SEREBRAKTİV (sirop)

 

Tərkibi:

Hər 10 ml sirop ibarətdir:

Aktiv maddələr:

 

Qlütamin turşusu

144 mq

Aspartat turşusu

86,25 mq

Leysin

60 mq

Qlisin

60 mq

Arginin

56,25 mq

Lizin

47,25 mq

Fenilalanin

39 mq

Prolin

39 mq

Valin

35,25 mq

Alanin

32,25 mq

Tirozin

28,5 mq

İzoleysin

20 mq

Tereonin

10,5 mq

Serin

10 mq

Sistein

9mq

Triptofan

8,25 mq

 

Köməkçi maddələr: su, fruktoza, kalium sorbat, sitrat turşusu, ksantan.

 

Farmakoloji xüsusiyyətləri:

SerebrAktiv - amin turşuları kompleksindən ibarətdir. Amin turşular baş beynin tərkib hissəsinin əsas struktur komponentlərindən biridir, beyin fəaliyyətini və sinir impulslarının ötürülməsini yaxşılaşdırır. Nootrop təsir göstərir, neyrometabolizmi stimulə edir; seçici olaraq baş-beyin hüceyrələrinə təsir edərək, beynin funksiyalarının sürətli bərpasını təmin edir. SerebrAktiv beyin hüceyrələrinə biotənzimləyici təsir göstərir, neyroprotektiv, metabolik aktivliyə malikdir. SerebrAktivin təsir mexanizmi insanın sinir sistemində mühüm bioloji prosesləri aktivləşdirən və tormozlayan amin turşular arasında pozulmuş balansı tənzim etməkdən ibarətdir. Metabolik tənzimlənmə beyin hüceyrələrinin energetik metabolizminin effektiyliyinin artması və hüceyrədaxili zülal sintezinin yaxşılaşması şəklində təzahür edir. Neyroprotektiv təsiri yə neyronların hipoksiyaya və işemiyaya qarşı davamlılığını artıraraq onları müxtəlif faktorların zədələyici təsirindən qoruyur.

 

İstifadəsinə göstərişlər:

SerebrAktiv baş-beyin funksiyalarının sürətlə bərpasında istifadə olunur:

- Perinatal ensefalopatiya,

- Kəllədaxili hipertenziyalar,

- Astenik vəziyyətlər,

- Yaddaş, təfəkkür pozğunluqları,

- Öyrənmə qabiliyyətinin azalması,

- Psixomotor və nitq inkişafının ləngimələri,

- Əqli və fiziki inkişafın enməsi.

 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı həssaslıq.

 

İstifadə qaydası və dozalanması:

0-6 yaş uşaqlar - 2,5 ml (1/2 çay qaşığı),

6-12 yaş uşaqlar - 5 ml (1 çay qaşıgı),

Böyüklər - 10 ml gündə 1 dəfə səhər yeməkdən sonra təyin edilir,

İstifadədən öncə yaxşı çalxalayın.

 

Əlavə təsirləri:

Nadir hallarda allergik reaksiyalar və dispeptik pozğunluqlar qeyd oluna bilər.

 

Buraxılış forması: SerebrAktiv 150 ml sirop olan flakon içlik vərəq ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

Saxlanma şəraiti: 25°C-dən aşağı temperaturda, qaranlıqda və uşaqlar üçün əlçatmaz yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: PromoPharma spa, Via Biagio di Santolino, 156-Acquaviva-Rep. di San Marino.