MİKRAZİM - MICRAZIM (kapsullar)
Beynəlxalq patentləşdirilməmiş adı: Pankreatin - Pancreatin
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr:

Pankreatin                     10000TV            25000V
bağırsaqlarda həll olan
pellet şəklində                168tnq             420mq
tərkibinə daxil olan
pankreatin tozu,               128mq              320mq
aşağıda göstərilən maddələrin
aktivliyinə müvafiqdir
proteaza                       520 TV             1300TV
amilaza                        7500 TV            19000TV
lipaza                         10O0OTV            25000TV

Köməkçi maddələr: pellet örtüyü: yodrajit E-100 (metakril turşusunun sopolimeri), trietilsitrat, talk, simetikon emulsiyası;
Kapsulun örtüyü: jelatin, su, natrium lauril sulfat, metilparaben, propilparaben;
Boya maddəsi: ponso 4R, xinolin sarısı, patentləşdirilmiş göy V, titan 4-oksid.

 

Təsviri:
şəffaf gövdəyə və qəhvəyi rəngli qapağa malik 2 (M2) ölçülü (10000 TV doza üçün) və ya şəffaf gövdəyə və tünd-narıncı rəngli qapağa malik 0 (N0) ölçülü (25000 TV doza üçün) bərk jelatin kapsullardır.

Kapsulun tərkibi: açıq qəhvəyi rəngdən qəhvəyi rəngə qədər, xüsusi iyli, silindrik və ya şarabənzər formalı pelletlər.

 

Farmakoterapevtik qrupu: Həzm fermenti dərman vasitəsi.
ATCkodu: A09AA02.

 

Farmakoloji xüsusiyyətləri:
Preparat mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığını aradan qaldırır. Proteolitik, amilolitik, lipolitik təsir göstərir.
Pankreatinin tərkibinə daxil olan fermentlər (lipaza, alfa-amilaza, tripsin, ximotripsin) zülalların amin turşularına, yağların qliserinə və yağ turşularına, nişastanın dekstrinlərə və monosaxaridlərə parçalanmasına səbəb olur.
Preparat mədə-bağırsaq traktının funksional vəziyyətini yaxşılaşdırır və həzm prosesini normallaşdırır. Tripsin mədəaltı vəzin şirə ifrazını ləngidərək, analgetik təsir göstərir. Kapsulun tərkibinə bağırsaqlarda həll olan pərdə ilə örtülmüş mikrotabletlər daxildir.
Pankreatinin fermentləri dərman formasından nazik bağırsağın qələvi mühitində azad olurlar, çünki mədə şirəsinin təsirindən pərdə vasitəsi ilə qorunurlar.

 

İstifadəsinə göstərişlər:
Mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə: xroniki  pankreatit, pankreat-ektomiya, şüalanmadan sonrakı vəziyyət, dispepsiya, mukovissidoz, meteorizm, qeyri-infeksion mənşəli diareya, öd ifrazı prosesinin pozulması ilə müşayiət olunan xəstəliklər və vəziyyətlər (qaraciyər xəstəlikləri, xolesistit, öd kisəsi daşlan, öd yollarının xroniki xəstəlikləri, şişlərin, kistoz böyümələrin ödqovucu yollara təzyiq etməsi və s.), 12-barmaq və nazik bağırsağın, yoğun bağırsağın, bağırsaq möhtəviyyatının hərəkətinin pozulması ilə müşayiət olunan xəstəlikləri.
Sağlam şəxslərdə qidalanma prosesinin pozulmaları zamanı (yağlı qida, artıq qida, qeyri-müntəzəm qidalanma) həzmi yaxşılaşdırmaq üçün; çeynəmə funksıyasının pozğunluqlarında, az hərəkətli həyat tərzində və uzunmüddətli immobilizasiyada; qida mənimsənilməsinin pozğunluqları (mədə və nazik bağırsaqların rezeksiyasından sonrakı vəziyyət).
Qarın boşluğu orqanizmin rentgen və ultrasəs muayinəsinə hazırlıq zamanı.

 

Əks göstərişlər:
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- kəskin pankreatit;
- xroniki pankreatitin kəskinləşməsi;

 

Xüsusi göstərişlər:
Mukovissidoz zamanı pankreatinin yüksək dozalarda istifadəsi məsləhət görülmür, çünki strukturların (fibroz kolonopatiya) əmələ gəlməsi riski artır. Yağların sorulması üçün lazım olan doza fermentlərin miqdarına adekvat olmalıdır (qəbul olunan qidanın keyfiyyətini və miqdarını nəzərə almaqla).

 

Digər dərman vasitələri İlə qarşılıqlı təsiri:
Pankreatin dəmir preparatları ilə eyni zamanda qəbul edildikdə sonuncunun sorulması ləngiyə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı pankreatinin istifadəsinin təhlükəsizliyi tam tədqiq olunmayıb. Əgər, preparatın ana üçün faydası döl üçün potensial riskdən üstündürsə, o zaman preparat istifadə edilə bilər.

 

Istifadə qaydası və dozası:
Preparatın dozası xəstəliyin ağırlıq dərəcəsindən və pəhrizin tərkibindən asılı olaraq fərdi seçilir. Əgər preparatın birdəfəlik dozası 1 kapsuldan çoxdursa, kapsulların ümumi miqdarının yarısını bilavasitə yeməkdən qabaq, digər yarısını yeməkdən sonra qəbul etmək lazımdır. Birdəfəlik doza 1 kapsul olduqda onu yemək zamanı qəbul etmək lazımdır. Udulma çətin olduqda və uşaqlar üçün kapsulu açmaq və mikrogranulları çeynənməsi tələb olunmayan qidalara (məs.: alma püresi, yoqurt) əlavə etmək olar. Mikroqranulların xırdalanması və ya çeynənməsi, həmçinin pH5,5-dən yuxan olan qidalara əlavə edilməsi, onların mədə şirəsinin təsirindən qoruyan qişasının dağılmasına səbəb olur. Hazırlanmış qarışıq dərhal istifadə edilməlidir. Ferment müalicəsi müddətində maye çatışmazlığı qəbizlik törətdiyindən kifayət qədər maye qəbul etmək lazımdır.
Mukovissidoz. Həyatin birinci ilində olan və 4 yaşdan kiçik uşaqlarda başlanğıc doza hər qida qəbulu zamanı badən kütləsinin hər kiloqrama 1000 TV lipaza, 4 yaşdan yuxan uşaqlara hər kiloqram kütləyə 500 TV lipaza təşkil edir. Doza xəstəliyin ağırlıq dərəcəsindən, steatoreyanın və nutritiv statusun nəzərə çarpma dərəcəsindən asılı olaraq fərdi seçilir. Əksər xəstələr üçün dəstəkləyici doza gündə bədən kütləsinin hər milliqramına 10 000 TV lipazanı aşmamalıdır. Mədəaltı vəzin ekzokrin çatışmazlığının digər formaları.
Xroniki pankreatitli xəstələrdə əvəzedici müalicə zamanı fermentlərin dozası xarici sekretor çatışmazlığın dərəcəsindən və xəstənin fərdi qida vərdişlərindən asılıdır. Steatoreya zamanı (gündəlik nəcisdə yağ 15 q-dan çox olduqda), həmçinin pəhriz əsaslı effekt vermədiyi halda, ishal və bədən kütləsinin azalması mövcud olduqda - hər qida qəbulunda 25000 TV lipaza təyin olunur. Lazım gəldikdə və orqanizm tərəfindən yaxşı qəbul edildikdə doza bir qəbulda 30000-35000 TV lipazaya qədər artırılır. Dozanın sonrakı artımı əksər hallarda müalicənin nəticələrini yaxşılaşdırılır və diaqnoza, rasionda yağların azaldılmasına və\və ya əlavə preparatların - proton nasosu inhibitorlarının təyininə təkrar nəzər yetirməyi tələb edir. Ishal və bədən kütləsinin azalması ilə müşayiət olunmayan yüngül steatoreya zamanı bir qəbulda 10000 - 25 000 TV. Uşaqlar üçün gündəlik doza:
1 - 5 yaşa qədər - 15000-20000TV;
1 – 5 yaşdan yuxarı uşaqlarda - 30000-40000TV.

 

Əlavə təsirləri:
Allergik reaksiyalar. Nadir hallarda - diareya, qəbizlik, mədə nahiyəsində diskomfort, ürəkbulanma (bu reaksiyaların əmələ gəlməsinin pankreatinin təsiri ilə əlaqəsi müəyyən olunmayıb, çünki göstərilən əlamətlər mədəaltı vəzin xarici
sekretor çatışmazlığının simptomlarına aiddir). Yüksək dozaların uzunmüddətli istifadəsi zamanı hiperurikozuriya, hiperurikemiya əmələ gələ bilər.
Mukovissidoz zamanı pankretinin lazımı dozalarının artırılması hallarında çənbərbağırsağın ileosekal hissəsində strikturlar (fibrozkolonopatiya) əmələ gələ bilər.

 

Doza həddinin aşılması:
Simptomları: sidikdə (hiperurikuriya) və qanda (hiperurikemiya) sidik turşusunun miqdarının artması. Uşaqlarda - qəbizlik.
Müalicəsi: preparatın istifadəsi dayandırılır, simptomatik müalicə təyin olunur.

 

Buraxılış forması: 10000 TV və 25000 TV preparat, kapsullarda. 10 kapsul, polivinilxlorid örtükdən  və möhürlü  laklanmış alüminium folqadan ibarət olan konturlu-yuvalı qablarda və dərman  preparatları üçün alüminium folqa əsasında hazırlanmış  rulonlardan  ibarət kip qablarda.

Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxla-maq lazımdır.

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: "AWA RUS" ASC, Rusiya Federasiyası.