NATURAMİKS – NATURAMIX (Enerji bioaktivatoru)
Dəstək preparatı, təbii adaptogen və bərpaedici təsirli dəstəkləyici
ARI SÜDÜ VƏ SİANİDİN-3-LÜ YENİ FORMUL

 

Natura Mix dəstək preparatı tərkibindəki aktiv təbii inqrediyentlər, mikroelementlər, minerallar və digər bioloji fəal maddələr sayəsində aşağıdakı funksiyaları görən adaptogen və bərpaedici təsirə malikdir:

• eyni zamanda adekvat antioksidant müdafiə təmin etməklə enzimatik və metobolik prosesləri dəstəkləyir;
• bədənin təbii müdafiə gücünü artırır;
• enerji istehsalı proseslərini fəallaşdırır.

Natura Mix dəstək preparatının təsiri dondurulmuş quru arı südü, Barbados albalısı və Sianidin-3, konsentratlaşdırılmış Qaragilə, Qara kəndalaş və Böyürtkən şirələrindən ibarət qırmızı meyvə qarışığı kombinasiyalı innovativ formuldan irəli gəlir. Bu keyfiyyətləri əsasında Natura Mix dəstək preparatı maye konsentratı bədənin aşağıda verilmiş faktorlar kimi ekstra adaptiv stressə məruz qaldığı bütün hallarda tövsiyə olunur:

•    Yorğunluq/bitkinlik dövrlərində
•    Mövsüm dəyişikliyi zamanı
•    Stressli gündəlik fəaliyyətlərdə

Natura Mix dəstək preparatının xüsusiyyətləri böyümə və inkişaf mərhələlərində uşaqları və narahatlıq və yuxusuzluq yaradan inqrediyentləri olmayan dəstəkləyici vasitələrə ehtiyacı olan böyükləri dəstəkləmək üçün xüsusilə yararlıdır.

 

SİANİDİN-3:
Aboca Araşdırması nəticəsində bədəni dəstəklədiyi və fizioloji adaptasiya reaksiyalarına kömək etdiyi üçün xüsusilə tövsiyə olunan antosianosidlər sinfinə aid təbii antioksidant maddə, sianidin-3-qlükozid-lə olduqca zəngin konsentratlaşdırılmış şirələr müəyyən edilmişdir.

 

TƏK DOZALIQ AMPULALARDA MAYE KONSENTRATI
BİTKİ MƏNŞƏLİ PƏHRİZ ƏLAVƏSİ

 

İNQREDİYENTLƏR:
Bal; Alma şirəsi ekstraktı; Su; konsentratlaşdırılmış Qaragilə (Vaccinium myrtillus) şirəsi; konsentratlaşdırılmış Barbados albalısı (Malpighia punicifolia) şirəsi; konsentratlaşdırılmış Qara kəndalaş (Sambucus nigra) şirəsi; konsentratlaşdırılmış Böyürtkən (Rubus fruticasus) şirəsi; dondurulmuş quru arı südü; təbii ətir.

 

GÜNDƏLİK İSTİFADƏ DOZASININ MİQDARI -1 AMPULA (15 Q)
Dondurulmuş quru arı südü - 200mq
10-hidroksidesenoik turşusu kimi müəyyen edilir
Təzə arı südünün 600 mq-na bərabərdir
Konsentratlaşdırılmış Barbados albalısı şirəsi - 750 mq
Sianidin-3 konsentratlaşdırılmış meyvə şirəsi qarışığı - 1,87 q

 

Tərkibi:
Konsentratlaşdırılmış Qaragilə suyu                 750 mq
Konsentratlaşdırılmış Qara kəndalaş şirəsi          750 mq
Konsentratlaşdırılmış Böyürtkən şirəsi              370 mq
Sianidin-3-qlükozid xlorid kimi ifadə olunan,
ümumilikdə 0,4% kimi titrlənmiş antosianosidlər     7,5 mq

 

BİOƏLAVƏ:
Natura Mix dəstək preparatı məhsulunun keyfiyyətinə müasir metabolobik təhlil üsulları ilə nəzarət olunur.

Natura Mix dəstək preparatı Eksklüziv formul və texnologiya:
•   Dondurulmuş quru ari südü və asanlıqla həzm oluna bilən meyvə şirəsi konsentratları ilə
•   100% təbii
•   Əlavə qoruyucu vasitələrsiz, boya və şəkərsiz
•   Qoruyucu tünd şüşəli ampulalarda

 

İSTİFADƏ QAYDASI:
Tövsiyə olunan doza: gündə yarım-bir ampula, əsasən səhər vaxtı. Məhsulu ehmalca meyvə suyu, yoqurt və ya istədiyiniz digər mayeyə əlavə edərək durulaşdırın. Quru və sərin yerdə saxlayın. Açıldıqda ampula bir neçə gün soyuducuda saxlana bilər.

 

XƏBƏRDARLIQ:
Tövsiyə olunan dozanı keçməyin. Əlavələr çeşidli və balanslı pəhriz üçün əvəzedici hesab edilməməli və sağlam həyat tərzinin bir hissəsi kimi istifadə olunmalıdır. Məhsul üç yaşına çatmamış uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Hər biri 15 q-lıq 10 şüşə ampuladan ibarətdir. Sərin, quru və qaranlıq yerdə saxlayın. "Partiya nömrəsi" və "Son istifadə tarixi" üçün qablaşdırmanın aşağısına baxın.

 

ISTIFADƏDƏN ÖNCƏ SILKIN 100% TƏBİİ MƏHSUL

 

Aboca S.p.A. Societa Agricola - Sansepolcro (AR) – Italiya
Via della Liberta 37/ter- 06010 Pistrino di Citerna (PG)- italiya ünvanında yerləşən zavodumuzda istehsal edilmiş və qablaşdırılmışdır

Distribütor: Rauf IPE Salamzade 72/a, Bakı