TRİXOPOL - TRİCHOPOL (500 mq vaginal tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 1 tabletdə 500 mq metronidazol vardır.
Köməkçi maddəbr: mikrokristallik sellüloza, povidon, krospovidon, kolloidli silisium 4-oksid, stearin turşusu.

 

Təsviri: Ağ-sarımtıl çalarlı, uzunsov uclu dəyirmi tabletlər.

Farmakoterapevtik qrupu: Mikrobəleyhinə və protozoyəleyhinə dərman vasitəsi ATC kodu: G01AF01

 

Farmokoloji xüsusiyyətləri:
Metronidazol 5-nitroimidazol törəməsi olub, bakterisid təsirli DNT-Tron preparatdır.
Metronidazolun təsir mexanizmi bundan ibarətdir ki, metronidazolun 5 nitroqrupu anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqliyyat proteinləri tərəfindən bərpa olunur. Bərpa olunmuş 5-nitroqrupp mikroorqanizmlərin hüceyrə DNT-si ilə qarşılıqlı əlaqə yaradır, onların nuklein turşularının sintezini tormozlayır. Bu isə mikrooqranizmlərin məhvinə gətirib çıxarır. Metronidazol mikrobəleyhinə və protozeya əleyhinə geniş təsirspektrinə malik maddədir. Preparat Trichomonas vaginalis, Giarolia intestinalis, Entamaeba histolytica, Lamblia intestinalis, Balantidium coli, Blastocystis nominis, Helicobacter pylori, obliqat anaerob və (sporəmələgətirən və gətirməyən) Bacterodes spp. (V.fragilis, B. ovafus, B.distasonis, B.thetaitaomierou, B.vulgatus), Fusobacterium spp, Clostdium spp, Peptosteptococcus spp, Peptococcus spp, Eubacterimun həssas ştammlarına münasibətdə üyksək aktivlik göstərir. Metronidazol fakultativ anaerob bakteriya Garolnerella vaginalis münasibətdə də aktivdir.

Farmakokinetikası:
Metranidozol tablet şəklində intravaginal yeridilmədə yaxşı sorulur.
Aktiv inqredient qaraciyərdə metabolizmə uğramır. 40-70 %-i (20%-yə qədər dəyişilməmiş halda) böyrəklərlə
ifraz olunur.

 

İstifadəsinə göstərişlər:
Trixomonadoz və qeyri-spesifik vaginitlərin, bakterial vaginitlərin yerli müalicəsi.

 

Əks göstərişlər:
Metronidazol və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq, qan xəstəlikləri, leykopeniya (o cümlədən anamnezdə); hərəkət koordinasiyasını pozğunluqları, MSS-nin üzvi dəyişiklikləri (o cümlədən epilepsiya), qaraciyər çatızmazlığı (yüksk dozalar təyin olunarsa)


Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin II trimestrindən etibarən preparat ehtiyatla təyin edilməlidir.
Metronidazol ana südünə keçir. Preparatın qəbulu dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır və dərmanın qəbulunun sona çatmasından 48 saat sonra davam etdirilə bilər.

 

İstifadə qaydası və dozası:
- Trixomonad vaginiti: Sutkada 1 vaginal tablet metronidazol preparatının tabletlər şəklində daxilə qəbulu ilə birgə 7-10 gün ərzində
- qeyri -spesifik vaginit, bakterial vaginoz:
Sutkada 1 vaginal tablet 7-10 gün ərzində.
Ehtiyac olarsa daxılə metronidazol tabletləri ilə birgə.
Metronidazolla müalicə 10 gündən çox davam etməməli və ildə 2-3 dəfədən artıq təkrar olunmamalıdır. Tableti kontur qabdan azad edərək, soyuq qaynadılmış suda isladıb uşaqlıq yoluna, mümkün qədər dərinə yeritmək lazımdır.

 

Əlavə təsirləri:
Yerli istifadə zamanı aşağıdakı əlavə təsirlər müşahidə oluna bilər:
- uşaqlıq yolunda qaşınma, yandırma, ağrı və qıcıqlanma; uşaqlıq yolundan iysiz və zəif iyli qatı, ağ selikli ifrazat, tez-tez sidiyəgetmə, preparatın dayandırılmasından sonra - uşaqlıqyolu kandidozunun inkişafı.
- Cinsi tərəfdaşın cinsiyyət üzvünün qıcıqlanması və yandırma hissi.
- Mədə-bağırsaq traktı tərəfindən, ürəkbulanma, dadbilmə hissiyatının dəyişiklikləri, ağızda metal dadı, ağızda quruluq, iştahanın azalması, qarın boşluğunda spastik ağrılar, qusma, qəbizlik və ya diareya.
- Allergik reaksiyalar: qaşınma, səpgi.
- Baş ağrıları, baş gicəllənməsi.
- Leykopeniya və ya leykositoz.

Nadir hallarda metronidazolun metabolizmi neticəsində əmələ gələn suda həll olan piqmentin təsirindən sidik qırmızı - qəhvəyi rəng ala bilər.
Metronidazolla zəhərlənmə zamanı spesifik antidot yoxdur, odur ki, simptomatilk müalicə aparılmalıdır. Mədənin yuyulması müsbət nəticə verir. Metronidazolu asanlıqla diamid vasitəsilə kənar etmək olar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Sulfanilamidlər və antibiotiklərlə uyğunlaşır. Metronidazolla müalicə zamanı spirtli içki qəbulundan uzaq
olmaq lazımdır (disulfirama analoji olaraq alkoqola dözümsüzlük yaradır). Metronidazolu disulfiramla kombinə etmək məsləhət deyil. Belə ki, bu preparatların qarşılıqlı təsiri nəticəsində huşun itməsi, psixi pozğunluqlar baş verə bilər.
Varfarin və digər dolayı təsirli antikoaqulyantlarla birgə qəbulda metronidazol onların təsirini gücləndirir ki, bu da protrombin vaxtının artmasına səbəb olur.
Antidepolyarizəedici miorelaksantlarla (pipekurenium) birgə istifadəsi məsləhət deyil.
Barbituratların təsirindən metronidazolun qaraciyərdə inaktivasiyası tezləşir.
Simetidin metronidazolun metabolizmini zəiflədir ki, bu da onun qan zərdabında konsentarsiyasının artmasına və əlavə təsirlərin əmələgəlmə ehtimalının artmasına səbəb olur.
Litium preparatları ilə birgə qəbuldan, litiumun qan zərdabında konsentrasiyası arta bilər.

 

Xüsusi göstərişlər:
Trixomoniadoz zamanı istənilən halda cinsi tərəfdaşın eyni zamanda müalicə alması məsləhətdir. Preparatla müalicə dövründə cinsi kontaktlar məsləhət deyil.
Metronidazolla müalicə 10 gündən artıq aparılmamalı və ildə 2-3 dəfədən çox təkrarlanmamalıdır. Metronidazol treponemaları immobilizasiya edə bilər ki, bu da yalançı müsbət TPİ testinə səbəb ola bilər (Nilson testi).


Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparatın qəbulu ilə əlaqədar başgicəllənməsinin mümkünlüyü ehtimalını xəstələrin, sürücülərin və digər mexanizm idarə edənlərin nəzərinə çatdırmaq lazımdı


Buraxılış forması: 500 mq-lıq vaginal tabletlər. AC/PVX folqasından blisterlərdə 10 vaginal tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlıq nıüddəti: 3 ildir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: "POLFARMA" S.A. farmasevtik zavodu, Pelplinska küç. 19, 83-200 Staroqard, Qdanski, Polşa