Amİnostİl-C - Aminostyl-C (mühüm amin turşuları və vitamin c damcıları)

 

Aminostil-C damcıları bədəndə koliagen və yeni zülalların yaradılması vasitəsilə inkişafdan geri qalmış və digər çatışmamazlıqla doğulmuş körpələrin böyüyüb inkişaf etməsini effektiv surətdə təkmilləşdirir. Bədəndə imuniteti gücləndirir və onu təkrar infeksiyalara yoluxmadan qoruyur.

 

Tərkibi: Hər 1ml-nin tərkibində:         

L–Treonin             0.85 mq

L-Leusin              3.66 mq

L–Metionin            1.84 mq

L-Izoleusin           1.18 mq

L-Triptofan           1.0 mq

L-Lizin Hidroxlorid   5.0 hıq

L-Valine              1.34 mq

L-Fenilalanin         1.0 mq

Vitamin C             100 mq

 

miqdarda Vitamin və Amin Turşularının təmin edilməsi və onların təkrar infeksiyalardan qorunması ücün tətbiq olunacaq bütün yeni doğulan körpə və uşaqlara həkim tərəfindən yazila biləcək bədəni qidalandırıcı bir vasitədir.

 

İstifadəsinə göstərişlər:

-   İmmunitet zəifliyi

-   Nevroloji statuslu uşaqlar

-   Hipotrofiyalı uşaqlar

-   Hipovitaminoz və Avitaminozlar

-   Boydan geri qalan uşaqlar

-   Malabsorbsiya sindromu

-   İştahanin zəifləməsı

-   Nitqin gecikməsi və kəkələmə

-   Xroniki xəstəliklər keçirmiş uşaqlarda

 

Ehtiyat tədbirləri:

Aminostil-C damcıları asanlıqla qəbul oluna bilən və körpə uşaqlara tam təhlükəsiz tətbiq oluna bilən dərman vasitəsidir.

 

Əks göstərişlər:

Tərkibindəki komponentlərdən hər hansı birinə həssaslıq. İstifadə etməzdən əvvəl yaxşı sirkələnməlidir.

 

Qəbul qaydası:

0-1 yaşlı uşaqlarda 10 damcı(0.5ml)gündə bir dəfə

l-2 yaşlı uşaqlarda 20 damcı(l ml) gündə bir dəfə

2 yaşdan yuxarı uşaqlarda həkim tərəfindən təyin olunan normada

Flakon kip bağlanmış şəkildə saxlanılmalıdır.

 

İstifadə qaydası:

Flakonun ağzı açılmalı və damcıladıcı flakonun ağzına yerləşdirilməlidir hər istifadədən sonra flakonun ağzı kip hava keçirməyən şəkildə bağlanmalıdır.

 

Saxlanma qaydası: 30C-dən aşağı temperaturda,qaranlıq,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması: Karton qutu içində damcıladıcı və içlik vərəqi ilə birlikdə 30 ml tutumlu şüşə flakon.

 

İstehsalçı: Aquatic Formulations (India)Ltd. 224,Kailash Plaza, Vallabh Baug Lane, Ghatkopar (E), Mumbai- 400 075.INDIA