin aşılması:  Paranoidal davranış,hallusinasiyaların inkişafı.

Müalicəsi: sürətləndirilmiş diurez, mədənin yuyulması,simptomatik dərman vasitələri, hemodializ.

Əlavə təsirləri: Ürəkbulanma, qusma,abdominal diskomfort, diareya,meteorizm. Nadir hallarda dəri səpgiləri müşahidə olunur.

Buraxılış forması:  1 və ya 7 kaspul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.