FENİBUT - PHENYBUT (tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: bir tabletin tərkibində 250 mq fenibut vardır.
Köməkçi maddələr: laktoza monohidrat, kalsium-stearat, kartof nişastası.

 

Təsviri:
Düz silindrik ağ və ya sarılmış ağ rəngli, xətli və faskalı tabletlər.

 

Farmakoterapevtik qrupu: Nootrop maddələr. Qamma-amino yağ turşusunun törəmələri. Anksiolitiklər.

ATCkodu: N05BX; N06BX

 

Farmakoloji xüsusiyyətləri:
Toxumaların metabolizminin normallaşması və beyin qan dövranına təsiri sayəsində beynin funksional vəziyyətini yaxşılaşdırır.
Həyəcan, gərginlik və qorxu hissinin azalmasına və aradan qalxmasına kömək edir, yuxunu normaya salır, qıcolma əleyhinə müəyyən təsir göstərir. Asteniya və vazovegetativ simptomların (həmçinin başağrısı, başda ağırlıq hissi, yuxunun pozulması, qıcıqlanma, emosional qeyri-sabitlik) yaranmasını azaldır, beynin iş qabiliyyətini artırır. Psixoloji göstəriciləri (diqqət, yaddaş, sensor-motor reaksiyaların surətliliyin və dəqiqliyini) yaxşılaşdırır. Kurs şəklində qəbul etdikdə, əqli və fiziki iş qabiliyyətini artırır, yaddaşı yaxşılaşdırır, yuxunu normaya salır; hərəkət və nitq pozuntuları olan xəstələrin vəziyyətini yaxşılaşdırır.

 

İstifadəsinə göstərişlər:
Astenik və həyəcan-əsəbilik vəziyyəti, narahatlıq, qorxu, nevroz, psixopatiya, uşaqlarda kəkələmə və tiklər. Yaşlılarda yuxusuzluq və vahimə olması. Cərrahi müdaxilə və ağrılı diaqnostik tədqiqatlardan əvvəlki narahatlıq vəziyyətinin profilaktikası.
Menyer xəstəliyi, vestibulyar analizatorun müxtəlif mənşəli disfunksiyası ilə bağlı baş gicəllənmə; kinetozlar zamanı ürəkbulanmanın və başgicəllənmənin profilaktikası.
Alkoqolizmin müalicəsi zamanı yardımçı təsir göstərən vasitələr kimi (abstinent sindrom zamanı psıxopatoloji və somatovegetativ  pozuntuların azaldılması  üçün). Ümumi qəbul edilmiş  dezintoksikasiya dərman vasitələri ilə kombinasiyalarda alkoqolizm zamanı preparatdan predelirioz və delirioz vəziyyətin müalicəsi üçün istifadə oluna bilər.

 

Əks göstərişlər:
Hiperhəssaslıq, böyrək çatışmazlığı, hamiləlik, laktasiya dövrü.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Yuxugətirici, narkotik analgetiklərin, epilepsiya əleyhinə, antipsixotik və parkinson əleyhinə dərman vasitələrinin təsirini və onun müddətini artırır. Alkoqol ilə qəbul etmək olmaz.

 

Ehtiyat tədbirləri:
Mədə və onikibarmaq bağırsağın eroziv xora xəstəliyi olan xəstələrdə dərman preparatını ehtiyatla qəbul etmək lazımdır.

 

İstifadə qaydası və dozası:
Yeməkdən sonra daxilə qəbul edilir. Böyüklərə gündə 3 dəfə olmaqla 250-500 mq təyin olunur; lazım gələrsə, doza həddi maksimum - 2500 mq-dək artırılır. 8 yaşınadək uşaqlara gündə 3 dəfə 50-100 mq, 8-14 yaş arası uşaqlara gündə 3 dəfə 250 mq.
Birdəfəlik yüksək doza həddi: böyüklər üçün - 750 mq, 60 yaşdan yuxarı şəxslər üçün 500 mq, 8 yaşınadək uşaqlar üçün 150 mq, 8-14 yaş arası uşaqlar üçün 250 mq.
Alkoqolizmdə müalicənin birinci günü abstinent sindromun azaldılması üçün tədricən gündəlik doza həddinin böyüklər üçün adi olan həddədək azaldılması şərti ilə, gün ərzində 3 dəfə və gecə 750 mq.
Menyer xəstəliyi zamanı, xəstəliyin kəskinləşməsi dövründə 5-7 gün ərzində gündə 3-4 dəfə 750 mq, vestibülyar pozuntuların qabarıqlığı azaldıqda 5-7 gün ərzində gündə 3 dəfə 250-500 mq və daha sonra 5 gün ərzində gündə 2 dəfə 250 mq. Xəstəlik yüngül keçərsə, 5-7 gün ərzində gündə 2 dəfə 250 mq, daha sonra doza həddi 7-10 gün ərzində gündə 1 dəfə 250 mq-dək azaldılır.
Vestibülyar analizatorun damar və travmatik mənşəli pozuntuları zamanı baş gicəllənmənin qarşısının alınması məqsədilə — 12 gün ərzində sutka boyunca 3 dəfə 250 mq.
Silkələnmənin profilaktikası üçün - nəzərdə tutulan səyahətdən 1 saat əvvəl bir dəfə 250-500 mq (dozadan asılı təsirə malik olur).

Qəbul zamanı xüsusi qeydlər:

Uzunmüddətli qəbul zamanı böyrəklərin funksiyasına və periferik qanın  mənzərəsinə nəzarət etmək lazımdır. Yüksək diqqət tələb edən potensial təhlükəli fəaliyyət növlərindən uzaq durmaq lazımdır. Silkələnmə yüksək dərəcədə olduqda zəif təsirə malikdir(davamlı qusma, başgicəllənmə və s.).

 

Əlavə təsirləri:
Oyanıqlığın artması, narahatlıq, başgicəllənmə, başağrısı, yuxululuq, ürəkbulanma (təzə qəbul etməyə başlayanda), allergik reaksiyalar(dəridə səpgilər, göynəmə).

 

Doza həddinin aşılması:
Simptomları: həddən artıq yuxululuq, ürəkbulanma, qusma, böyrəyin piy distrofiyası (7000 mq-dan artıq qəbul etdikdə), eozinofiliya, arterial təzyiqin aşağı düşməsi, böyrəklərin funksiyasının pozulması.
Müalicə: mədənin yuyulması, aktivləşdirilmiş kömür, simptomatik müalicənin təyin edilməsi.

 

Buraxılış forması: 10 tablet, konturlu-yuvalı qablaşdırmalarda. Bir, iki, beş konturlu-yuvalı qablaşdırma (10, 20 və ya 50 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25 °C - dən yüksək olmayan temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

Istehsalçı: RUM "Belmedpreparati", Belarus Respublikası, Minskşəh., 220007, Fabrisiusküç.,30 tel/faks(+37517)2203716