TRİAKORT (xarici istifadə üçün məlhəm)

Beynəlxalq patentləşdirilməmiş adı: triamsinolon

Preparatın tibbi istifadəsi üzrə təlimat

 

Tərkibi:

100q məlhəmin tərkibinə daxildir:
Təsiredici maddə: 100% maddəyə yenidən hesabla triamsinolon asetonid - 0,1q;
Köməkçi maddələr: qliserol (qliserin) -5q, propilenqlikol -8q, dimetilsulfoksid -3q, vazelin -31q, stearin turşusu -3q, emulsiyalı müm -8q, təmizlənmiş su -100q qədər.

 

Təsviri: Ağ rəngindən sarımtıl-ağ rənginə qədər məlhəm.

Farmakoterapevtik qrupu: yerli istifadə üçün qlükokortikosteroid.

AXC kodu: D07AB09.

 

Farmakoloji xüsusiyyətləri:
Ftorlaşdırılmış qlükokortikosteroid preparatı olub, nəzərə çarpan iltihab əleyhinə, allergiya əleyhinə və antiekssudativ təsirlər göstərir. Hüceyrə-hədəflərdə yerləşən spesifik zülal reseptorları ilə qarşılıqlı təsir göstərir, kortikoid-asılı genlərin ekspressiyasını tənzimləyir və bunun nəticəsində zülal sintezinə təsir göstərir. İltihab mediatorların (histamin, kinin, prostaqlandin və lizosomal fermentlərin) əmələ gəlməsini, xaric olunmasını və aktivliyini azaldır. İltihab ocağına hüceyrələrin miqrasiyasını dayandırır; iltihab ocağında damarların yüksək keçicilliyi və vazodilatasiyanı azaldır. Leykosit membranaların lizosomal fermentlərini stabilləşdirir; anticisimlərin sintezini dayandırır və antigenin müəyyən olunmasını pozur. Makrofaq və leykositlərdən interleykin İ, interleykin İİ və qamma-interferonun azadolunmasını tormozlayır. Lipokortinin əmələ gəlməsini gücləndirir, eozinofillərlə iltihab mediatorların xaric olunmasını dayandırır və tutgun hüceyrə membaranalarını stabilləşdirir. Bütün bu effektlər hüceyrələrdə mexaniki, kimya ya immun zədələnmələrə qarşı iltihabi reaksiyanın dayandırılmasında iştirak edirlər.

 

İstifadəsinə göstərişlər:
Sadə və allergik dermatitlər, ekzema, atopik dermatit, psoriaz, diffuz neyrodermit, halqavarı qranulüma, yastı qırmızı dəmrov, sadə xroniki dəmrov (məhdudlaşdırılmış neyrodermit), toksidermiya, keloidli çapıqlar, yuvalı alopesiya, tam alopesiya, həşəratların dişlənməsi.

 

Əks göstərişlər:
Triamsinolona qarşı və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, dərinin bakterya, virus və göbələk xəstəlikləri, hamiləlik və laktasiya dövrü.

 

İstifadə qaydası və dozaları:
Triakort® məlhəm dərinin zədələnmiş sahələrinə nazik layla gündə 1-3 dəfə yaxılır. Lixinefisə olunmuş əlamətlərdə okklüziv sarğı ilə istifadə oluna bilər. Müalicənin müddəti xəstəliyin xarakterindən və müalicənin effektivliyindən asılıdır, və adətən 5-10 gün təşkil edir. Xəstəliyin uzun müddət gedişatında müalicə kursu 25 günə qədər artırıla bilər. 4 həftədən artıq istifadə etmək məsləhət görülümür.

 

Əlavə təsirləri:
Qaşınma, dəridə qıcığlanma, kontakt ekzema, steroidli civzələr, purpura.
Uzunmüddətli istifadəsində  dərinin trofik dəyişiklikləri və ikincili infeksion xəstəliklərin əmələ gəlməsi mümkündür.

 

Qarşılıqlı təsirləri:
Peroral istifadə üçün qlükokortikosteroid preparatları effekti gücləndirir.

 

Xüsusi göstərişlər:
Geniş sahələrdə istifadəsi məsləhət görülmür, uşaqlarda yaşdan asılı olmadan uzunmüddətli istifadəsindən çəkinmək lazımdır.
Yerli infeksion ağırlaşmaların profilaktikası üçün məlhəmi antimikrob vasitələrlə birlikdə istifadə etmək məsləhət görülür.

 

Buraxılış forması: Xaricə istifadə üçün məlhəm, 0,1%. Alüminium tubada 10 ya 25q yerləşdirilir. Hər karton qutuda 1 tuba ilə birlikdə istifadəsi üzrə təlimat yerləşdirilir.

Saxlanma şəraiti: Temperaturu 15º C yüksək olmadığı, uşaqların əlləri çatmadığı yerdə saxlanılır.

Yararlılıq müddəti: 4 il. Qablaşdırmada göstərilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz

 

İstehsalçı: Açıq səhmdar cəmiyyəti “Kimya-əczaçılıq kombinatı “AKRİXİN”, Rusiya Federasiyası, 142450, Moskva vil., Noqinski rayon, Staraya Kupavna şəh., Kirov küç., 29.