BİPANTEN - BEPANTHEN (məlhəm)
Beynəlxalq patentləşdlrilməmiş adı - Dekspantenol.

 

Təsviri:
Sarıya çalan ağ rəngli, özünəməxsus lanolin qoxusu verən homogen məlhəm.

 

Tərkibi:
1 q məlhəmin tərkibinə daxildir:
Aktiv inqrediyent: dekspantenol 50 mq.
Qeyri-aktiv inqrediyentlər: setil spirti, stearil spirti, ağ arı mumu (E901), ağ, yumşaq parafin, badam yağı, duru parafin, lanolin (E913), protegin X, təmizlənmiş su.

 

Farmakoloji xüsusiyyətləri:
Dekspantenol - aktiv komponentdir, dəri toxumalarında tezliklə pantoten turşusuna çevrilir və vitamin kimi təsir göstərir. Yerli tətbiqi zamanı dekspantenol pantoten turşusuna nisbətən daha tez sorulur.
Pantoten turşusu koenzim A-nın həyati vacib komponentidir, asetilkoenzim A şəklində o hər bir hüceyrənin metabolizmində mərkəzi rol oynayır. O epitelinin əmələ gəlməsi, habelə zədələnmiş dərinin və selikli qişaların sağalması üçün zəruridir.
Qan plazmasında pantoten turşusu zülallarla (β-qlobulinlə və albuminlə) əlaqəyə girir. Orqanizmdən dəyişməmiş vəziyyətdə sidik və nəcislə ifraz olunur.

 

Tətbiqinə göstərişlər:
Dərinin xırda zədələnmələri: yüngül yanıqlarda və sıyrıntılarda; radio-, fototerapiya və ya UB-şüalanma nəticəsində dərinin qıcıqlanması; xroniki xoralar, yataq yaraları, anal çatlar, dərinin transplantasiyası və uşaqlıq boynunun eroziyası; kortikosteroidlərlə müalicə zamanı sağalma proseslərinin aktivləşdirilməsi.
Quru və çatlamış dəriyə qulluq.
Çağalarda bişməcələrin profilaktikası və müaligəsi.
Uşaq əmizdirən dövrdə süd vəzilərinə müntəzəm qulluq, döş gilələrində əmələ gələn ağrıların və ya çatların müalicəsi.

 

Tətbiqi üsulu və dozaları:
Xaricə. Məlhəmi gündə bir, yaxud zərurət yarandıqda bir neçə dəfə çəkməli.
Uşaq əmizdirən analarda süd vəzilərinə qulluq: hər əmizdirmədən sonra məlhəmi döş gilələrinə çəkməli.
Çağaya qulluq: hər dəfə uşağın əskisini dəyişərkən zədələnmiş yerlərə çəkməii.

 

Əlavə təsirlər:
Allergik reaksiyalar: təmas və allergik dermatit, gicişmə, ekzema, eritema, səpgi, məxmərək, dərinin qıcıqlanması, qabarıqlı səpgi.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə yüksək həssaslıq.

 

Artıq dozada qəbulu:
Dekspantenola hətta yüksək dozada da dözümlülük yaxşıdır və toksiki  hesab olunmur.
Xüsusi göstərişlər və ehtlyatlılıq tədbirləri Məlhəmin gözə düşməsindən çəkinmək lazımdır. Mum, stearil və setil spirtləri dəridə yerli reaksiyalar (məsələn, təmas dermatiti) törədə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyildir.

 

Digər qarşılıqlı təsirlər:
Adyuivantlara görə genital və ya anal nahiyələrdə xoraların müalicəsi zamanı ya-
naşı olaraq lateks prezervativlərdən istifadə, onların möhkəmliyinin aşağı düşməsinə gətirib çıxarır ki, bu da prezervativlərin təhlükəsizliyini azaldır.

 

Hamilelik və laktasiya dövrü:
Preparatı hamiləlik dövründə həkimin tövsiyəsi ilə istifadə etmək olar. Laktasiya dövründə döş gilələrinin çatlarının müalicəsi zamanı uşağı əmizdirməyə başlamamışdan əvvəl məlhəmin qalıqlarını kənar etmək lazımdır.

 

Saxlanılma şəraiti: 25 °C temperaturdan yüksək olmamaqla, uşaqların əli çatmayan yerdə saxlamalı.

Yararlılıq müddəti: 3 il.Qablamada göstərilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etməməli.

Buraxılış forması: 3,5 q və ya 30 q-lıq tuba qoşma-vərəqlə birlikdə karton qutuya qoyulur.

Buraxılış şərtləri: Reseptsiz.

 

Ərizəçi/istehsalçı firmanın adı, ünvanı Bayer Consumer Care AG,
Peter Merian-Strasse 84, 4052 Basel, Switzerland GP Grenzach Produktions GmbH, Emil-Barell-Strasse 7, D-79639 Grenzach-Wyhlen, Germany