QAMALAT B6 (sirop 80ml)
Neyroprotektor
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər 100ml siropun tərkibi:
Maqnezium qlütomat hidrobromid - 2qr; Qamma-amin butir turşusu (qamma-amin yağ turşusu, GABA) - 2qr; Qamma-amin hidroksibutir turşusu ( GABOB) - 1qr; Vitamin B6 - 1qr.

 

Farmakoterapevtik qrupu: Sinir sisteminə təsir edən kombinəolunmuş preparat

 

Farmakoloji xüsusiyyətləri:
QAMALAT B6 preparatının xüsusiyyətləri onun tərkibinə daxil olan komponentlərdən asılıdır.Tərkibindəki serebrotonik aminturşular (GABA, GABOB), yüngül sedativ maddə (maqnezium qlütomat hidrobromid) və B6 vitaminin kofermenti baş beyinə energetik və neyrorequləedici təsir göstərir. QAYT (GABA) - əsas mediator olub, mərkəzi tormozlanma prosesslərində iştirak edir; QAYT təsirindən beynin energetik prosessləri aktivləşir.toxumaların tənəffüs aktivliyi artır, beynin qlükozanı mənimsəməsi və qan dövranı yaxşılaşır. Serebral patologiya zamanı baş beyində sinir prosesslərinin dinamikasını, yaddaşı və düşüncəni (nootrop təsir) yaxşılaşdırır. Amin turşular və vitamin B6 beynin mübadiləsində iştirak edir və sinir hüceyrələrinin energetik potensialını artırır. QAMALAT B6 intelektual keyfiyyətin səviyyəsini artırır, beyin qan dövranının pozulmasından sonra hərəkətin və nitqin bərpa olunmasına yaxşı kömək edir. QAMALAT B6 tərkibindəki vitamin B6 stresi və həyəcanı aradan qaldırır.

 

Göstərişlər:

  • Mərkəzi sinir sisteminin perinatal zədələnmələri (hipoksik,travmatik, dismetabolik və toksikometabolik zədələnmələr)
  • Doğuş kəllə-beyin travmaları
  • Əqli inkişafdan geriqalma (psixi, nitq və motor)
  • Ensefalopatik pozğunluqlar
  • Funksional zədələnmələr
  • Qorxu-həyəcan hissi
  • Emosional labillik
  • Depressiya və əsəb pozğunluqları
  • Diqqətin, yaddaşın pozulması və məktəbdə qavramanın zəifləməsi
  • Sosial, ailə və məktəb dezadaptasiyası

 

Doza və qəbul qaydası:
Uşaqlara:

  • 2 yaşa qədər: 2.5 ml gündə 2 dəfə
  • 2 yaşdan 4 yaşa qədər: 5 ml gündə 2 dəfə
  • 4 yaşdan 7 yaşa qədər: 10 ml gündə 2 dəfə
  • 7 yaşdan yuxarı: 10 ml gündə 3 dəfə yeməkdən sonra təyin edilir.

Bu dozalar həkimin təyinatı ilə dəyişə bilər.

 

Əks göstəriş və xüsusi qeydlər:
Tərkibindəki hər hansı bir komponentə yüksək həssaslıq.

 

Əlavə təsirləri:
Yüksək dozaların təyinində yüngül mədə narahatçılığı ola bilər, hansı ki dozanı azaltdıqda narahatçılıq götürülür.

 

İstehsalçı: FERRERINTERNACIONAL, S.A. LABORATORIOS NOVAG, S.A. Gran Via Carlos III, 94 BARCELONA (İSPANİYA)