OSTEMAKS 70 KOMFORT - OSTEMAX 70 COMFORT (70 mq tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Alendronic acid - alendron turşusu
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: bir tabletin tərkibində 91,36 mq alendronat natrium trihidrat şəklində 70 mq alendron turşusu  (Alendronic acid) vardır.
Köməkçi maddələr: laktoza, monohidrat; mikrokristallik sellüloza; natrium kroskarmelloza, maqnezium-stearat, susuz kolloidal silisium 4-oksid.

 

Təsviri:
Uzunsov ikitərəfli qabarıq ağ rəngli tabletlər.

 

Farmakoterapevtik qrupu: Sümüklərin quruluşuna və minerallaşmasına təsir göstərən preparatlar, bifosfonatlar.

ATC kodu:  M05BA04.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:
Alendronat sümüyün hidroksiapatitləri ilə birləşən bifosfonatdır (pirofosfatların sintetik analoqları). Alendronat başlıca olaraq, sümük toxumasının rezorbsiya ocaqlarında, xüsusilə osteoklastların altında toplanır və osteoklast sümük rezorbsiyasını inhibə edir. Preparat osteogenez prosesinə birbaşa təsir göstərmir. Nəzərə alaraq ki, sümüklərin yaranma prosesi və rezorbsiyası qarşılıqlı olaraq bir-biri ilə bağlıdır, osteogenes prosesi də azalır, lakin rezorbsiyaya nisbətən az dərəcədə. Bu sümük kütləsinin tədricən artmasına gətirib çıxarır.  Alendronatla kontakt zamanı dərman preparatının sümük matrisasına düzülməsi ilə (burada o, farmakoloji qeyri-aktiv olur) normal sümük toxumasının əmələ gəlməsi baş verir.

Osteoporozun müalicəsi:
Osteoporoz, cavan, sağlam insanların göstəriciləri ilə müqayisədə fəqərə sümüyündə və ya bud sümüyünün boynunda ölçülən sümüyün mineral sıxlığının (SMS) 2,5 SD (orta kvadratik kənaraçıxma) azalması kimi və ya SMS-dən asılı olmayaraq sümüklərin kövrəkliyi nəticəsində sınığın baş verməsi ilə müəyyən olunan xəstəlikdir.

Həftədə bir dəfə qəbul üçün tablet formasında alendronatın (n = 519) və gündə 10 mq dozada  alendronatın (n = 370) müalicəvi ekvivalentliyi postmenopauza dövründə osteoporozu olan qadınlar üzərində aparılan birillik çoxmərkəzli tədqiqatların gedişində sübut edilmişdir.  Onurğa sümüyünün bel şöbəsində bir il müddətində SMS-in qiymətinin başlanğıc qiymətlə müqayisədə orta artımı həftədə 70 mq alan qrupda  5,1% (4,8%, 5,4%; etibarlı interval 95%), gündə 10 mq alan qrupda isə  5,4% (5,0%, 5,8%; etibarlı interval 95%) təşkil etmişdir.  Həftədə 70 mq doza alan qrupda və gündə 10 mq doza alan qrupda SMS-n qiymətindəki orta artım bud sümüyünün boynu üçün  2,3% və 2,9% və bütövlükdə bütün bud sümüyü üçün 2,9%  və 3,1% təşkil etmişdir.  Hər iki müalicəvi qrupda skeletin digər hissələrində sümük sıxlığının artması oxşar olmuşdur.

Alendronatın SMS-ə və postmenopauza dövründə olan qadınlarda sınıqların başvermə tezliyinə təsiri  eyni sxem üzrə effektivliyin iki giriş tədqiqatı zamanı (n = 994) və FIT tədqiqatında (ing. Fracture Intervention Trial, n = 6459) analiz edilmişdir.  

Effektivliyin giriş tədqiqatlarında 10 mq dozada alendronatın istifadəsindən sonra plasebo ilə müqayisədə SMS-in qiymətinin artması üç il keçdikdən sonra fəqərə sümüyündə, bud sümüyünün boynynda və budun burmasında (troxanter) müvafiq olaraq 8,8%, 5,9% və 7,8% təşkil etmişdir. Bütövlükdə bütün skelet üçün SMS-in qiyməti əhəmiyyətli dərəcədə artmışdır. Alendronat qəbul edən qadın pasiyentlərin arasında fəqərə sümüyü cisminin bir və ya daha çox sınığı olan qadınların faizi 48%-ə enmişdir (3,2% alendronat alan qrupda, 6,2% plasebo qrupunda). Əvvəlki tədqiqatların davamı olan ikiillik tədqiqatın gedişində fəqərə sümüyü və bud burması üçün SMS göstəricisi sonrakı artmanın olduğunu göstərmişdir. Bundan başqa, bud sümüyü boynu və bütövlükdə skelet üçün SMS göstəricisi eyni səviyyədə saxlanmışdır.
FIT tədqiqatına iki plasebo nəzarət olunan tədqiqat daxil edilmişdir, hansı ki, bu tədqiqatlar zamanı alendronat hər gün qəbul edilmişdir (iki il müddətində gündə 5 mq və növbəti bir və ya iki il müddətində gündə 10 mq dozada).

• FIT 1: tədqiqatın başlanmasına qədər fəqərə sümüyü cisminin ən azı bir sınığını (kompression) keçirmiş 2027 qadın pasiyentin iştirakı ilə üçillik tədqiqat. Вu tədqiqat zamanı alendronatın gündəlik qəbulu fəqərə sümüyünün bir və ya daha çox yeni sınığının başvermə tezliyini 47% azaltmışdır (7,9% alendronat alan qrupda, 15% plasebo alan qrupda). Bundan başqa, bud sümüyü boynunun sınıqlarının başvermə tezliyinin statistik əhəmiyyətli azalması təsdiq edilmişdir (2,2%-lə müqayisədə 1,1%; 51% azalma).  
• FIT 2: sümük kütləsi aşağı olan, lakin tədqiqat başlayana qədər sınığı olmayan 4432 qadın pasiyentin iştirakı ilə aparılan dördillik tədqiqat. Вu tədqiqatda  osteoporozu olan (bütün populyasiyanın 37%-i, hansına ki,  osteoporozun  yuxarıda göstərilən təyini ilə düşmüşdür) qadınların yarımqrupunun analizi  bud-çanaq oynağı nahiyəsində sınıqların tezliyində (alendronat alan qrupda 1%, plasebo alan qrupda 2,2%; azalma 56%) və fəqərə sümüyü cisminin  bir və ya daha çox yeni sınıqlarının başvermə tezliyində   əhəmiyyətli dərəcədə fərq olduğunu göstərdi (2,9% alendronat alan, 5,8% plasebo alan pasiyentlərdə; azalma 50%).

Uşaq və yeniyetmələr:
Alendronatun istifadəsinə dair tədqiqatlar anadangəlmə osteosklerozu olan 18 yaşa qədər azsaylı pasiyentlər üzərində aparılmışdır. Bu nəticələr alendronatın anadangəlmə osteosklerozu olan uşaq və yeniyetmələrdə istifadə edilməsini əsaslandırmaq üçün kifayət deyildir.

Farmakokinetikası:
Sorulması:
Venadaxili yeridilmə ilə müqayisədə alendronatın səhər acqarına 5 mq-dan 70 mq-a qədər və zəhər yeməyinə 2 saat qalmış daxilə qəbul zamanı qadınlarda orta biomənimsənilməsi  0,64% təşkil edir. Alendronatın səhər yeməyinə 1 saat və ya yarım saat qalmış qəbulu zamanı biomənimsənilmə aşağı düşmüşdür (təqribən 40%).  
Klinik tədqiqatların gedişində alendronat daxilə qəbul zamanı effektivliyini ən azı həmin gün  ilk qida qəbuluna və ya içkisinə 30 dəqiqə qalana qədər saxlamışdır.
Səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra 2 saat müddətində qəbul edildikdə alendronatın biomənimsənilməsi sıfra yaxındır.  Alendronatın kofe və ya portağal şirəsi ilə birlikdə qəbulu  onun biomənimsənilməsini təqribən 60%  aşağı salır.

Раylanması:
Tarazlıq vəziyyətində orta paylanma həcmi, sümüklər istisna olmaqla, insanda ən azı 28 litr təşkil edir.  
Siçovullar üzərində 1 mq/kq b.k. dozanın yeridilməsi ilə aparılan tədqiqatlar göstərdi ki, alendronat qısa müddətə yumşaq toxumalara paylanır, sonra sürətlə sümük toxumasına yenidən paylanır və ya sidiklə xaric olur.
Müalicəvi dozaların peroral qəbulundan sonra dərman preparatının qan plazmasında konsentrasiyası analitik təyin üçün azdır (5 nq/ml-dən aşağı).

Zülallarla birləşməsi:
Alendronat plazma zülalları ilə təqribən 78% birləşir.

Biotransformasiyası:
Preparatın heyvanlarda və insanda biotransformasiyasını təsdiq edən məlumatlar yoxdur.

Xaric olması:
Alendronatın, 14C izotopu ilə nişanlanmış  birdəfəlik venadaxili dozasının yeridilməsindən sonra 72 saat müddətində sidiklə təqribən 50% radioaktiv doza xaric olmuşdur, bu zaman nəcisdə aşağı radioaktivlik və ya onun olmaması qeyd edilmişdir.  

10 mq tək dozanın venadaxili yeridilməsindən sonra alendronatın böyrək klirensi  71 ml/dəq, ümumi klirensi isə 200 ml/dəq-dən çox təşkil edir. Venadaxili yeridilmədən sonra 6 saat müddətində plazmada alendronatın konsen-trasiyası 95%-dən çox aşağı düşmüşdür.
İnsanda dərman preparatının yarımxaricolma dövrünün 10 ilə yaxın təşkil etməsi həqiqətə oxşardır ki, bu da dərman preparatının sümük toxumasından azad olması ilə korrelyasiya olunur.  

Pasiyentlərin müxtəlif qruplarında alendronatın farmakokinetikası:
Klinikayaqədərki tədqiqatların nəticələri göstərdi ki, sümüklərdə yığılmayan təsiredici maddə sürətlə sidiklə xaric olur. Heyvanlar üzərində alendronatın 35 mq/kq b.k.  məcmu dozaya qədər uzunmüddətli venadaxili yeridilməsi ilə aparılan tədqiqatlarda dərman preparatının sümük toxuması tərəfindən tutulmasının doyması müəyyən olunmamışdır. Faktiki olaraq lazımi klinik məlumatlar yoxdur, lakin güman etmək olar ki, heyvanlarda olduğu kimi, böyrək funksiyalarının çatışmazlığı olan pasiyentlərdə alendronatın böyrəklər vasitəsi ilə xaric olması aşağı düşə bilər. Bu səbəbdən böyrək funksiyaları pozulmuş pasiyentlərdə alendronatın bir qədər yüksək dərəcədə sümüklərdə toplanmasını gözləmək olar (bax: bölmə «İstifadə qaydası və dozası»).

Klinikayaqədərki tədqiqatlarda təhlükəsizliyə dair məlumatlar:

Toksikliyi:
Heyvanlar üzərində aparılan toksikliyə dair tədqiqatlarda əsas hədəf orqanlar böyrəklər və mədə-bağırsaq traktı olmuşdur. Histoloji tədqiqatlarda artıq 2 mq/kq b.k./gün (10-qat tövsiyə olunan doza) peroral dozadan sonra böyrək funksiyalarına təsir olmadan böyrəkləri kiçik, sıx yayılmış iltihab ocaqları şəklində zədələyən təsir müşahidə edilmişdir.  
Mədə-bağırsaq traktına toksiki təsir (yalnız gəmiricilərdə müşahidə olunan) 2,5 mq/kq b.k./gün-dən yüksək dozaların yeridilməsindən sonra meydana çıxmış və birbaşa selikli qişaya təsirlə bağlı olmuşdur.

Каnserogen təsiri:
92 həftə ərzində 1, 3 və 10 mq/kq b.k./gün peroral dozada alendronat alan siçanlar (dişi) üzərində, həmçinin 92 həftə ərzində 1, 2 və 5 mq/kq b.k./gün peroral doza alan siçanlar (erkək)  üzərində aparılan tədqiqatlardaQarder vəzisinin (insanda olmayan, üçüncü göz qapağının vəzisi) adenomasının başvermə tezliyinin yüksəlməsi müşahidə edilmişdir. Dozalar insanda bədən səthinin sahəsinə hesablamada (mq/m2) istifadə olunan 40 mq maksimal dozanın (Pacet xəstəiyi) 0,12-dən 1,2 mislinə uyğun gəlir. İnsanda asılılıq müəyyən edilməmişdir.
2 il müddətində 1 və 3,75 mq/kq b.k. dozalar alan siçovullar üzərində aparılan tədqiqatlarda qalxanabənzər vəzinin parafollikulyar hüceyrələrdən adenomanın başvermə tezliyinin artması müşahidə edilmişdir. Bu dozalar insanda bədən səthinin sahəsinə hesablamada (mq/m2 ) istifadə olunan 40 mq maksimal dozanın 0,26 və 1 mislinə uyğun gəlir.

Mutagen təsiri:
Alendronat aşağıdakı in vitro testlərdə mutagen təsir göstərməmişdir: məməli heyvanların hüceyrələri üzərində  və əsasın siçovul hepatositlərində yuyulması ilə mikrobioloji (metabolik aktivasiya ilə və ya onsuz) və həmçinin siçanlarda xromosom aberrasiya testində. Çin dağsiçanının yumurtalıq hüceyrələri üzərində aparılan  xromosom aberrasiya testində birmənalı nəticələr alınmamışdır.

Fertilliyə təsiri:
Hər iki cinsdən olan, 5 mq/kq b.k./gün dozada  (insanda bədən səthinin sahəsinə hesablamada (mq/m2 ) istifadə olunan 40 mq maksimal dozanın 1,3 mislinə bərabər) siçovullar üzərində aparılan tədqiqatlarda çoxalmaya təsir müşahidə olunmamışdır.  

 

İstifadəsinə göstərişlər:
Qadınlarda fəqərə sümüyü cisminin və bud sümüyü boynunun kompression sınıqları da daxil olmaqla, sınma riskini azaltmaq üçün postmenopaza osteoporozunun müalicəsi.
Kişilərdə fəqərə sümüyü cisminin və bud sümüyü boynunun sınmalarının qarşısını almaq üçün osteoporozun müalicəsi.

 

Əks göstərişlər:
Alendronata və ya  Ostemaks 70 komfort preparatının köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Qida borusunun daralması və ya axalaziyası kimi qida borusundan keçməni ləngidən anomaliyalar və xəstəliklərə.
Ən azı 30 dəqiqə müddətində ayaqüstü və ya oturaq vəziyyəti saxlaya bilməmək.
Hipokalsiemiya.
    
Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri:
Alendronat qida borusunun selikli qişasının yerli qıcıqlanmasını törədə bilər. Ona görə də preparatı mədə-bağırsaq traktının yuxarı hissəsinin disfaqiya, ezofaqit, qastrit və (və ya) duodenit kimi aktiv xəstəliyi, mədə-bağırsaq traktının eroziv-xoralı zədələnməsi olan pasiyentlərə və ya mədə-bağırsaq traktının mədə və (və ya)12-barmaq bağırsağın xora xəstəliyi, mədə-bağırsaq qanaxması kimi yaxınlarda keçirilmiş ağır xəstəlikləri olan pasiyentlərə, həmçinin mədə-bağırsaq traktının yuxarı hissəsində cərrahi əməliyyat keçirilmiş (piloroplastikaya aid deyil) pasiyentlərə təyin edərkən ehtiyatlı olmaq lazımdır. Barrett qida borusu diaqnozu qoyulmuş pasiyentlərdə, resept yazan həkim fərdi olaraq, hər bir pasiyentdə alendronatın istifadəsinin fayda/potensial risk nisbətini qiymətləndirməlidir.

Alendronat təyin olunmuş pasiyentlərdə qida borusuna arzuolunmaz təsirlərin olduğunu göstərən bütün simptomlara (ezofqitin inkişafı, qida borusunun xoralanması və eroziyası, həmçinin qida borusunun daralması kimi) diqqət etmək lazımdır. Bəzən onlar ağır forma ala və pasiyentin xəstəxanaya yerləşdirilməsinə səbəb ola bilər. Disfaqiya, udma zamanı ağrı, sinədə ağrı inkişaf etdiyi zaman, qıcqırma meydana çıxdıqda və ya kəskinləşdikdə pasiyent dərman preparatının qəbulunu dayandırmalı və həkimə müraciət etməlidir.  

Alendronatın qəbulu zamanı həkimin tövsiyələrinə əməl etməyən və (və ya) qida borusunun qıcıqlanmasını göstərən simptomların meydana çıxmasına baxmayaraq, onun qəbulunu davam etdirən pasiyentlərdə qida borusuna ciddi arzuolunmaz təsirlərin başvermə riski yüksəlir. Dərman preparatının istifadəsinə dair bütün tövsiyələrin mahiyyətini pasiyentə elə izah etmək lazımdır ki, ona hər şey aydın olsun (bax: bölmə «İstifadə qaydası və dozası»). Pasiyentin nəzərinə çatdırmaq lazımdır ki, tövsiyələrə əməl edilməməsi qida borusuna əlavə təsirlərin meydana çıxma riskinin yüksəlməsinə gətirib çıxara bilər.

Aparılmış klinik sınaqların gedişində mədənin və (və ya) 12-barmaq bağırsağın xora xəstəliyinin inkişaf riskinin yüksəlməsi müəyyən edilməmişdir, lakin preparatın dövriyyəyə buraxılmasından sonra mədənin və (və ya) 12-barmaq bağırsağın azsaylı xora xəstəliyi qeyd edilmişdir, onlardan bəziləri ağır formada və fəsadlarla olmuşdur. Onların meydana çıxması ilə alendronatın qəbulu arasında səbəb-nəticə əlaqəsinin olmasını istisna etmək olmaz.

Başlıca olaraq venadaxili bifosfonatlar alan onkoloji pasiyentlərdə çənə sümüyünün adətən dişlərin çıxarılması və (və ya) yerli infeksiya ilə (osteomielit daxil olmaqla) bağlı nekrozunun inkişafı qeyd edilmişdir. Bu pasiyentlərdən çoxu kimya-terapiya kursu keçmiş və kortikosteroidlər almışdır. Çənə sümüyünün nekrozu, həmçinin osteoporozu olan, bifosfonatları daxilə qəbul edən pasiyentlərdə müşahidə edilmişdir.

Yüksək risk qrupuna daxil olan pasiyentlərdə (məsələn, onkoloji pasiyentlər, kimya-terapiya kursu keçmiş, kortikosteroidlər qəbul edən, ağız boşluöunun gigiyena qaydalarına lazımi şəkildə əməl etməyən pasiyentlər və ya parodont xəstəliyi olan pasiyentlər) bifosfonatlarla müalicəyə başlamazdan əvvəl ciddi stomatoloji müayinə aparmaq və lazımi profilaktik stomatoloji prosedurları həyata keçirmək lazımdır.

Belə pasiyentlər müalicə müddətində mümkün qədər invaziv stomatoloji müdaxilələrdən qaçmalıdır. Bifosfonatların istifadəsindən sonra çənə sümüyünün nekrozu meydana çıxan pasiyentlərdə stomatoloji əməliyyat klinik vəziyyətin pisləşməsinə səbəb ola bilər. Stomatoloji müdaxilə tələb olunan pasiyentlərdə bifosfonatların ləğv edilməsinin çənə sümüyünün nekrozunun inkişaf riskini azaltması barədə məlumat yoxdur.

Hər bir pasiyent üçün fərdi olaraq, fayda/risk nisbəti əsasında müalicə planı işləyib hazırlamaq lazımdır.

Bifosfonatlar alan pasiyentlərdə osteoalgiya, artralgiya və (və ya) mialgiya qeyd edilmişdir. Bifosfonatların istifadəsinin postmarketinq təcrübəsi göstərdi ki, bu simptomlar nadir hallarda ağır formada olmuş və (və ya) pasiyentin hərəkətinin qeyri-mümkünlüyünə səbəb olmamışdır (bax: bölmə “Əlavə təsirləri”). Bu simptomların meydana çıxması üçün lazım olan vaxt müxtəlif olmuşdur – müalicənin başlanmasından sonra 1 gündən bir neçə aya qədər. Çox pasiyentdə bu simptomlar müalicənin dayandırılmasından sonra geriləmişdir. Lakin, müalicənin alendronatla və ya digər bifosfonatlarla bərpa edilməsi zamanı xəstəliyin residiv verməsi baş verə bilər.

Pasiyentlərə izah etmək lazımdır ki, həftədə bir dəfə qəbul edilən alendronatın dozasının buraxılması zamanı tableti növbəti gün səhər, tabletin qəbul edilməsinin lazım olduğunu xatırlayan kimi qəbul etmək lazımdır.  Bir gündə iki tablet qəbul etmək olmaz. Sonra, müalicənin əvvəlində müəyyən edilmiş dozalanma sxeminə uyğun olaraq, həftədə bir dəfə 1 tablet qəbul etmək lazımdır.

Böyrək çatışmazlığı olan pasiyentlərdə, əgər yumaqcıq filtrasiyası əmsalı 35 ml/dəq-dən aşağı olarsa, dərman preparatının istifadəsi tövsiyə olunmur (bax: bölmə «İstifadə qaydası və dozası».).

Həmçinin, estrogen çatışmazlığından və yaşdan başqa,osteoporozun digər səsbəblərini də nəzərə almaq lazımdır.

Müalicəyə başlamazdan əvvəl orqanizmdə pozulmuş kalsium mübadiləsinin tam korreksiyasını həyata keçirmək lazımdır (bax: bölmə «Əks göstərişlər”). Həmçinin, mineral mübadiləsinin digər pozğunluqlarını (D vitamin çatışmazlığı və hipoparatireoidizm kimi) də kompensə etmək lazımdır. Alendronatla müalicə zamanı belə pozğunluqları olan pasiyentlərdə qan zərdabında kalsiumun səviyyəsinə və hipokalsiemiya simptomatikasına nəzarət etmək lazımdır.  

Alendronatla müalicə zamanı, zərdabda kalsiumun və fosfatların səviyyəsinin simptomsuz enməsi mümkündür,  xüsusilə qlükokortikosteroid alan pasiyentlərdə, hansılarda ki, kalsiumun sorulması azalmış ola bilər. Lakin, simptomatik hipokalsiemiya barədə məlumat olmuşdur, hansı ki, bəzi hallarda ağır xarakter daşımış və tez-tez pozğunluqlara meylli pasiyentlərdə (məsələn, hipoparatireoidizmlə, D vitamin çatışmazlığı ilə və kalsiumun sorulmasının pozulması ilə olan pasiyentlər) meydana çıxmışdır.  

Alendronatla müalicə zamanı  (xüsusilə qlükokortikosteroidlər alan pasiyentlərdə) kalsiumun və D vitamininin adekvat miqdarını təmin etmək lazımdır (müvafiq olaraq, 1000 mq/gün-dən 1500 mq/gün-ə qədər və 400 BV/gün-dən 800 BV/gün-ə qədər).

Bud sümüyünün atipik sınıqları:
Bifosfonatlar qəbul edən pasiyentlərdə, xüsusilə osteoporoza görə uzun müddət müalicə olunan pasiyentlərdə qeyri-tipik bud sümüyü burumu altı sınıqlar və bud sümüyü diafizinin sınıqları barədə məlumatlar olmuşdur. Eninə və ya qısa çəp sınıqlar bud sümüyü diafizinin hər yerində baş verə bilər – bilavasitə bud sümüyü burumunun altından bud sümüyünün distal epifizinə qədər. Sınığın bu tipi kiçik travmadan sonra və ya travmasız baş verir, bəzi pasiyentlər isə bud sümüyündə ağrı və ya qasıq nahiyəsində ağrı hiss edirlər. Tədqiqatlarda, tez-tez bud sümüyünün tam sınmasından bir neçə həftə və ya ay əvvəl gərginlik sınıqlarının əlamətləri görünür. Daha çox ikitərəfli sınıqlar müşahidə olunmuşdur, ona görə də bifosfonatlarla müalicə olunan, bud sümüyü diafizinin sınığı qeyd olunmuş  pasiyentlərdə digər ətrafın bud sümüyünü yoxlamaq lazımdır. Həmçinin sınıqların tədricən bitişməsi barədə məlumatlar vardır. Hər bir pasiyent üçün fərdi fayda/risk nisbəti əsasında bud sümüyünün atipik sınığının olmasına şübhə olan pasiyentlərdə belə analizin aparılması anına qədər bifosfanatların ləğvini nəzərə almaq lazımdır.
Pasiyentləri xəbərdar etmək lazımdır ki, bifosfonatlarla müalicə vaxtı  bud nahiyəsində, çanaq nahiyəsində və ya qasıq nahiyəsində hər hansı ağrı meydana çıxarsa, onlar bu barədə həkimə məlumat verməlidirlər. Belə şikayətləri olan hər bir pasiyent bud sümüyünün mümkün sınığına görə hərtərəfli müayinə olunmalıdır.  

Ostemaks 70 komfortun tərkibində laktoza vardır. Dərman preparatını qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir rast gələn iris xəstəlikləri olan pasiyentlərə təyin etmək olmaz.

Ahıl yaşlı pasiyentlərdə istifadəsi:
Klinik tədqiqatlarda alendronatın cavan pasiyentlərlə müqayisədə ahıl yaşlı pasiyentlərdə istifadəsinin təhlükəsizliyində və effektivliyində fərq müəyyən edilməmişdir, lakin, ahıl yaşlı pasiyentlərdə dərman preparatına qarşı daha yüksək həssaslığın meydana çıxmasını istisna etmək olmaz.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Ehtimal var ki, kalsium preparatları (mineral su daxil olmaqla), antasid preparatlar və bəzi digər dərman preparatları birlikdə qəbul zamanı alendronatın sorulmasını pisləşdirə bilər. Ona görə də preparatın qəbulundan sonra hər hansı digər dərman preparatını daxilə qəbul etməzdən əvvəl ən azı yarım saat gözləmək lazımdır.

Digər dərman preparatları ilə hər hansı digər klinik əhəmiyyətli qarşılıqlı təsir gözlənilmir. Klinik tədqiqatların gedişində çox pasiyent  alendronatla eyni zamanda estrogen (peroral, intravaginal və ya plastır formasında) almışdır. Bu iki dərman preparatlarının birlikdə istifadəsinə aid edilə bilən əlavə təsirlər qeyd edilməmişdir.

Alendronatı qeyri-steroid iltihabəleyhinə  preparatlarla birlikdə istifadə edərkən ehtiyatlı olmaq lazımdır (onların mədə-bağırsaq traktına qıcıqlandırıcı təsir göstərmələri ilə əlaqədar olaraq).

Klinik tədqiqatların gedişində pasiyentlər alendronatı digər tez-tez istifadə olunan dərman preparatları ilə birlikdə qəbul etmişlər. Xüsusi tədqiqatın aparılmamasına baxmayaraq,  dərman qarşılıqlı təsirinin simptomları aşkar edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik:
Dərman preparatı hamilə qadınlara təyin edilməməlidir.
Hamiləlik dövründə alendronatın qadınlarda istifadəsinə dair hərtərəfli məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda alendronatın hamiləliyin gedişinə, döl embrionunun inkişafına və ya doğuşdan sonra nəslin inkişafına birbaşa xoşagəlməz təsiri aşkar edilməmişdir. Alendronatın hamilə dişi siçovula yeridilməsindən sonra hipokalsiemiya ilə bağlı çətin doğuş qeyd edilmişdir (bax: bölmə  “Klinikayaqədərki tədqiqatlarda təhlükəsizliyə dair məlumatlar”).

Laktasiya:
Südəmər uşağı olan qadınlarda lazımi, nəzarət olunan tədqiqatlar aparılmadığı üçün laktasiya dövründə dərman preparatının təyini tövsiyə olunmur.  

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Dərman preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini sübut edən məlumat yoxdur.
Lakin, alendronatın qəbulundan sonra müşahidə olunan bəzi əlavə təsirlər bəzi pasiyentlərdə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini pisləşdirə bilər.
Dərman preparatına qarşı fərdi reaksiya müxtəlif ola bilər (bax: bölmə “Əlavə təsirləri”).


İstifadə qaydası və dozası:
Вöyüklər:
Daxilə: həftədə 1 dəfə 70 mq-lıq 1 tablet.
Preparat ilk qida, içki qəbulundan və ya digər dərman preparatlarının qəbulundan ən azı yarım saat əvvəl bir stəkan qaynadılmış su ilə içilərək qəbul edilməlidir. Digər içkilər (mineral su daxil olmaqla), qida və bəzi dərman preparatları dərman preparatının sorulmasını aşağı sala bilər.

Tabletin mədəyə daxil olmasını asanlaşdırmaq və sürətləndirmək və bununla da qida borusunun yerli qıcıqlanmasını, həmçinin arzuolunmaz təsirləri azaltmaq üçün  aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:
- Ostemaks 70 komfort  preparatını səhər vaxtı yataqdan qalxan kimi, dolu bir stəkan (200 ml-dən az olmayaraq) qaynadılmış su ilə içərək qəbul etmək lazımdır;
- Таbleti yalnız bütöv halda udmaq lazımdır, tableti çeynəmək və ya onun ağızda əriməsinə imkan vermək olmaz, belə ki, bu, ağız boşluğunun və udlağın selikli qişasının xoralanması riskini yaradır;
- Tableti udduqdan sonra pasiyent ən azı ilk qida qəbuluna qədər (tabletin udulmasından ən azı 30 dəqiqə sonra olmalıdır) 30 dəqiqə müddətində uzanmamalıdır;
- Dərman preparatı yuxuöncəsi və ya ayıldıqdan sonra yataqdan qalxmazdan əvvəl qəbul edilməməlidir.

Müalicə zamanı pasiyent kifayət miqdarda kalsium istifadə etməlidir, onun qida ilə kifayət qədər orqanizmə daxil olmadığı təqdirdə isə əlavə olaraq kalsium və D vitamin preparatları qəbul etməlidir (x bu, xüsusilə qlükokortikosteroidlərlə müalicə zamanı vacibdir). Həmçinin, siqaretdən imtina etmək və müntəzəm olaraq fiziki aktiv fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.

Bifosfonatlarla müalicənin optimal dövrü  müəyyən olunmamışdır. Ostemaks 70 komfort preparatının qəbulu zamanı, xüsusilə 5-illik müalicə kursu qurtardıqdan sonra  fayda/risk nisbətinə əsaslanaraq pasiyentin sonrakı müalicəsinin vacibliyini fərdi olaraq,  vaxtaşırı qiymətləndirmək lazımdır.

Ahıl yaşlı pasiyentlərdə və böyrək çatışmazlığı zamanı istifadəsi:
Ahıl yaşlı pasiyentlərdə və yüngül dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə (yumaqcıq filtrasiyası əmsalı 35 ml/dəq-dən çox) dozaya düzəliş edilməsi tələb olunmur.

Əgər yumaqcıq filtrasiyası əmsalı 35 ml/dəq-dən azdırsa, alendronatın istifadəsi tövsiyə olunmur.

Uşaq və yeniyetmələrdə istifadəsi:
Uşaq və yeniyetmələrdə osteoporozun müalicəsinin təhlükəsizliyinə  və effektivliyinə dair  kifayət qədər məlumat olmadığı üçün alendronatın 18 yaşa qədər uşaq və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur (bax: bölmə “Farmakoloji xüsusiyyətləri”).

Qlükokortikosteroidlərin istifadəsi nəticəsində yaranan osteoporozu olan pasiyentlərdə alendronatın istifadəsinə dair tədqiqatlar aparılmamışdır.


Əlavə təsirləri:

Postmenopauza dövründə olan osteoporozlu qadınların iştirakı ilə aparılan birillik tədqiqatın gedişində xarakterinə və rastgəlmə tezliyinə görə alendronatın həftədə 1 dəfə 70 mq dozada (n = 519) və gündə 1 dəfə 10 mq dozada (n = 370) istifadə zamanı meydana çıxan əlavə təsirlərə oxşar təsirlər müəyyən edilmişdir.  
Postmenopauza dövründə olan qadınların iştirakı ilə  demək olar ki, eyni plan üzrə həyata keçirilən, üç il davam edən iki tədqiqatın gedişində (alendronat n = 196, plasebo n = 397) alendronatın gündə 10 mq dozada və plasebonun istifadəsinin təhlükəsizliyinə aid olan oxşar ümumi nəticələr alınmışdır.

Aşağıda cədvəldə birillik tədqiqatların gedişində hər iki qrupda alendronat alan (həftədə 1 dəfə 70 mq; gündə 1 dəfə 10 mq) pasiyentlərin  ≥1% -də müşahidə olunan əlavə təsirlər təqdim edilmişdir. Bundan başqa, cədvəldə üç il davam edən tədqiqatlarda  qeyd edilən, plasebo qrupunda olduğuna nisbətən daha yüksək tezliklə baş verən əlavə təsirlər göstərilir. Bu təsirlər gündə 10 mq alendronat alan ≥1% pasiyentdə müşahidə edilmişdir. Aşağıda göstərilən əlavə təsirlərin  alendronatın qəbulu ilə əlaqəli olması tədqiqatçılar tərəfindən güman və ya qəbul edilib. 

 

Birillik tədqiqat

Üçillik tədqiqat

3 il.

 

Həftədə 1 dəfə 70 mq dozada alendro-nat

(n = 519)

%

Gündə 1 dəfə 10 mq dozada alendronat

(n = 370)

%

Gündə 10 mq dozada alendronat

(n = 196)

%

Plasebo

 

 

(n = 397)

%

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar

Qarında ağrılar

3,7

3,0

6,6

4,8

dispepsiya

2,7

2,2

3,6

3,5

Mədə-bağırsaq reflüksü

1,9

2,4

2,0

4,3

Ürəkbulanma

1,9

2,4

3,6

4,0

Meteorizm

1,0

1,4

1,0

0,8

Qəbizlik

0,8

1,6

3,1

1,8

Diareya

0,6

0,5

3,1

1,8

Disfaqiya

0,4

0,5

1,0

0,0

Qazların buraxılması

0,4

1,6

2,6

0,5

Qastrit

0,2

1,1

0,5

1,3

Mədənin xora xəstəliyi

0,0

1,1

0,0

0,0

Qida borusunun xorası

0,0

0,0

1,5

0,0

Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar

Osteomialgiya ( sümük-lərdə, əzələlərdə və ya oynaqlarda ağrılar)

2,9

3,2

4,1

2,5

Əzələ qıcolmaları

0,2

1,1

0,0

1,0

Sinir sistemində baş verən pozğunluqlar

başağrısı

0,4

0,3

2,6

1,5

 

Klinik tədqiqatlar və postmarketinq tədqiqatları zamanı aşağıdakı əlavə təsirlər qeydə alınmışdır:

[Tez-tez (≥ 1/100-dən  < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən  < 1/100-ə qədər), nadir (≥ 1/10 000-dən  < 1/1000-ə qədər), çox nadir (< 1/10 000), tezliyi məlum deyil ( mövcud məlumatlara əsasən tezliyi təyin etmək mümkün deyildir)]

İmmun sistemdə baş verən pozğunluqlar:
Nadir: övrə və angionevrotik ödem daxil olmaqla, yüksək həssaslıq reaksiyaları.

Maddələr mübadiləsi və enerji pozğunluğu:
Nadir: bir çox halda meylləndirici pozğunluqlarla bağlı simptomatik hipokalsiemiya (bax: bölmə “Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri”).

Sinir sistemində baş verən pozğunluqlar:
Tez-tez: başağrısı.
Tezliyi məlum deyil: başgicəllənmə, dadbilmənin pozulması.

Görmə orqanında baş verən pozğunluqlar:
Nadir: uveit, sklerit, episklerit.

Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar
Tezliyi məlum deyil: labirint mənşəli başgicəllənmə.

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar:
Tez-tez: qarında ağrılar, dispepsiya, qəbizlik, diareya, meteorizm, qida borusunun xoralanması*, disfaqiya*, mədə-qida borusu reflüksü.

Bəzən: ürəkbulanma, qusma, qastrit, ezofaqit*, qida borusunun xorası*,  qətranabənzər stul.

Nadir: qida borusunun strikturaları *, ağız boşluğunun selikli qişasında və udlaqda xoranın yaranması *, perforasiyalar, mədənin və (və ya) 12-barmaq bağırsağın xora xəstəliyi və mədə-bağırsaq traktının yuxarı şöbəsindən qanaxmalar (bax: bölmə «Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri»)

* bax: bölmə «İstifadə qaydası və dozası» və  «Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri»

Dermatoloji pozğunluqlar:
Bəzən: səpgi, qaşınma, eritema.
Nadir: fotosensibilizasiya ilə səpgi.
Çox nadir: tək-tək hallarda dəri reaksiyasının ağır formaları, o cümlədən Stivens-Conson sindromu və toksiki epidermal nekroliz.
Tezliyi məlum deyil: аlopesiy.

Dayaq-hərəkət aparatında  və birləşdirici toxumada baş verən pozğunluqlar:
Tez-tez: оsteomialgiya (sümüklərdə, əzələlərdə və ya oynaqlarda ağrılar).
Nadir: bifosfonatlar alan pasiyentlərdə çənə sümüyünün nekrozunun inkişafı qeyd edilmişdir. Bu barədə olan məlumatların əksəriyyəti xərçəng diaqnozu qoyulmuş pasiyentlərə aid olmuşdur, lakin onlardan bəziləri osteoporoza görə müalicə almış pasiyentlərə aid olmuşdur. Çənə sümüyünün nekrozu adətən dişlərin çəkilməsi və (və ya) yerli infeksiya ilə (osteomielit daxil olmaqla) assosiasiya olunur. Diaqnozlaşdırılmış xərçəng, kimya-terapiya, radioterapiya, kortikosteroidlər, ağız boşluğunun gigiyena qaydalarına əməl edilməməsi yüksək risk faktorları hesab edilir. Həmçinin, güclü osteomialgiya (sümüklərdə, əzələlərdə və ya oynaqlarda ağrılar) və bud sümüyü burmaaltının və bud sümüyü diafizinin  atipik sınıqları (bifosfonatlar qrupunun əlavə təsirləri) baş verə bilər.
Tezliyi məlum deyil: oynaqların ödemi.

Ümumi pozğunluqlar və yeridilmə yerində vəziyyət:
Nadir: adətən müalicənin başlanğıcı ilə əlaqədar olaraq, kəskin fazanın reaksiyası kimi (mialgiya, pis əhval və nadir hallarda qızdırma) tranzitor simptomlar.
Tezliyi məlum deyil: аsteniya, periferik ödem.

 

Diaqnostik tədqiqatlar:
Klinik tədqiqatlarda gündə 10 mq dozada alendronat alan pasiyentlərdə qan zərdabında kalsium və fosfatların səviyyəsinin simptomsuz, yüngül, müvəqqəti azalması (müvafiq olaraq, 18% və 10% pasiyentlərdə) müşahidə olunmuşdur. Plasebo qəbul edən pasiyentlərdə kalsium və fosfatların belə  azalması  müvafiq olaraq, təqribən 12% və 3% pasiyentdə baş vermişdir. Lakin, qan zərdabında kalsiumun  səviyyəsinin < 8,0 mq/dl-ə (2,0 mmol/l) qədər və fosfatların səviyyəsinin ≤ 2,0 mq/ dl-ə (0,65 mmol/l) qədər azalması halları da hər iki qrupda tez-tez rast gəlmişdir.

 

Doza həddinin aşılması:

Alendronatla doza həddi aşılmasının xüsusi müalicəsinə dair məlumat yoxdur.
Doza həddinin aşılması hipokalsiemiya, hipofosfatemiya və mədə-bağırsaq traktının yuxarı şöbəsində dispepsiya, qıcqırma, ezofaqit, qastrit və ya xoralanma kimi simptomlar törədə bilər.

Müalicəsi: alendron turşusunu birləşdirmək üçün pasiyent süd içməli və ya antasid preparatlar qəbul etməlidir. Qida borusunun qıcıqlanma riski ilə əlaqədar olaraq qusma törətmək tövsiyə olunmur. Xəstə şaquli vəziyyətini saxlamalıdır (oturaq və ya ayaqüstü).  

 

Farmasevtik uyuşmazlığı: Yoxdur.
    
Buraxılış forması: 4 tablet, Al/PVX folqadan olan blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq  müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.


İstehsalçı: “POLFARMA” S.A Farmasevtik zavodu, Pelplinska küç. 19, 83-200 Staroqard Qdanski, Polşa.