­MEMOTROPİL (200mq/ml (1q/5ml və 3q/15ml ampullar) inyeksiya üçün məhlul)

Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi

Təsiredici maddə: 5 ml-lik bir ampulda 1 q (200 mq/ml), 15 ml-lik 1 ampulda isə 3 q (200 mq/ml) pirasetam vardır.

Köməkçi maddələr: natrium-asetat, buzlu sirkə turşusu, inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu

Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) zamanı istifadə olunan psixostimulyatorlar və nootrop preparatlar.

ATC kodu: N06B X03

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Pirasetam – qammaaminoyağ turşusunun (QAYT) siklik törəməsidir, nootrop dərman preparatları yarımqrupuna daxil olan psixotrop dərman preparatıdır. O, bu qrupun klassik nümayəndəsidir. Bu preparatlar neyropsixoloji testlərin nəticələrini yaxşılaşdırır. Bundan başqa, koqnitiv funksiyaları, yaddaşı yaxşılaşdırır və yaşla əlaqədar koqnitiv pozğunluqların baş verməsini ləngidir . Mövcud məlumatlar güman etməyə imkan verir ki, pirasetamın əsas təsir mexanizmi nə müəyyən hüceyrə tipi üçün, nə də müəyyən orqan üçün spesifik deyildir. Fosfolipid membran modellərində pirasetam dozanın kəmiyyətinə mütənasib olaraq polyar qrupla fiziki birləşərək, preparatın molekulu ilə fosfolipidlərin hərəkət edən komplekslərinin əmələ gəlməsi yolu ilə membran quruluşlarının bərpa olunması prosesinə təkan verir. Bu, yəqin ki, membranların stabilliyini yaxşılaşdırır, nəticədə membran və transmembran zülallar müvafiq üçölçülü quruluşu saxlayır və ya bərpa edir ki, bu da onlara normal funksiyalarını yerinə yetirməyə imkan verir.

Pirasetam sinir hüceyrələrinə və damar sisteminə təsir göstərir.

Pirasetam neyronlarda hüceyrə membranlarına müxtəlif təsir göstərir.

Heyvanlarda pirasetam neyronların siqnalları keçirməsinin müxtəlif proseslərini gücləndirir, ilk növbədə postsinaptik reseptorların sıxlığının və funksiyasının modulyasiyası vasitəsilə.

Sağlam şəxslərdə, həmçinin çatışmazlıq vəziyyətində pirasetam alan həm heyvanlarda, həm də insanlarda koqnitiv proseslərlə bağlı aşağıdakı funksiyaların yaxşılaşması müəyyən edilmişdir: təlim, yaddaş, diqqət və şüur, hansı ki, sedasiya və psixostimulyasiya ilə müşayiət olunmamışdır.

Pirasetam insanlarda və heyvanlarda baş beyinin hipoksiya, intoksikasiya və zədələnmənin elektrik cərəyanı ilə müalicəsi nəticəsində yaranan müxtəlif tipli zədələnmələrində koqnitiv qabiliyyəti müdafiə və bərpa edir.

Preparat hipoksiya nəticəsində beyin aktivliyində və məhsuldarlığında baş verən dəyişiklikləri aradan qaldırır ki, bu EEQ analizi və psixometrik testləşdirmə ilə təsdiq edilir.

Pirasetam trombositlərə, eritrositlərə və qan damarlarının divarlarına təsir göstərməklə qanın reoloji xassələrini dəyişdirir. Pirasetam eritrositlərin elastikliyini yüksəldir və trombositlərin aqreqasiyasını aşağı salır, eritrositlərin damar divarlarına adgeziyasını və kapillyarların daralmasını aşağı salır.

- Eritrositlərə təsiri:

Oraqvari hüceyrə anemiyası olan pasiyentlərdə pirasetam eritrositlərin hüceyrə membranının deformasiya qabiliyyətinə (elastikliyinə) müsbət təsir göstərir, qanın özlülüyünü azaldır, eritrositlərin bir birinə yapışmasının qarşısını alır.  

- Trombositlərə təsiri:

Sağlam könüllülər və Reyno sindromu olan pasiyentlər üzərində preparatın adı gizlədilmədən aparılan tədqiqatlarda pirasetamın dozasının artırılması zamanı (maksimal doza 12 q) müalicə dozaya mütənasib olaraq müalicəyə qədərki vəziyyətlə müqayisədə (ADF-in, kollagenin, adrenalinin və   ßTG-nin təsiri altında aqreqasiya testləri) trombositlərin funksiyalarının inhibə olunmasına gətirib çıxarmış və bu zaman onların miqdarında əhəmiyyətli dərəcədə azalma baş verməmişdir. Bu tədqiqatlar göstərdi ki, pirasetamın təsiri altında qanaxma müddəti uzanır.

- Qan damarlarına təsiri:

Heyvanlar üzərində aparılan tədqiqatlarda pirasetam vazokonstriksiyanı inhibə etmiş və vazokonstiksiya törədən müxtəlif preparatların təsirini neytrallaşdırmışdır. Bu zaman preparatın damargenişləndirici təsir göstərib-göstərməməsi, koronar oğurlama sindromunu, qanaxını pozğunluğunu (keçiriciliyin bərpa edilməsindən sonra aşağı qanaxını və ya qanaxınının tamamilə olmaması) induksiya edib-etməməsi və ya arterial təzyiqi aşağı salması müəyyən edilməmişdir.

Pirasetam sağlam könüllülərdə eritrositlərin qan damarlarının endotelisinə adgeziyasını aşağı salmış və dəyişilməmiş endotelidə prostosiklin sintezini blavasitə stimullaşdırmışdır.

Qanın laxtalanma faktorlarına təsiri:

Sağlam könüllülərdə müalicəyə qədərki vəziyyətlə müqayisədə pirasetam 9,6 q-a qədər dozada plazmada fbrinogenin və fon Villebrand faktorlarının (VIII: C; VIII R : AG; VIII R : vW) konsentrasi-yasını 30-40% aşağı salmış və qanaxma vaxtını uzatmışdır.

Birincili və ikincili Reyno sindromu olan pasiyentlərdə müalicəyə qədərki vəziyyətlə müqayisədə pirasetam 6 ay müddətində 8 q/gün-ə qədər dozada plazmada fbrinogenin və fon Villebrand faktorlarının (VIII: C; VIII R : AG; VIII R : vW (RCF)) konsentrasiyasını 30-40% aşağı salmış, həmçinin plazmanın özlülüyünü azaltmış və qanaxma vaxtını uzatmışdır.

Sağlam könüllülərin iştirakı ilə aparılan digər tədqiqatda pirasetamla (gündə 2 dəfə 12 mq-a qədər dozalarda) plasebo arasında hemostaza və qanaxma müddətinə təsir nöqteyi-nəzərincə statistik əhəmiyyətli fərq müəyyən edilməmişdir.

Farmakokinetikası

Paylanması

Pirasetam plazma zülalları ilə birləşmir.

Paylanma həcmi 0,6 l/кq-a yaxın təşkil edir. Pirasetam hematoensefalik baryerdən keçir, dərman preparatının venadaxili yeridilmədən sonra onurğa beyni mayesində aşkar edilməsi bunu sübut edir. . Onurğa beyni mayesi üçün tmax göstəricisi 5 saata yaxın, yarımxaricolma dövrü isə 8,5 saat təşkil etmişdir.

Heyvanlarda pirasetamın beyində ən yüksək konsentrasiyası beyin qabığında (alın, əmgək və ənsə payında), beyincik qabığında və beyinin bazal qanqliyalarında aşkar edilmişdir. Pirasetam piy toxuması istisna olmaqla bütün toxumalara nüfuz edir, plasentar baryerdən və təcrid olunmuş eritrositlərin hüceyrə membranlarından keçir.

Меtabolizmi

Pirasetam orqanizmdə metabolizmə məruz qalmır. Metabolizmin olmamasını təsdiq edən sübutlar anuriyalı pasiyentlərdə plazmadan yarımxaricolma dövrünün əhəmiyyətli dərəcədə uzanması və pirasetamın qəbul edilmiş dozasının böyük hissəsinin sidikdə aşkar edilməsi faktıdır.

Eliminasiyası

Pirasetamın yarımxaricolma dövrü t0,5 5 saata yaxın təşkil edir. Ahıl yaşlı şəxslərdə (əsasən böyrək klirensinin azalmasına görə) və böyrək çatışmazlığı olan şəxslərdə yarımxaricolma dövrü artır.

Ümumi sistem klirensi 80-90 ml/dəq təşkil edir. Dərman preparatı əsasən sidiklə xaric olur (dozanın 80-100%-i). Xaric olması yumaqcıq filtrasiyası prosesində baş verir.

 

Klinikayaqədərki təhlükəsizliyə dair məlumatlar

Klinikayaqədərki təhlükəsizlik məlumatları pirasetamın potensial toksikliyinin aşağı olduğunu göstərir. Bir dozanın (siçanlarda, siçovullarda və itlərdə10 mq/кq bədən kütləsinə) yeridilməsindən sonra dönməz toksiki effektlər müəyyən edilməmişdir. Siçanlarda (doza 4,8 q/кq b.k./gün) və siçovullarda (doza 2,4 q/кq b.k./gün-ə qədər) çoxsaylı dozaların yeridilməsinin nəticələrini və xroniki toksikliyi qiymətləndirmək üçün aparılan tədqiqatlarda orqanizmin orqanlarına toksiki təsir aşkar edilməmişdir.

Dərman preparatının 4-5 həftə ərzində 1 q/кq b.k./gün-ə qədər dozalarda siçovullarda və itlərdə venadaxili yeridilməsi də toksiki əlavə təsirlərə səbəb olmamışdır.

İn vitroin vivo tədqiqatlar zamanı preparatın genotoksik və kanserogen təsiri müəyyən edilməmişdir.

 

İstifadəsinə göstərişlər

Memotropil demensiya zamanı koqnitiv proseslərin pozğunluqlarının müalicəsi üçün (Alsheymer xəstəliyi istisna olmaqla) və kortikal miokloniyanın müalicəsi üçün tövsiyə olunur.

 

Əks göstərişlər

Pirasetama, pirrolidonun digər törəmələrinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Ağır böyrək çatışmazlığı (kreatininin böyrək klirensi 20 ml/dəq-dən aşağı).

Вeyindaxili qanaxma.

Güclü psixomotor oyanıqlıq. Hentinqton xoreyası.

 

Ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparat ehtiyatla istifadə olunmalıdır:

yrək çatışmazlığı olan pasiyentlərdə, belə ki, preparat başlıca olaraq böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olur,

hemostazın pozğunluğu olan pasiyentlərdə, ciddi cərrahi əməliyyatlara məruz qalmış pasiyentlərdə və ağır qansızmaları olan şəxslərdə (pirasetamın trombositlərin aqreqasiyasına təsiri ilə əlaqədar olaraq),

yaşlı pasiyentlərdə (xüsusilə uzun müddət ərzində müalicə olunanlar), yarımparçalanma dövrünün uzunmüddətli olması ilə əlaqədar olaraq (bu pasiyentlər üçün kreatinin klirensinə müntəzəm olaraq nəzarət etmək, lazım gələrsə isə dozaya düzəliş etmək lazımdır),

arterial təzyiqi çox aşağı olan pasiyentlərdə.

Miokloniyalı pasiyentlərdə pirasetamın qəbulunu qəflətən dayandırmaq tövsiyə olunmur, ona görə ki, bu, epileptik tutmaların başvermə riskini artırır.

 

İstifadə qaydası və dozası

Preparatı tövsiyə olunan dozada bir neçə dəqiqə ərzində venadaxili yeritmək lazımdır.

Adətən aşağıdakı kimi istifadə olunur:

 

Koqnitiv proseslərin davamlı pozğunluqlarının müalicəsi üçün

İlk həftələrdə müalicəni 4,8 q/gün doza ilə başlamaq, sonradan onu 2,4 q/gün-ə qədər azaltmaqla müalicəni davam etdirmək lazımdır. Dozanı gündə 1,2 q azaltmaq lazımdır. Gündəlik doza 2 və ya 3 ayrı-ayrı dozalar şəklində yeridilir.

Kortikal miokloniya zamanı

Əvvəlcə gündə 7,2 q qəbul etmək lazımdır.

Lazım gələrsə, preparatın dozası hər 3 və ya 4 gündən bir 4,8 q olmaqla gündə 24 q maksimal dozaya qədər artırılır. Preparatın gündəlik dozası 2 və ya 3 ayrı-ayrı dozalar şəklində yeridilir.

Digər qıcolma əleyhinə preparatlarla kombinəolunmuş müalicə zamanı digər preparatların dozaları tövsiyə olunan müalicəvi dozalarda qəbul olunmalıdır. Klinik yaxşılaşma zamanı və əgər mümkündürsə - digər preparatların dozaları azaldılmalıdır.

Miokloniyalı pasiyentlərdə simptomların inkişafının mümkünlüyü mövcuddur, bununla əlaqədar olaraq hər 6 aydan bir dozanı azaltmağa cəhd etmək və ya müalicəni dayandırmaq lazımdır. Bunun üçün, xəstəliyin qəfil residivinin qarşısını almaq üçün pirasetamın dozası hər 2 gündən bir 1,2 q azaldılmalıdır.

Böyrək çatışmazlığı zamanı dozalanma

Pirasetam böyrəklər vasitəsilə xaric olur, ona görə də böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır. Aşağıdakı cədvəldə kreatinin klirensindən asılı olaraq dozanın azaldılması göstərilmişdir.

 

Kreatinin klirensi

Zərdabda kreatininin konsentrasiyası

Doza

40 - 60 ml/dəq

1,25 - 1,7 mq/100 ml

(112 - 153 mkmol/l)

Adi dozanın 1/2-i

20 - 40 ml/dəq

1,7 - 3 mq/100 ml

(153 - 270 mkmol /l)

Adi dozanın 1/4-i

20 ml/dəq-dən aşağı

3 mq/100 ml-dən aşağı

(270 mkmol/l)

əks göstərişdir

 

Yaşlı pasiyentlər üçün dozalanma

Böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsi tövsiyə olunur (yuxarıdakı cədvələ bax).

Pirasetamla uzun müddət müalicə olunan yaşlı pasiyentlər üçün kreatinin klirensinə müntəzəm olaraq nəzarət etmək və dozaya düzəliş etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Pirasetam mərkəzi sinir sistemini stimullaşdıran preparatların təsirini gücləndirə bilər.
  • Pirasetam neyroleptiklərlə qeyri-spesifik qarşılıqlı təsirə girə bilər.
  • Preparat qalxanabənzər vəzinin hormonlarının təsirini gücləndirə bilər; pirasetamın və qalxanabənzər vəzinin hormonlarının (T3, T4) qəbulu zamanı dezorientasiya, əsəbilik və yuxunun pozulması şəklində əlavə təsirlərin meydana çıxması halları təsvir edilmişdir.

 

Ağır residivləşmiş venoz trombozlu pasiyentlərin iştirakı ilə plasebo üsülu ilə aparılan tədqiqtların nəşr olunmuş nəticələrinə görə pirasetam 9,6 q / gün dozada asenokumarolun BNM göstəricisini 2,5-3,5 səviyyəsində saxlamaq üçün lazım olan dozasına təsir göstərməmiş, lakin, 9,6 q/gün dozada pirasetamın əlavə edilməsi (yalnız asenokumarolun istifadəsi zamanı alınan nəticələrlə müqayisədə) trombositlərin aqreqasiyasının əhəmiyyətli dərəcədə azalmasına, beta-tromboqlobulinin azad olmasının, fibrinogenin və fon Villebrand faktorlarının (VIII: C, VIII: vW: Ag; VIII: vW: RCo) konsentrasiyalarının azalmasına, həmçinin xalis qanın və plazmanın özlülüyünün azalmasına gətirib çıxarmışdır.

Digər dərman vasitələrinin təsiri altında pirasetamın farmakokinetikasında əhəmiyyətli dəyişikliklərin olmasını gözləmək düzgün olmaz, belə ki, pirasetamın 90%-ə yaxın hissəsi dəyişilməmiş şəkildə sidiklə xaric olur. İn vitro tədqiqatlar göstərdi ki, pirasetam 142, 426 və 1422 мкq/ml konsentrasiyalarda insan sitoxromu P450-nin CYP 1A2, 2B6, 2C8, 2C9, 2C19, 2D6, 2Е1 и 4A9/1l izoformalarını inhibə etmir. 1422 мкq/ml dozada pirasetamın CYP2A6 (21%) 3А4 / 5 (11%) izoformalarına zəif inhibəedici təsiri qeyd edilmişdir. Lakin, tamamilə mümkündür ki, bu iki izoformanın pirasetamla Ki inhibəolunma səviyyəsi 1422 мкq/ml-dən əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də pirasetamın digər preparatlarla metabolik qarşılıqlı təsiri az ehtimal olunur. Pirasetamın 20 mq/gün dozada 4 həftə ərzində qəbulu antiepileptik preparatların (karbamazepin, fenitoin, fenobarbital, valproy turşusu) stabil dozalarını qəbul edən epilepsiyalı xəstələrdə bu preparatların maksimal və minimal zərdab konsentrasiyalarının qiymətini dəyişməmişdir.

Alkoqolla birlikdə qəbul edilməsi zərdabda pirasetamın konsentrasiyasının səviyyəsinə təsir göstərməmişdir. Alkoqolun konsentrasiyası 1,6 q pirasetamın qəbulu zamanı dəyişməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik:

Təcrübə dovşanlarına, siçovullara və siçanlara yeridilən pirasetam teratogen təsir göstərməmiş, həmçinin fertilliyə təsir göstərməmişdir.

Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı preparatın hamiləliyə, embrionun və dölün inkişafına, doğuşa və postnatal inkişafa birbaşa və dolayı zərərli təsiri aşkar edilməmişdir.

Pirasetam plasentar baryerdən keçir. Yenidoğulmuşların qanında preparatın konsentrasiyası ananın qanında olan konsentrasiyasının təqribən 70-90%-nə çatır. Pirasetamın hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Ona görə də hamilə qadınlar və hamiləliyi planlaşdıran qadınlar preparatın qəbulundan imtina etməlidirlər.

 

Laktasiya:

Pirasetam ana südünə nüfuz edir.

Südəmər uşaqlarda əlavə reaksiyaların meydana çıxması riskini nəzərə alaraq, preparatın qəbulu müddətində ana südü ilə qidalandırma və ya ana südü ilə qidalandırma dövründə pirasetamın istifadəsi dayandırılmalıdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pirasetam mərkəzi sinir sisteminə əlavə təsir göstərərək yuxuyameyllik, əsəbilik, hiperkinez və depressiya törədə bilər.

Ona görə də avtomobilin idarə edilməsi və mexanizmlərlə işlə bağlı təhlükə barədə pasiyenti məlumatlandırmaq lazımdır.

 

Əlavə təsirləri

Preparatın istifadəsindən sonra aşağıdakı sistemlərdə əlavə təsirlər meydana çıxmışdır:

 

A. Klinik tədqiqatların nəticələri

Mərkəzi və periferik sinir sistemində baş verən pozğunluqlar:

tez-tez: hiperkinez

Metabolizm və qidalanma pozğunluqları:

tez-tez: bədən kütləsinin artması

Psixi pozğunluqlar:

tez-tez: əsəbilik

bəzən: yuxuyameyllik, depressiya

Ümumi pozğunluqlar:

bəzən: аsteniya

B. Pirasetamın dövriyyəyə buraxılmasından sonra alınan məlumatlar

Qulaqda və labirində baş verən pozğunluqlar:

başgicəllənmə

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, diareya, qarın boşluğu nahiyəsində ağrılar, epiqastral nahiyədə baş verən ağrılar, xüsusilə uzunmüddətli müalicə zamanı

İmmun sistemdə baş verən pozğunluqlar:

Аnafilaktoid reaksiyalar, yüksək həssaslıq

Sinir sistemində baş verən pozğunluqlar:

Аtaksiya, müvazinətin pozulması, epilepsiya simptomlarının ifadəliliyinin artması, başağrısı, yuxusuzluq, yuxuyameyllik

Psixi pozğunluqlar:

oyanıqlıq, narahatlıq, şüurun qarışması, hallusinasiyalar

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar:

Аngionevrotik ödem, dermatit, qaşınma, övrə.

Nadir hallarda inyeksiya yerində ağrı, trombozlu flebit, venadaxili yeridilmədən sonra qızdırma və ya hipotoniya qeyd edilmişdir.

 

Doza həddinin aşılması

Preparatın çox yüksək dozalarının istifadəsi zamanı əlavə təsirlərin daha aydın ifadə olunması mümkündür.

Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın toplanması baş verə bilər.

Müalicəsi:

Pirasetamın doza həddinin aşılmasına qarşı hər hansı konkret antidot yoxdur. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır. Çoxlu maye qəbul etmək və sidiyəgetməyə nəzarət etmək lazımdır. Hemodializ zamanı pirasetam xaric olur. Pirasetam üçün hemodializin məhsuldarlığı 50-60% təşkil edir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Memotropilin inyeksiya üçün məhlulunu digər preparatlarla qarışdırılmamalıdır.

 

Yararlılıq müddəti:  18 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti:  25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Buraxılış forması: Memotropil, 1 q/5 ml, inyeksiya üçün məhlul: 5 ml inyeksiya üçün məhlul, şüşə ampullarda. 12 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Memotropil, 3 q/15 ml, inyeksiya üçün məhlul:

15 ml inyeksiya üçün məhlul, şüşə ampullarda. 4 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Aptekdən buraxılma şərti:  Resept əsasında buraxılır.

 

Lisenziyanın sahibi və istehsalçı:  «POLFARMA» SC Əczaçılıq zavodu, Peplinsk küç., 19, 83-200 Staroqard Qdanski, Polşa