MEMOTROPİL (12 q/ml, infuziya üçün məhlul)
Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 60  ml (1 flakon) məhlulun tərkibində  12 q, 1 ml məhlulun tərkibində 0,2q pirasetam vardır.
Köməkçi maddələr: natrium-asetat trihidrat, buzlu sirkə turşusu, inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu:
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) zamanı istifadə olunan psixostimulyatorlar və nootrop preparatlar.

ATC kodu: N06B X03

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:

Pirasetam – qammaaminoyağ turşusunun (QAYT) siklik törəməsidir, nootrop dərman preparatları yarımqrupuna daxil olan psixotrop dərman preparatıdır. O, bu qrupun klassik nümayəndəsidir.  Pirasetam insanlarda və heyvanlarda baş beyinin müxtəlif tipli zədələnmələrində koqnitiv qabiliyyəti müdafiə və bərpa edir.
Pirasetamın təsir mexanizmi axıra qədər öyrənilməmişdir. Fərz edirlər ki, pirasetam MSS-də transmitterlərin müxtəlif sistemlərinə  təsir göstərir. O, QAYT-ergik sistemin aktivliyini yüksəldir ki, bu da epilepsiyanın müalicəsində əhəmiyyətli ola bilər, stressə qarşı müdafiəedici effekti isə aminoturşuları oyadan sistemlərin modullaşması ilə əlaqədar ola bilər.   
Həmçinin müəyyən edilmişdir ki, preparatın “kənaraçıxma testində” müsbət təsiri xolinergik sistemə təsiri ilə əlaqədardır, koqnitiv aktivliyin səviyyəsinin yüksəlməsini isə dopaminin azad olmasının asanlaşması ilə əlaqələndirmək olar.
Neyrotransmitterlər sisteminə təsirinə əlavə olaraq, müəyyən edilmişdir ki,  pirasetam beyində fosfolipidlərin metabolizmini normallaşdırır və hüceyrə membranlarının keçiriciliyini artırır, xüsusilə ahıl yaşlı insanlarda.

Farmakokinetikası:
Paylanması:
Pirasetam plazma zülalları ilə birləşmir.
Paylanma həcmi 0,6 l/кq-a yaxın təşkil edir. Pirasetam hematoensefalik baryerdən keçir, dərman preparatının venadaxili yeridilmədən sonra onurğa beyni mayesində aşkar edilməsi bunu sübut edir. Onurğa beyni mayesi üçün  tmax indeksi  5 saata yaxın, yarımxaricolma dövrü isə 8,5 saat təşkil edir.
Heyvanlarda pirasetamın beyində ən yüksək konsentrasiyası beyin qabığında (alın, əmgək və  ənsə payında), beyincik qabığında və beyinin bazal qanqliyalarında aşkar edilmişdir. Pirasetam piy toxuması istisna olmaqla bütün toxumalara nüfuz edir, plasentar baryerdən və təcrid olunmuş eritrositlərin hüceyrə membranlarından keçir.

Меtabolizmi:
Pirasetam orqanizmdə metabolizmə məruz qalmır. Metabolizmin olmamasını təsdiq edən sübutlar anuriyalı pasiyentlərdə plazmadan yarımxaricolma dövrünün əhəmiyyətli dərəcədə uzanması və pirasetamın qəbul edilmiş  dozasının böyük hissəsinin sidikdə aşkar edilməsi faktıdır.

Eliminasiyası:
Eliminasiya fazasında pirasetamın yarımxaricolma dövrü   5 saata yaxın təşkil edir. Ahıl yaşlı şəxslərdə (əsasən böyrək klirensinin azalmasına görə) və böyrək çatışmazlığı olan şəxslərdə yarımxaricolma dövrü artır.
Ümumi sistem klirensi 80-90 ml/dəq təşkil edir. Dərman preparatı əsasən sidiklə xaric olur (dozanın 80-100%-i). Xaric olması yumaqcıq filtrasiyası prosesində  baş verir.

Klinikayaqədərki təhlükəsizliyə dair məlumatlar:
Klinikayaqədərki təhlükəsizlik məlumatları pirasetamın potensial toksikliyinin aşağı olduğunu göstərir. Bir dozanın  (siçanlarda, siçovullarda və itlərdə10 mq/кq bədən kütləsinə) yeridilməsindən sonra dönməz toksiki effektlər müəyyən edilməmişdir.  Siçanlarda (doza 4,8 q/кq b.k./gün) və siçovullarda (doza 2,4 q/кq b.k./gün-ə qədər) çoxsaylı dozaların yeridilməsinin nəticələrini və xroniki toksikliyi qiymətləndirmək üçün aparılan  tədqiqatlarda orqanizmin orqanlarına toksiki təsir aşkar edilməmişdir.
Dərman  preparatının 4-5 həftə ərzində 1 q/кq b.k./gün-ə qədər dozalarda  siçovullarda və itlərdə venadaxili yeridilməsi də  toksiki əlavə təsirlərə səbəb olmamışdır.
İn vitro və  in vivo tədqiqatlar  zamanı preparatın genotoksik və kanserogen təsiri müəyyən edilməmişdir.
Bir il ərzində artan dozalarla 1-dən 10 q/kq bədən kütləsinə/gün dozada pirasetam alan itlərdə həzm sisteminin yüngül pozğunluğu müşahidə edilmişdir (ürəkbulanma, nəcisin konsistensiyasının dəyişməsi, suya tələbatın artması).

 

İstifadəsinə göstərişlər:

- Alsheymer xəstəliyi istisna olmaqla, demensiya zamanı koqnitiv proseslərin pozğunluqlarının müalicəsi;
- kortikal miokloniyanın müalicəsi.

 

Əks göstərişlər:

  • Pirasetama, pirrolidonun digər törəmələrinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
  • Ağır böyrək çatışmazlığı (kreatininin böyrək klirensi 20 ml/dəq-dən aşağı).
  • Вeyindaxili qanaxma.
  • Hentinqton xoreyası.

 

Ehtiyat tədbirləri:

Aşağıdakı hallarda preparat ehtiyatla istifadə olunmalıdır:
• böyrək çatışmazlığı olan pasiyentlərdə, belə ki, preparat başlıca olaraq böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olur;
• hemostazın pozğunluğu olan pasiyentlərdə, ciddi cərrahi əməliyyatlara məruz qalmış pasiyentlərdə və ağır qansızmaları olan şəxslərdə;
• yaşlı pasiyentlərdə yarımparçalanma dövrünün eliminasiya fazasında uzunmüddətli olması ilə əlaqədar olaraq (bu pasiyentlər üçün kreatinin klirensinə müntəzəm olaraq nəzarət etmək, lazım gələrsə isə dozaya düzəliş etmək lazımdır);

Miokloniyalı pasiyentlərdə pirasetamın qəbulunu qəflətən dayandırmaq tövsiyə olunmur, ona görə ki, bu, epileptik tutmaların başvermə riskini artırır.
    

İstifadə qaydası və dozası:

Preparatı tövsiyə olunan dozada 24 saat müddətində fasiləsiz infuziya yolu ilə yeritmək lazımdır.

Adətən aşağıdakı kimi istifadə olunur:
Koqnitiv proseslərin pozğunluqlarının müalicəsi
İlk həftələrdə müalicəni 4,8 q/gün doza ilə başlamaq, sonradan onu  2,4 q/gün-ə qədər azaltmaq lazımdır. Gündəlik doza 2 və ya 3 ayrı-ayrı dozalar şəklində yeridilir. Dozanı gündə 1,2 q azaltmaq lazımdır.

Kortikal miokloniyanın müalicəsi:
Əvvəlcə gündə 7,2 q istifadə etmək lazımdır.
Lazım gələrsə, preparatın dozası hər 3 və ya 4 gündən bir 4,8 q  olmaqla gündə 24 q maksimal dozaya qədər artırılır. Preparatın gündəlik dozası 2 və ya 3 ayrı-ayrı dozalar şəklində yeridilir.
Digər antimioklonik vasitələrlə kombinəolunmuş müalicə zamanı digər preparatların dozaları tövsiyə olunan müalicəvi dozalarda istifadə olunmalıdır. Klinik yaxşılaşma zamanı və əgər mümkündürsə - digər preparatların dozaları azaldılmalıdır.
Miokloniyalı pasiyentlərdə simptomların inkişafının mümkünlüyü mövcuddur, bununla əlaqədar olaraq hər 6 aydan bir dozanı azaltmağa cəhd etmək və ya müalicəni dayandırmaq lazımdır. Bunun üçün, xəstəliyin qəfil residivinin qarşısını almaq üçün  pirasetamın dozası hər 2 gündən bir 1,2 q azaldılmalıdır.

Böyrək çatışmazlığı zamanı dozalanma
Pirasetam böyrəklər vasitəsilə xaric olur, ona görə də böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır. Aşağıdakı cədvəldə kreatinin klirensindən asılı olaraq dozanın azaldılması göstərilmişdir.

 

Kreatinin klirensi            Zərdabda kreatininin konsentrasiyası             Doza
  40 - 60 ml/dəq                      1,25 - 1,7 mq/100 ml
                                      (112 - 153 mkmol/l)                  Adi dozanın 1/2-i
  20 - 40 ml/dəq                        1,7 - 3 mq/100 ml
                                       (153 - 270 mkmol /l)                Adi dozanın 1/4-i
  20 ml/dəq-dən aşağı                 3 mq/100 ml-dən aşağı
                                          (270 mkmol/l)                     əks göstərişdir

 

Yaşlı pasiyentlər üçün dozalanma:
Böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsi tövsiyə olunur (yuxarıdakı cədvələ bax).
Pirasetamla uzun müddət müalicə olunan yaşlı pasiyentlər üçün kreatinin klirensinə müntəzəm olaraq nəzarət etmək və lazım gələrsə dozaya düzəliş etmək lazımdır.  


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Preparatın qalxanabənzər vəzin hormon preparatları ilə (T3 + T4) birlikdə istifadəsi zamanı dezorientasiya, qıcıqlanma və yuxunun pozulması halları təsvir edilmişdir.

Ağır residivləşmiş venoz trombozlu pasiyentlərin iştirakı ilə plasebo üsülu ilə aparılan tədqiqtların nəşr olunmuş nəticələrinə görə pirasetam 9,6 q / gün dozada asenokumarolun BNM göstəricisini 2,5-3,5 səviyyəsində saxlamaq üçün lazım olan dozasına təsir göstərməmiş, lakin, 9,6 q/gün dozada pirasetamın əlavə edilməsi (yalnız asenokumarolun istifadəsi zamanı alınan nəticələrlə müqayisədə) trombositlərin aqreqasiyasının əhəmiyyətli dərəcədə azalmasına, beta-tromboqlobulinin azad olmasının, fibrinogenin və fon Villebrand faktorlarının (VIII: C, VIII: vW: Ag; VIII: vW: RCo) konsentrasiyalarının azalmasına, həmçinin xalis qanın və plazmanın  özlülüyünün azalmasına gətirib çıxarmışdır.
Digər dərman vasitələrinin təsiri altında pirasetamın farmakokinetikasında əhəmiyyətli dəyişikliklərin olmasını gözləmək düzgün olmaz, belə ki, pirasetamın 90%-ə yaxın hissəsi dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İn vitro tədqiqatlar göstərdi ki, pirasetam 142, 426 və 1422 mkq/ml konsentrasiyalarda insan sitoxromu P450-nin CYP 1A2, 2B6, 2C8, 2C9, 2C19, 2D6, 2Е1 и 4A9/1l izoformalarını inhibə etmir.  1422 мкq/ml  dozada pirasetamın CYP 2A6 (21%) və 3А4 / 5 (11%) izoformalarına zəif inhibəedici təsiri qeyd edilmişdir. Lakin, tamamilə mümkündür ki, bu iki izoformanın pirasetamla Ki inhibəolunma səviyyəsi 1422 мкq/ml-dən əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də pirasetamın digər preparatlarla metabolik qarşılıqlı təsiri az ehtimal olunur.

Pirasetamın 20 mq/gün dozada 4 həftə ərzində qəbulu  antiepileptik preparatların (karbamazepin, fenitoin, fenobarbital, valproy turşusu) stabil dozalarını qəbul edən epilepsiyalı xəstələrdə  bu preparatların maksimal və minimal zərdab konsentrasiyalarının qiymətini dəyişməmişdir.  

Alkoqolla birlikdə qəbul edilməsi zərdabda pirasetamın konsentrasiyasının səviyyəsinə təsir göstərməmişdir. Alkoqolun konsentrasiyası 1,6 q pirasetamın qəbulu zamanı dəyişməmişdir.  
    
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı preparatın hamiləliyə, embrionun və dölün inkişafına, doğuşa və postnatal inkişafa birbaşa və dolayı zərərli təsiri aşkar edilməmişdir. Pirasetamın hamiləlik dövründə istifadəsinə dair kifayət qədər məlumat yoxdur.
Pirasetam plasentar baryerdən keçir. Yenidoğulmuşların qanında preparatın konsentrasiyası ananın qanında olan konsentrasiyasının təqribən 70-90%-nə çatır.  Pirasetam dəqiq göstərişlər istisna olmaqla hamilə qadınlara təyin edilməməlidir.

Pirasetam ana südünə nüfuz edir.
Bununla əlaqədar olaraq,  preparatın qəbulu müddətində ana südü ilə qidalandırma dayandırılmalı və ya ana südü ilə qidalandırma dövründə pirasetam istifadəs edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pirasetamla müalicə dövründə meydana çıxan əlavə təsirlərin analizi göstərir ki, preparat  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər və bunu nəzərə almaq lazımdır.


Əlavə təsirləri:

Başvermə tezliklərinə görə əlavə təsirlər aşağıdakı qruplara bölünmüşdür:
Çox tez-tez: ≥1/10
Tez-tez: ≥1/100-dən  < 1/10-ə qədər
Bəzən: ≥1/1 000-dən  <1/100-ə qədər
Nadir: ≥1/10 000-dən  <1 000-ə qədər
Çox nadir: <1/10 000
Tezliyi məlum olmayan  (mövcud məlumatlara görə təyin etmək mümkün deyil).
Preparatın istifadəsindən sonra aşağıdakı sistemlərdə əlavə təsirlər meydana çıxmışdır:

A. Klinik tədqiqatların nəticələri:

Sinir sistemində baş verən pozğunluqlar
Tez-tez: hiperkinez

Metabolizm və qidalanma pozğunluqları
Tez-tez: bədən kütləsinin artması

Psixi pozğunluqlar
Tez-tez: əsəbilik
Bəzən: yuxuyameyllik, depressiya

Ümumi pozğunluqlar və yeridilmə yerində baş verən pozğunluqlar
Bəzən: аsteniya

B. Pirasetamın dövriyyəyə buraxılmasından sonra alınan məlumatlar
Qulaqda və labirində baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : başgicəllənmə

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : ürəkbulanma, qusma, diareya, qarın boşluğu nahiyəsində ağrılar, epiqastral nahiyədə baş verən ağrılar.

İmmun sistemdə baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : anafilaktoid reaksiyalar, yüksək həssaslıq

Sinir sistemində baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : ataksiya, müvazinətin pozulması, epilepsiya simptomlarının ifadəliliyinin artması, başağrısı, yuxusuzluq, yuxuyameyllik

Psixi pozğunluqlar
Tezliyi məlum olmayan:  oyanıqlıq, narahatlıq, şüurun qarışması, hallusinasiyalar

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : angionevrotik ödem, dermatit, qaşınma, övrə.
Nadir hallarda inyeksiya yerində ağrı, trombozlu flebit, venadaxili yeridilmədən sonra qızdırma və ya hipotoniya qeyd edilmişdir.

 

Doza həddinin aşılması:
Pirasetam aşağı toksikliyə malikdir.
Preparatın çox yüksək dozalarının istifadəsi zamanı əlavə təsirlərin daha aydın ifadə olunması mümkündür.
Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın toplanması baş verə bilər.

Müalicəsi:
Pirasetamın doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır.  Çoxlu maye qəbul etmək və sidiyəgetməyə nəzarət etmək lazımdır. Hemodializ zamanı pirasetam xaric olur. Pirasetam üçün hemodializin məhsuldarlığı 50-60% təşkil edir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Memotropilin infuziya üçün məhlulu digər preparatlarla qarışdırılmamalıdır.

 

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, quru və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İşıqdan və  kimyəvi aktiv və ya intensiv iyə malik buxar və qazların təsirindən qorumaq lazımdır.

Buraxılış forması: 60 ml məhlul, üzərində etiketi olan polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Flakonun üzərində seriya nömrəsi və yararlılıq müddəti qeyd edilir.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.


Lisenziyanın sahibi və istehsalçı: «POLFARMA» SC Əczaçılıq zavodu, Peplinsk küç., 19, 83-200 Staroqard Qdanski, Polşa