ESPUMİZAN (40mq, yumşaq kapsullar)

 

Tərkibi:

Təsiredici maddə: simetikon.
Bütün içlik vərəqəni diqqətlə oxuyun. Belə ki, onda Sizin üçün zəruri məlumat vardır.
Bu dərman preparatı reseptsiz buraxılır. Bununla belə, Espumizan® kapsul ilə müalicədən daha yaxşı nəticə almaq üçün, onun istifadəsi zamanı ehtiyat tədbirlərinə riayət etməniz lazımdır.

• Bu içlik vərəqəni saxlayın. Ola bilərki,Sizə onu yenidən oxumaq lazım gəlsin.                      
• Əgər Sizə əlavə məlumat və ya məsləhət lazım gələrsə aptek işçisi ilə məsləhətləşin.
• Simptomlar güclənərsə və ya müalicənin səmərəsi olmazsa, həkimə müraciət edin.
• Əlavə təsirlər gücləndikdə, həmçinin bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər meydana çıxdıqda, bu barədə həkimə və ya aptek işçisinə məlumat verin.

Bu içlik vərəqənin içərisində olanlar:
1. Espumizan® kapsullar nədir və onu nə üçün istifadə edirlər
2. Espumizan® kapsul dərman vasitəsinin qəbulundan əvvəl
3. Espumizan® kapsullar necə qəbul edilməlidir
4. Mümkün əlavə təsirləri
5. Espumizan® kapsullar necə saxlanılmalıdır
6. Əlavə məlumat

 

1. ESPUMİZAN KAPSULLAR NƏDİR VƏ ONU NƏ ÜÇÜN İSTİFADƏ EDİRLƏR
Espumizan® kapsul dərman vasitəsi, mədə-bağırsaq traktı tərəfindən pozulmaları aradan qaldıran dərman vasitələri sinfinə daxildir. Təsiredici maddə-simetikon- mədə və bağırsaqda toplanan qaz qabarcıqlarını parçalayır. Qaz təbii yolla xaric olunur.

 

Dərman vasitəsinin istifadəsi:

  • qazəmələgəlmənin (meteorizm), qarında köp və ya dolma hissinin yaratdığı mədə-bağırsaq traktı tərəfindən şikayətlər olduqda simptomatik müalicə üçün
  • mədə-bağırsaq traktının müayinəsinə hazırlıq üçün,məsələn rentgenoloji və ya USM müayinəsi.

 

2. ESPUMİZAN® KAPSUL DƏRMAN VASİTƏSİNİN QƏBULUNDAN ƏVVƏl
Bu hallarda Espumizan® qəbul etməyin:
Əgər sizdə yüksək həssaslıq (allergiya) varsa:
Təsiredici maddə simetikona "Günəş qürubu" FCF (E110) rəngləyiciyə Metil-4-hidroksibenzoat konservantı və ya Espumizan® kapsulun hər hansı digər komponentinə qarşı.
Espumizan® kapsulun qəbulu zamanı xüsusi ehtiyatlı olmaq lazımdır
Mədə-bağırsaq traktı tərəfindən olan şikayətlər bu orqanlar tərəfindən daha ciddi problemlərin olması əlaməti ola bilər. Simptomlar aşağıdakı kimi təzahür edə bilər:

  • dolma və partlama hissi  
  • gəyirmə
  • qarında "qurultu"
  • qarının şişməsi

Bu şikayətlər yarandıqda və ya uzun müddətli xarakterdə olduqda, siz həkimə müraciət etməlisiniz. O bu simptomların, müalicəsi tələb olunan xəstəliyin əlaməti olub olmamasını təyin edə bilər.    

 

Digər dərman vasitələrin qəbulu və istifadəsi:
Digər dərman vasitələri ilə qarşılıqlı təsir barədə məlumatlar yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hər hansı vasitələrin qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik və ya laktasiya dövründə Espumizan® kapsulun istifadəsi ilə yaranan neqativ effektlər gözlənilmir, belə ki,təsiredici maddə simetikon mədə-bağırsaq traktından sorulmur və qana keçmir.  
Buna baxmayaraq, Espumizan® kapsulanın hamilələrdə istifadəsinə dair kliniki məlumatlar yoxdur.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Xüsusi ehtiyat tədbirlərinin görülməsi tələb olunmur.

 

3. ESPUMİZAN KAPSULLAR NECƏ QƏBUL EDİLMƏLİDİR
Əgər sizə digər qəbul rejimi təyin edilməyıbsə, Espumızan® kapsullarını hər zaman bu iclik-vərəqədə şərh edilən təlimata uyğun qəbul edin. Əlavə suallar yarandıqda həkım və ya əczaçı ilə məsləhətləşin

Dozalanma:
Qazəmələgəlmənin (meteorizm) artması, qarında köp və ya dolma hissinin yaratdığı madə-bağırsaq traktı tərəfindən şikayətlər olduqda simptomatik müalicə üçün
6 yaşdan başlayaraq uşaqlar, yeniyetmələr və böyüklər 2 kapsul (80 mq simetikona uyğundur) Gündə 3-dən 4 dəfəyə qədər
Qeyd:
Espumizan® kapsulları əməliyyatdan sonra da qəbul etmək olar.
Körpələr və 6 yaşdan kiçik uşaqlar üçün satışda digər dərman formaları var (məsələn, duru formalar).
Espumizan® kapsulları yemək zamanı və ya yeməkdən sonra, ehtiyac yarandıqda yuxuya getməzdən əvvəl qəbul edin.
Şikayətlər aradan qalxana qədər Espumizan® kapsullarını qəbul edin.
Ehtiyac yarandıqda Espumizan® kapsulları daha uzun müddət qəbul etmək olar. Əgər şikayətlər keçmirsə, xahiş olunur "Espumizan® kapsul qəbulu zamanı xüsusi ehtiyat tədbirləri yarımbölmənin -bölmə 2 oxuyun.
Mədə-bağırsaq traktının müayinəsinə hazırlıq üçün, məsələn rentgenoloji və ya USM müayinəsi:
2 kapsul gündə 3 dəfə (umumı doza 240mq simetikona uyğundur)
2 kapsul (80 mq simetikona uyğundur)
Əgər sizə elə gəlirsə, Espumizan® in təsiri çox güclüdür və ya zəifdir xahiş olunur həkimə müraciət edəsiniz.
Lazım olduğundan çox miqdarda Espumizan® kapsul qəbul etmisinizsə
Espumizan kapsulların istifadəsi zamanı doza həddinin aşılması hallarında xoşagəlməz effektlər gözlənilmir. Hətta çox miqdarda Espumizan kapsullar problem olmadan keçirilir. Espumizan kapsulların təsiredici maddəsi simetikon mədə-bağırsaq traktında olan köpuyu yalnız fiziki yolla parçalayır. Simetikon qana keçmir.

Əgər Siz Espumizan kapsul qəbulunu unutmuşsunuzsa:
Hər zaman dərman vasitəsinin buraxılan dozasını qəbul etmək olar.
Əgər Siz Espumizan kapsul qəbulunu dayandırmısınızsa
Əgər Espumizan kapsul qəbulunu dayandırmısınızsa, şikayətlər yenidən yarana bilər.
Əgər sonradan dərman vasitəsinin istifadəsi ilə bağlı suallarınız yaranarsa həkimə və əczaçıya müraciət edin;
Espumizan kapsullarının qəbulu ilə bağlı indiyə qədər heç bir əlavə təsirlər qeyd edilməmişdir.
Espumizan kapsulların tərkibində sarı "günəş qürubu" FCF (E110) boyası var ki, bu da allergik reaksiyalar yarada bilər.
Espumizan kapsulların tərkibində konservant metil-4-hidroksibenzoat (E218) var, bu isə o cümlədən zəif sürətli allergik reaksiyalar yarada bilir. Əlavə təsirlər gücləndikdə, həmçinin bu içlik vərəqədə təsvir edilməyən əlavə təsirlər yarandıqda müalicə həkiminizə və ya əczaçıya məlumat verin.

 

5. ESPUMİZAN KAPSULLAR NECƏ SAXLANILMALIDIR
Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Blisterdə və qatlanan karton qutuda göstərilən «Годен до:» sözlərindən sonra yararlılıq müddəti bitdikdən sonra Espumizan® kapsullarını istifadə etməyin. Yararlılıq müddəti göstərilən ayın axırıncı günü sayılır.
30 °C-dən yüksək olmayan temperaturda saxlanılmalıdır!
Dərman vasitəsinin utilizasiyası zamanı onun axar sulara və məişət tullantılarına düşməsinə yol vermək olmaz. Sizə lazım olmayan dərman vasitəsinin utilizasiyası ilə bağlı əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühitin qorunmasına yönəlmişdir.

 

6. ƏLAVƏ MƏLUMATLAR
Espumizan® kapsul tərkibində olanlar:
Təsiredici maddəsi simetikondur. Hər bir yumşaq kapsulun tərkibində 40mq simetikon var.
Digər komponentlər: metil-4-hidroksibenzoat (E218) (Ph. Eur), jelatin, qliserin (85%), xinolin sarısi (E104), sarı "günəş qürubu"FCF(E110).                              
Espumizan kapsul dərman vasitəsinin təsviri və qablaşdırmanın tərkibi:
Espumizan kapsullar yumru, yumşaq, xarici görünüşünə görə eynicinsli, sarı jelatin kapsullar olub, bitişmə xətti və hamar səthi var. Kapsulun içi özlü, rəngsiz maye olub azca bulanıq ola bilər.
Espumizan® kapsullar aşağıdakı qablamalarda əldə oluna bilər:
25 yumşaq kapsul, 50 yumşaq kapsul, 100 yumşaq kapsul.

Satışda qablaşdırmanın bütün ölçüləri olmaya bilər.

 

Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı: BERLİN-CHEMİE AG (MENARİNİ GROUP) Glienicker Weg 125,12489 Berlin, Almaniya