ARABİA (qara zirə yağı – Black Seed pure oil)


"BƏRƏKƏTLİ TOXUM" adı ilə tanınan qara zirənin şəfaverici xüsusiyyətləri hələ 3000 il bundan öncə Orta Şərqdə böyük rəğbətlə qarşılanırdı.

Qara zirə yağı ənənəvi olaraq, tənəffüs sistemi patologiyaları, mədə və bağırsaq pozğunluqları, qan dövranı və immun sistem disfunksiyaları zamanı, eləcə də həmişə sağlam qalmaq üçün ümumi tonuslandırıcı vasitə kimi tətbiq edilirdi. Hal-hazırda Avropa və ABŞ tədqiqatçıları Orta Şərqə əsrlər boyu məlum olan bilgiləri elmi şəkildə sübut etməyə başlamışlar.

 

Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərindən birində deyilir: "Qara zirədə ölümdən başqa bütün xəstəliklərin şəfası vardır."

 

Yunan təbabətinin təməlini qoymuş Hippokratın davamçısı Qalen qara zirəni haymorit, öskürək və soyuqdəymə, antihelmint və sidikqovucu vasitə olaraq istifadə etmişdir. Həmçinin İbn Sina Qanun ət-Tibb kitabında qara zirənin tənbəllik və halsızlıqda gümrahlıq və həyat enerjisi verdiyini, allergiya və iltihab əleyhinə, həzm pozğunluğu və köpü aradan götürən vasitə olduğunu vurğulamışdır.

ARABİA qara zirə yağını gündəlik sağlam qida rasionu və sağlam həyat tərzinin tərkib hissəsi olaraq qəbul etdikdə, 0 immun sistemə heyrətamiz təsirlər göstərə bilər. Beləki, 1 çay qaşığı ARABIA qara zirə yağının gündə 2 dəfə daxilə qəbul olunması immun sistemin  nəzərəçarpacaq dərəcədə möhkəmləndirilməsinə səbəb ola bilər.

 

“ARABİA” qara zirə yağı ilə təbii müalicəyə dair bəzi reseptlər:


Yaddaş zəifliyi və diqqət yayınıqlığı: 20 damcı qara zirə yağını bal əlavə edilmiş nanə cövhərli çay ilə səhərlər daxilə qəbul etmək məsləhət görülür. Müalicə kursu 1 aydır. Həmçinin kofe və çay içməkdən çəkinmək lazımdır.

 

Yuxusuzluq: 1 çay qaşığı qara zirə yağını ballı çay ilə şam yeməyindən əvvəl daxilə qəbul etmək tövsiyə olunur.

 

Saç tökülməsi və kəpək zamanı: 25 damcı qara zirə yağını gündə 2 dəfə səhər və axşam daxilə qəbul etmək və həftədə 2 dəfə qara zirə yağı ilə zeytun yağını '1:1 nisbətində qarışdırıb saç dibinə 1-2 saat müddətinə maska etmək lazımdır.

 

Yeniyetmə sızanaqları: 1 çay qaşığı qara zirə yağını gündə 2 dəfə daxilə qəbul etmək məsləhət görülür. Eyni zamanda 1 çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırıb 1 saat ərzində üzə maska edilir.

 

Bronxial astma: gündə 3 dəfə 25 damcı qara zirə yağını daxilə qəbul etmək və eyni zamanda inhalyasiya etmək tövsiyə olunur (1 l suya 1 xörək qaşığı qara zirə yağı əlavə-edib və od üstünə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin). Müalicə müddəti 4-6 ay.

 

İmmunitet zəifliyi, halsızlıq və tənbəllik: 1 çay qaşığı qara zirə yağını gündə 2 dəfə 1 ay müddətində daxilə qəbul etmək məsləhət görülür.

 

Prostatit, uretrit və impotensiya zamanı: 25 damcı qara zirə yağını gündə 2 dəfə ballı su ilə daxilə qəbul etməklə yanaşı 2-3 damcı qara zirə yağı anal dəliyinə yeridilir. Eyni zamanda qasıq nahiyəsi qara zirə yağı ilə masaj edilməlidir. Müalicəni 2 ay davam etmək tövsiyə olunur.

 

Soyuqdəymə, qrip və öskürək: gündə 2 dəfə 1 çay qaşığı qara zirə yağını limonlu və ballı çay ilə daxilə qəbul etmək və eyni zamanda axşamlar inhalyasiya etmək tövsiyə olunur (1 l suya 1 xörək qaşığı qara zirə yağı əlavə edib və od üstünə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin).

 

Dəri patologiyaları (neyrodermatit, ekzema, psoriaz, qoturluq, yataq və diabet yaraları, dəri göbələkləri) zamanı: 45 gün müddətində gündə 2 dəfə olmaqla 1 çay qaşığı qara zirə yağını daxilə etməklə yanaşı bilavasitə zədə nahiyəsinə qara zirə yağı çəkilir. 1 aydan sonra kurs təkrar olunur.

 

Mədə və bağırsaq pozğunluqları, köp zamanı: 25 damcı qara zirə yağını gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul edilməsi məsləhət görülür.

 

Qurd invaziyaları: 1 xörək qaşığı qabığından təmizlənmiş balqabaq tumları, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qara zirə yağı qarışdırılır. Gündə 3 dəfə 1 çay qaşığı qəbul olunur. Axşamlar anus nahiyəsinə qara zirə yağı çəkilir.

 

Sidik-cinsiyyət sisteminin xəstəlikləri: 1 stəkan gülxətmi çiçəklərinin dəmləməsi üzərinə 1 xörək qaşığı bal əlavə edilərək gündə 3 dəfə 1/3 stəkan həcmində 20 damcı qara zirə yağı ilə daxilə qəbul olunur.

 

Qadın cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəlikləri: 25 damcı qara zirə yağını gündə 2 dəfə daxilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda qara zirə yağı, bal və su eyni nisbətdə qarışdırılaraq uşaqlıq yoluna 15 gün müddətində tampon edilərək yeridilir.