MEMOTROPİL (800 mq, örtüklü tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Piracetam
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: hər örtüklü tabletin tərkibində 800 mq pirasetam vardır.
Köməkçi maddələr: nüvə: mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı (C tipli), kartof nişastası, susuz kolloidal silisium 4-oksid, maqnezium-stearat.
Örtük: Opady II Yellow 85G38109 (tərkibi: polivinil spirti, talk, titan 4-oksid (E171), makroqol 4000, xinolin sarısı (E104) ilə lak, lesitin, “günəş qürubu” sarısı boyası ilə lak (E110)).

 

Təsviri:
Sarı rəngli, ikitərəfli qabarıq paxlayabənzər, üzərində bölmə xətti olan və səthi azacıq kələ-kötür olan örtüklü tabletlər.

 

Farmakoterapevtik qrupu: Digər psixostimulyatorlar və nootrop preparatlar.

ATC kodu: N06B X03

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
Pirasetam – qammaaminoyağ turşusunun (QAYT) siklik törəməsidir, nootrop dərman preparatları yarımqrupuna daxil olan psixotrop dərman preparatıdır. O, bu qrupun klassik nümayəndəsidir.  Pirasetam insanda və heyvanlarda beyinin müxtəlif zədələnmələri zamanı koqnitiv funksiyaları saxlayır və bərpa edir.
Pirasetamın təsir mexanizmi axıra qədər öyrənilməmişdir.  Fərz edirlər ki,  pirasetam MSS-də impulsların keçirilməsinin bir çox müxanizminə təsir göstərir. O, QAYT-ergik sistemin aktivliyini yüksəldir ki, bu da epilepsiyanın müalicəsində əhəmiyyətli ola bilər. Onun stressə davamlılığın yüksəlməsinə təsiri aminoturşuları oyadan sistemlərin modullaşması ilə izah edilir.  
Həmçinin müəyyən edilmişdir ki, preparatın “çəkinmə testində” müsbət təsiri xolinergik sistemə təsiri ilə əlaqədardır, koqnitiv aktivliyin səviyyəsinin yüksəlməsini isə dopaminin azad olmasının asanlaşması ilə əlaqələndirmək olar.
Neyromediator sisteminə təsirindən başqa, müəyyən edilmişdir ki,  pirasetam beyində fosfolipidlərin metabolizmini normallaşdırır və hüceyrə membranlarının keçiriciliyini artırır, xüsusilə ahıl yaşlı insanlarda.

Farmakokinetikası:
Sorulması:
Pirasetam mədə-bağırsaq traktından sürətlə və yüksək dərəcədə absorbsiya olunur. Açqarına qəbul edildikdə dərman preparatının plazmada maksimal konsentrasiyası qəbulundan bir saat sonra yaranır. Preparatın mütləq biomənimsənilməsi 100%-ə yaxındır. Qida qəbulu sorulma dərəcəsinə təsir göstərmir, lakin,  Cmax –un qiymətini 17% aşağı salır və tmax –un qiymətinin  1-dən   1,5 saata qədər artmasına gətirib çıxarır. Plazmada maksimal konsentrasiyası dərman preparatının gündə 3 dəfə 3,2 q dozada çıxsaylı qəbulunun ardınca 3,2 q və 115 mkq/ml dozalarda birdəfəlik peroral qəbulundan sonra plazmada konsentrasiyası adətən 84 mkq/ml təşkil edir.
Раylanması:
Pirasetam plazma zülalları ilə birləşmir.
Paylanma həcmi  0,6 l/кq-a yaxın təşkil edir. Pirasetam hematoensefalik baryerdən keçir, dərman preparatının venadaxili yeridilmədən sonra onurğa beyni mayesində aşkar edilməsi bunu sübut edir. . Onurğa beyni mayesi üçün  tmax göstəricisi 5 saata yaxın olmuş, yarımxaricolma dövrü isə 8,5 saat təşkil etmişdir.
Heyvanlarda pirasetamın beyində maksimal konsentrasiyaları beyin qabığında (alın, əmgək və  ənsə payında), beyincik qabığında və beyinin bazal qanqliyalarında aşkar edilmişdir. Pirasetam piy toxuması istisna olmaqla bütün toxumalara nüfuz edir, plasentar baryerdən və təcrid olunmuş eritrositlərin hüceyrə membranlarından keçir.
Biotransformasiyası:
Pirasetam orqanizmdə biotransformasiya olunmur. Metabolizmin olmamasını təsdiq edən sübutlar anuriyalı pasiyentlərdə plazmadan yarımxaricolma dövrünün əhəmiyyətli dərəcədə uzanması və pirasetamın qəbul edilmiş  dozasının böyük hissəsinin sidikdə aşkar edilməsi faktıdır.

Xaric olması:
Pirasetamın yarımxaricolma dövrü 5 saata yaxın təşkil edir. Ahıl yaşlı şəxslərdə (əsasən böyrək klirensinin azalmasına görə) və böyrək funksiyaları pozulmuş şəxslərdə yarımxaricolma dövrü artır.
Ümumi sistem klirensi 80-90 ml/dəq təşkil edir. Dərman preparatı əsasən sidiklə xaric olur (dozanın 80-100%-i). Xaric olması yumaqcıq filtrasiyası zamanı baş verir.

Klinikayaqədərki təhlükəsizliyə dair məlumatlar:
Klinikayaqədərki təhlükəsizlik məlumatları pirasetamın potensial toksikliyinin aşağı olduğunu göstərir. Birdəfəlik dozanın  (siçanlarda, siçovullarda və itlərdə10 mq/кq bədən kütləsinə) yeridilməsindən sonra dönməz toksiki effektlər qeydə alınmamışdır.  Siçanlarda (doza 4,8 q/кq b.k./gün) və siçovullarda (doza 2,4 q/кq b.k./gün-ə qədər) çoxsaylı dozaların yeridilməsinin nəticələrini və xroniki toksikliyi qiymətləndirmək üçün aparılan  tədqiqatlarda orqanizmin orqanlarına toksiki təsir aşkar edilməmişdir.
Dərman  preparatının 4-5 həftə ərzində 1 q/кq b.k./gün-ə qədər dozalarda  siçovullarda və itlərdə venadaxili yeridilməsi də arzuolunmaz toksiki effektlərə səbəb olmamışdır.
İn vitro və  in vivo tədqiqatlarda  pirasetamın genotoksik və kanserogen təsiri müəyyən edilməmişdir.
İl ərzində 1-dən 10 q/кq b.k./gün-ə qədər artan dozalarda pirasetam yeridilmiş itlərdə  həzm sistemində yüngül pozğunluqlar (qusma, nəcisin konsistensiyasının dəyişməsi, suya tələbatın artması) müşahidə edilmişdir.

 

İstifadəsinə göstərişlər:
Memotropil, dementiv sindromlar zamanı koqnitiv funksiyaların (Alsheymer xəstəliyi istisna olmaqla)  pozğunluqlarının müalicəsində,uşaqlarda dislektik pozğunluqların müalicəsində loqopedik müalicə ilə eyni zamanda,  kortikal miokloniyanın müalicəsində və mərkəzi və periferik mənşəli başgicəllənmələrin müalicəsində istifadəyə göstərişdir.  

 

Əks göstərişlər:

Pirasetama, pirrolidonun digər törəmələrinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Böyrək çatışmazlığının terminal mərhələsi  ( böyrək klirensi 20 ml/dəq-dən aşağı).
Вeyindaxili qanaxma.
Hentinqton xoreyası.

 

İstifadə qaydası və dozası:
Göstərişdən asılı olaraq. Adətən aşağıdakı kimi istifadə olunur:
Koqnitiv proseslərin pozğunluqlarının müalicəsi:
İlk həftələrdə müalicəni 4,8 q/gün doza ilə başlamaq, sonradan onu  2,4 q/gün-ə qədər azaltmaq lazımdır. Gündəlik doza 2 və ya 3 ayrı-ayrı dozalar şəklində yeridilir. Dozanı gündə 1,2 q azaltmaq lazımdır.

Uşaqlarda loqopedik müalicə ilə eyni zamanda dislektik pozğunluqların müalicəsi:
8-dən 13 yaşa qədər uşaqlarda loqapedik müalicə ilə kombinasiyada gündə 2 dəfəyə 3,2 q pirasetam təyin edilir.

Kortikal miokloniyanın müalicəsi:
Əvvəlcə gündə 7,2 q istifadə etmək lazımdır (3 qəbula).
Lazım gələrsə, preparatın dozası hər 3 və ya 4 gündən bir 4,8 q  olmaqla gündə 24 q maksimal dozaya qədər artırılır. Preparatın gündəlik dozası 2 və ya 3 dəfəyə qəbul edilir.
Digər antimioklonik vasitələrlə kombinəolunmuş müalicə zamanı digər preparatların dozaları-nı tövsiyə olunan müalicəvi dozalarda saxlamaq lazımdır. Əgər klinik yaxşılaşma əldə olunarsa  və əgər mümkündürsə - digər preparatların dozalarını azaltmaq lazımdır.
Miokloniyalı pasiyentlərdə simptomların inkişafı baş verə bilər, bununla əlaqədar olaraq hər 6 aydan bir dozanı azaltmağa cəhd etmək və ya müalicəni dayandırmaq lazımdır. Bunun üçün, xəstəliyin residivinin qarşısını almaq üçün  pirasetamın dozası hər 2 gündən bir 1,2 q azaldılmalıdır.

Başgicəllənmələrin müalicəsi:
8 həftə ərzində gündə 3 dəfəyə 2,4 q  (hər dəfə 800 mq olmaqla) qəbul edilir.

Böyrək çatışmazlığı zamanı dozalanma:
Pirasetam böyrəklər vasitəsilə xaric olur, ona görə də böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır. Aşağıdakı cədvəldə kreatinin klirensindən asılı olaraq dozanın azaldılması göstərilmişdir.

Kreatinin klirensi

Zərdabda kreatininin konsentrasiyası

Doza

40 - 60 ml/dəq

1,25 - 1,7 mq/100 ml

(112 - 153 μmol/l)

Adi dozanın 1/2-i

20 - 40 ml/dəq

1,7 - 3 mq/100 ml

(153 - 270 μmol/l)

Adi dozanın 1/4-i

20 ml/dəq-dən aşağı

3 mq/100 ml-dən aşağı

(270 μmol/l)

əks göstərişdir

 

Ahıl yaşlı pasiyentlərdə dozalanma:
Böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsi tövsiyə olunur (yuxarıdakı cədvələ bax).
Pirasetamla uzun müddət müalicə olunan yaşlı pasiyentlər üçün kreatinin klirensinə müntəzəm olaraq nəzarət etmək və lazım gələrsə dozaya düzəliş etmək lazımdır.  

 

Ehtiyat tədbirləri:

Aşağıdakı hallarda preparat ehtiyatla istifadə olunmalıdır:
• böyrək çatışmazlığı olan pasiyentlərdə, belə ki, preparat başlıca olaraq böyrəklər vasitəsi ilə dəyişilməmiş şəkildə xaric olur;
• hemostazın pozğunluğu olan pasiyentlərdə, ciddi cərrahi əməliyyatlara məruz qalmış pasiyentlərdə və ağır qansızmaları olan şəxslərdə;
• yaşlı pasiyentlərdə yarımparçalanma dövrünün eliminasiya fazasında uzunmüddətli olması ilə əlaqədar olaraq (bu pasiyentlərdə dozaya düzəliş etmək lazımdır);

Miokloniyalı pasiyentlərdə pirasetamın qəbulunu qəflətən dayandırmaq tövsiyə olunmur, ona görə ki, bu, epileptik tutmaların başvermə riskini artırır.

Таbletlərin tərkibində “günəş qürubu” sarısı boya maddəsi vardır, hansı ki, allergik reaksiyalar törədə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Preparatın L-tiroksinlə birlikdə istifadəsi zamanı dezorientasiya, qıcıqlanma və yuxunun pozulması halları qeyd edilmişdir.
Ağır residivləşmiş venoz trombozlu pasiyentlərin iştirakı ilə plasebo üsülu ilə aparılan tədqiqtların nəşr olunmuş nəticələrinə görə pirasetam 9,6 q / gün dozada asenokumarolun BNM göstəricisini 2,5-3,5 səviyyəsində saxlamaq üçün lazım olan dozasına təsir göstərməmişdir.  Lakin, 9,6 q/gün dozada pirasetamın əlavə yeridilməsi (yalnız asenokumarolun istifadəsi zamanı alınan nəticələrlə müqayisədə) trombositlərin aqreqasiyasının əhəmiyyətli dərəcədə azalmasına, ß -tromboqlobulinin azad olmasının, fibrinogenin və fon Villebrand faktorlarının (VIII: C, VIII: vW: Ag; VIII: vW: RCo) konsentrasiyalarının azalmasına, həmçinin xalis qanın və plazmanın  özlülüyünün azalmasına gətirib çıxarmışdır.
Digər dərman vasitələrinin təsiri altında pirasetamın farmakokinetikasında əhəmiyyətli dəyişikliklərin olmasını gözləmək  olmaz, belə ki, pirasetamın 90%-ə yaxın hissəsi dəyişilməmiş şəkildə sidiklə xaric olur.
İn vitro tədqiqatlar göstərdi ki, pirasetam 142, 426 və 1422 mkq/ml konsentrasiyalarda insan sitoxromu P450-nin CYP 1A2, 2B6, 2C8, 2C9, 2C19, 2D6, 2Е1 и 4A9/1l izoformalarını inhibə etmir.  1422 мкq/ml  dozada pirasetamın CYP 2A6 (21%) və 3А4 / 5 (11%) izoformalarına zəif inhibəedici təsiri qeyd edilmişdir. Lakin, tamamilə mümkündür ki, bu iki izoformanın pirasetamla Ki inhibəolunma səviyyəsi 1422 мкq/ml-dən əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də pirasetamın təsiri altında digər preparatların metabolizminin pozulması ehtimalı əhəmiyyətsiz dərəcədədir.  
Pirasetamın 20 q gündəlik  dozada 4 həftə ərzində qəbulu  antiepileptik preparatların (karbamazepin, fenitoin, fenobarbital, valproy turşusu) daimi dozalarını qəbul edən epilepsiyalı xəstələrdə  bu preparatların maksimal və minimal zərdab konsentrasiyalarının qiymətini dəyişməmişdir.  
Alkoqolla birlikdə qəbul edilməsi zərdabda pirasetamın konsentrasiyasının səviyyəsinə təsir göstərməmişdir. 1,6 q pirasetamın qəbulu alkoqolun konsentrasiyasına təsir göstərməmişdir.  


Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik:
Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı preparatın hamiləliyə, embrionun və dölün inkişafına, doğuşun gedişinə və postnatal inkişafa birbaşa və dolayı zərərli təsiri aşkar edilməmişdir. Pirasetamın hamiləlik dövründə istifadəsinə dair kifayət qədər məlumat yoxdur.
Pirasetam plasentar baryerdən keçir. Yenidoğulmuşların qanında preparatın konsentrasiyası ananın qanında olan konsentrasiyasının təqribən 70-90%-nə çatır.  Pirasetam mütləq göstərişlər istisna olmaqla hamilə qadınlara təyin edilməməlidir.
Laktasiya:
Pirasetam ana südünə nüfuz edir.
Bununla əlaqədar olaraq,  preparatın qəbulu müddətində ana südü ilə qidalandırma dayandırılmalı və ya ana südü ilə qidalandırma dövründə pirasetam istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Pirasetamla müalicə dövründə meydana çıxan əlavə təsirlərin analizi göstərir ki, preparat  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər və bunu nəzərə almaq lazımdır.

 

Əlavə təsirləri:
Başvermə tezliklərinə görə əlavə təsirlər aşağıdakı qruplara bölünmüşdür:
Çox tez-tez: ≥1/10
Tez-tez: ≥1/100-dən  < 1/10-ə qədər
Bəzən: ≥1/1 000-dən  <1/100-ə qədər
Nadir: ≥1/10 000-dən  <1 000-ə qədər
Çox nadir: <1/10 000
Tezliyi məlum olmayan  (mövcud məlumatlara görə təyin etmək mümkün deyil).
Preparatın istifadəsindən sonra aşağıdakı sistemlərdə əlavə təsirlər meydana çıxmışdır:

A. Klinik tədqiqatların nəticələri:

Sinir sistemində baş verən pozğunluqlar
Tez-tez: hiperkineziya

Metabolizm və qidalanma pozğunluqları:
Tez-tez: bədən kütləsinin artması

Psixi pozğunluqlar:
Tez-tez: əsəbilik
Bəzən: yuxuyameyllik, depressiya

Ümumi pozğunluqlar:
Bəzən: аsteniya

B. Pirasetamın dövriyyəyə buraxılmasından sonra alınan məlumatlar:
Qulaqda və labirində baş verən pozğunluqlar
Tezliyi məlum olmayan : başgicəllənmə

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar:
Ürəkbulanma, qusma, diareya, qarın boşluğu nahiyəsində ağrılar, epiqastral nahiyədə baş verən ağrılar.

İmmun sistemdə baş verən pozğunluqlar:
Anafilaktoid reaksiyalar, yüksək həssaslıq

Sinir sistemində baş verən pozğunluqlar:
Ataksiya, müvazinətin pozulması, epilepsiyanın güclənməsi, başağrısı, yuxusuzluq, yuxuyameyllik

Psixi pozğunluqlar:
Oyanıqlıq, narahatlıq, şüurun itməsi, hallusinasiyalar

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar:
Vazomotor ödem, dermatit, qaşınma, övrə.
 

Doza həddinin aşılması:
Pirasetam aşağı toksikliyə malikdir.
Preparatın çox yüksək dozalarının istifadəsi zamanı əlavə təsirlərin daha aydın ifadə olunması mümkündür.
Böyrək çatışmazlığı olan pasiyentlərdə dərman preparatının kumulyasiyası baş verə bilər.

Müalicəsi:
Pirasetamın doza həddinin kəskin massiv aşılması zamanı mədəni yumaq və qusma törətmək lazımdır. Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır.  Çoxlu maye qəbul etmək və sidiyəgetməyə nəzarət etmək lazımdır. Hemodializ zamanı pirasetam xaric olur. Pirasetam üçün hemodializin effektivliyi 50-60% təşkil edir.

 

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında, quru, qaranlıq və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması: 10 örtüklü tablet,  Al/PVX folqadan blisterlərdə. 2 blister (20 tablet) və ya 6 blister (60 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

Lisenziyanın sahibi və istehsalçı: «POLFARMA» SC Əczaçılıq zavodu, Peplinsk küç., 19, 83-200 Staroqard Qdanski, Polşa